“Ədəbiyyat və incəsənət” portalının Cüney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti “Güneydən gələn səslər” rubrikasının növbəti buraxılışını təqdim edirlər. Bu dəfə sizlərə Məmməd Quruçayın “Kəndivandan dönüş” hekayəsi təqdim olunacaq.
Hekayənin orfoqrafiyasına toxunulmamışdır.
Məhəmməd Əhmədizadə (Məmməd Quruçay)1968-ci ildə Təbriz şəhərində dünyaya göz açdı. Orta məktəbi bitirdikdən sonra Təbriz üninersitetinin ziraət fakültəsindən magesterya dərəcəsi ilə məzun oldu. Ziraət təhsili ilə yanaşı Azərbaycan və klasik musiqisiylə də ilgiləndi. Son illərdə Məhəmməd bəy Ana dilində şeir və hekayələr yazmağa başlamışdır.
KƏNDİVANDAN DÖNÜŞ
İngilis arxeoloq, Professor David Roulun araşdırmalarına görə Adəm həzrətləri və Həvva xanım, cənnətdən qovulduqdan sonra Kəndivana yerləşdilər.
Cənnətdə tək başına yaşayan Adəm ağa, yalqızlıq dərdindən dığlamaq üzərə idi. Hər dəfə mutluluq içində yaşayan evli mələkləri gördüyündə, içindəki tetesteron hormonu o qədər aşıb daşırdi ki iki qulağından eşiyə fışqırırdı. Sonunda Adəm ağanın təhəmmül balonu patladı. Qabırğa qəfəsindəki sümüklərdən birini çıxartdı. Çıxartdığı qabırğa sümüyündən, özünə dağlar maralı bir qadın düzəldib adını Həvva xanım qoydu.
Cənnətdə molla olmadığına görə də evlilik əqdi oxunması üçün gedib cəhənnəmdən bir molla gətirdilər.
Əqdlərinin oxunması ardından axşam çağı, Həlmə sazandanın musiqi dəstəsini çağırıdılar, çaldırıb oynadılar, toylarını tutdular. Mırıx Kübra, qarman, Güşvara xanım tar çalırdı, Həlmə sazanda xanım da oxuyurdu:
“Şaftalılar calandı,
Məlan mənim balamdı”
Sübhə qədər çal-çatlasın oldu, cənnətin dörd bir yanı şənlik havası ilə büründü.
Evlənmələrindən hələ bir sənə keçməmişdi, Həvva xanım uşaq istədi.
Bu sözü eşidincə, Adəm ağa əlini gö..ünün üzərinə basıb ah çəkdi.
Cənnətdə qadınlar doğmazdılar, kişilər hamilə olub doqquz ay sonra uşaqlarını sıçardılar. Sıçılan körpələr, pox içindən yeni həyata göz açmalarına rəğmən, böyüyüb cənnəti gül kimi saxlardılar.
Adəm ağa, uşaq sıçma sancılarından necə qurtula biləcəyini şeytandan soruşdu. Şeytan dedi: “işi mənə burax. Səni bu dərddən qurtara bilərəm, amma bir şərtlə,
Uşaqlarına yarı-yarı ortağam.” Adəm ağa qəbul elədi.
Şeytan gecə gündüz, Həvvanın iki qulağına almanın nə qədər faydalı olduğunu fısıldadı, ta ki bir gün Həvva xanım iki ayağını başmağının bir tayı içinə soxub Adəm ağadan alma istədi.
Yasaq ağacdan alma oğurladıqdan sonra Adəm ağa, arvadı Həvva ilə birlikdə cənnətdən qovuldular. Əsil suçu Həvva işlədiyi üçün də ikinci cəza olaraq ömür boyu, uşaq doğma müsibətinə məhkum oldu.
Adəmlə Həvva, Kəndivana yerləşdikdən sonra həyatları nə qədər zor olsa yenə də Adəm ağa öz durumundan məmnunuydu, nə də olsa artıq uşaq sıçıb gö..ü cırılmayacaqdı. Amma...
Amma uşaq sahibi olduqlarından sonra durum dəyişildi. Adəm ağa, bir-birləriylə yola getməyən uşaqların dərdindən, Həvva xanım da doğum sancılarının yanı sıra doğulan sarsaq uşaqların qüssəsindən cana gəlmişdilər.
Ata anaları işləyirdi, gö..ü-boş oğulları, Qabil ilə Habil yeyib içib bir-birləriylə boğuşurdular, nəvə, nəticələri də, Kəndivanı burax, dünyanı poxa çevirmişdilər.
Adəm ağa şeytanla anlaşması üçün pox yediyinə peşman olmuşdu, “sizi əkib doğanın, cədd-abadının qəbrinə sıçım” deyib özünü biraz rahatladırdı, amma yazıq Həvva xanım qüssəsini içınə tökməkdən savayı heç bir iş əlindən gəlmirdi. Benava hər dəqiqə düşünürdü “axı bu nə işdi? Sıçılan uşaqlar cənnəti gül kimi saxlayırlar, amma doğulan bu qor-qodux dünyanın içinə sıçırlar.”
Gecə yarısı Həvva xanım “mən pox yeyib qələt elədim alma istədim” deyib zülüm-zülüm ağlayırdı. Adəm ağa onun gözyaşılarını silib başını bağrına basırdı, “tamam ağlama, mən uşaq sıçma cırılmasına razıyam, olsun təkar cənnətə dönək.”
Qırx gecə, gündüz ibadət eləyib dua oxudular, amma cənnətin qapısı açılmadı. Adəm ağa yenə həmişəki adəti kimi övladlarına, ibadətə və namaza yaman soxuşdurdu, cibindən telefonunu çıxardıb qaçaqçı Firuz’a zəng açdı.
Gecə yarısı saat 12:00-də Slamas sərhəddini yeni keçmişdilər. Firuz qaçaqçı öndən hərəkət edirdi. Ürəkləri ümidlə dolu, iki ər, arvad əl-ələ verib Firuzun peşindən gedirdilər. O ikisi, hüdud jandarmlarına tutuqlanma qorxusu içində gizlicə cənnətə geri dönürdülər.
Dolun ayın işığı altında Adəm ağa, Həvva xanımın gül cəmalına baxdı.
Onun saçlarını tumarlayıb dedi:
“Cənnətdə istədiyin qədər sənə uşaq sıçaram, amma nə olar mənim ceyranım? Bir daha məndən alma istəmə. Məni cəhənnəmə göndər amma bu dünyaya təkrar gəlməyimə səbəb olma.”
“Ədəbiyyat və incəsənət”
(30.01.2023)