Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb

 

Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. 

 

AzərTAC Azərbaycanın Misirdəki səfirliyinə istinadən xəbər verir ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində bu ölkənin Baş naziri Mustafa Mədbuli iştirak edib, sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.