Azərbaycanlı şair Nigar Həsənzadənin "Gümüş" şeirlər toplusu Bişkekdə üç dilə tərcümə və nəşr edilib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan verilən məlumata görə, şairənin rus dilindəki şeirləri Azərbaycan, türk və özbək dillərinə tərcümə edilib. Bundan başqa, Həsənzadənin şeirlərinin qırğız dilinə tərcüməsi hazırlanır.
Kitablar şair-tərcüməçilər Saqif Qaratorpaq (Azərbaycan), Yusuf Aslan (Türkiyə), Gülzirə Şəripovanın (Özbəkistan) tərcümələrində nəşr edilmişdir. Hər üç kitab 500 nüsxə tirajla nəşr edilmişdir.
Kitablar Qırğızıstan və digər ölkələrin kitabxanalarına və məktəblərinə pulsuz paylanacaq.