Elvin Məmmədovun 25 yaşı var, inanılmazdır ki, 58 (!!!) fantastik roman qələmə alıb. Tərcümeyi halında yazır: “Adım Elvin Məmmədovdur. 1997-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. 2004-2013-cü illərdə 299 nömrəli məktəb-liseyini bitirmişəm. 2013-2016-i illərdə Bakı qida sənayə kollecinin turizm fakultəsini bitirmişəm. 2007-ci ilin Mart ayının 3-dən etibarən romanlarımı qələmə almağa başlamışam. “Marvel” “DC” və J.R.R Tolkenin “Orta Dünya” böyük kainatları ilə tanış olduqdan sonra böyük kainat yaratmağı qərara aldım. Bu hədəfdə Stel Linin və Jül Verni özümə müəllim sayaraq onların düşüncələri ilə getməyə çalışdım. Romanlarımın əsas dayağı elmi-fantastik janr oldu. Bu janrda romanlar yazmağa və oxumağa başladım. 15 il ərzində 15 paralel kainat və 58 roman qələmə aldım. Hal-hazırda 15 paralel kainatda baş verən hadisələrdən bəhs edən romanımın üzərində işləyirəm. 2017-ci ildə çap edilən “Sonuncu əsrin hekayələri” hekayələr toplusunda və 2019-cu ildə “İki fəsilin hekayəsi” hekayələr toplusunda “Tənhalığın tarixində” romanımın birinci bölümü çap edilib. 2020-ci ilin ortalarına qədər bir saytda romanlarımı hissə-hissə paylaşmışam. Maddi çatışmazlıqlar görə kitab çap etdirə bilməmişəm. Amma 2023-ci ilin ortalarında çap ediləcək kitabımla 15 ildə yaratdığım kainatı addım-addım oxucularla tanış etməyi düşünürəm”.
“Ədəbiyyat və incəsənət” portalı Elvinin “İrqlərin müharibəsi” romanından bir parçanı oxucularına təqdim edir.
E006 paralel kainatı 2390-ci il. Meşənin içərisində 6 künc struktura sahib əsgəri düşərgə diqqət çəkirdi. Bu düşərgə xüsusi olaraq meşəyə ən minimum ziyan verəcək şəkildə dizayn edilmişdi. Əsgəri düşərgənin hər küncündə yerləşən ağaclar qüllə əvəzi görürdü. Hər qüllədə əsgəri formaya bənzər üniformalar geyinmiş 5 silahlı, şəxs həmçinin bir qüllədən digər qülləyə daimi hərəkətdə olan 5 silahlı şəxsdə vardı. Əsgəri düşərgənin mərkəzində bir və ya iki tikili bir neçə böyük evlər var idi. Bunlar əsgəri kazarma kimi istifadə olunurdu ki, düşərgənin divarlarından xeyli aralı idilər. Bu əsgəri düşərgə 500 nəfər əsgərin ehtiyacını ödəmək üçün dizayn edilsədə ümumi olaraq düşərgədə 150 nəfər silahlı qüvvə mövcud idi. Düşərgə rəisinin ofisi kimi xidmət edən evin qarşısında 8 əsgər son hazırlıqlarını görməklə məşğul idilər. Ofisin qapısında iki nəfər göründü. Biri digərinə qayğıkeşliklə dedi:
-Tarixçi tezdi hələ bir azda dincələ bilərsiniz.
-Mayor 420 min insanın talehi bizim çiyinlərimizdədir. Ona görə də vaxtı-vaxtında hərəkət etmək lazımdı. 5-10 dəqiqə tez çatsaq ziyanı yoxdur ki xeyri var.
-Düz deyirsən. Mərkəzə məlumat verdikdən sonra çıx.
-İndi verirəm. –Saatda baxdı. Saat 07:52 göstərirdi. Mərkəzlə əlaqə qurmaq üçün cihazı ağzına yaxınlaşdırıb, əlavə etdi – Qartal yuvası, Qartal yuvası danışan Qartal 4. Qartal yuvası.
Cihazdan heç də yad olmayan qadın səs gəldi:
-Qartal 4 Qartal yuvası eşidir.
-Qartal yuvası Qartal B-də hər şey yolundadır. Biz Qartal C-yə gedirik.
-Qartal yuvası eşidir Qartal 4. –Xanım səsini daha da incəldərək xahiş tonunda əlavə etdi- Qartal 4 sizinlə qeyri rəsmi danışa bilərəm ?
Tarixçi səsini tanıyıb, narazı tonda dedi:
-Olmaz Qartal yuvası.
-Yaxşı. Bağışlayın.
Tarixçi qadının incimiş səs tonundan yumşalıb dedi:
-Qartal C-yə çatan kimi cihazı Kamrana verəcəm narahat olma.
Qadın sevinc tonu ilə dedi:
-Çox sağ ol Tarixçi.
-Səni əlaqənin başına kim qoyduğunu mərkəzdə dəqiqləşdirəcəm –Əsəbi tonla cavab verdi.
Xanımın cavab verməsinə icazə verməyib ratsiyanı söndürüb, çantasına qoydu. Mayor olanlara yalnız başını bulamaqla cavab verdi. Tarixçi qapının kənarında əmir gözləyən 8 əsgərə hazır olmağı sonra isə sağa çevrilməyi əmr verdi. Qrup 3 irəlidə 3 arxada 2-si ortada olmaqla sıraya düzüldülər. Tarixçi ortaya keçib hərəkət əmri verdi. Qrup düşərgənin qapısına qədər əmin addımlarla çatdıqda onları bir əsgər saxlayıb dedi: -Gözləyin növbə dəyişir.
Qapıda nəzarət edən 5 əsgərin yerinə yeni 5 əsgər keçdi. Köhnə nəzarətçilər çox yorğun görsənirdilər nə də olmasa saat 00:00-dan 08:00 kimi gözlərini belə qırpmadan növbət tutmuşdular. Yorulan əsgərlərə Tarixçinin qrupunun qarşını kəsən əsgərlə birlikdə 2 nəfər nəzarət edirdi. Növbə dəyişimi bitən kimi əsgəri düşərgədən çıxdılar. Təzəcə aralanmışdılar ki, tarixçi gileylənməyə başladı:
-Hələdə Nailə oğlunun məntəqədə növbə çəkməsini qəbullanmır.
Sağda olan adam dedi:
-Bu normal haldır. Oğlunun yaşı azdı. Ona görə də narahat olur.
-Normal deyil Kom! İlk olaraq oğlunun 20 yaşı var. İkincisi oğlunun növbət vaxtı başını qatması xalqımız üçün ciddi təhlükə ola bilər.
-Tarixçi, ana və oğlun danışması nə kimi ciddi təhlükə yarada bilər xalqa ?
Tarixçi bezgin halda dedi:
-Kom sən burda 10 aydır yaşayırsan mənsə uşaqlığımdan.Belə hissi hərəkətlərin necə faciə ilə yekunlaşdığını mən öz gözlərimlə görmüşəm. Vandetlərin hücumu zamanı ölən 150 əsgərin ailələrinin göz yaşları, fəryadları hələdə qulağımdan getmir.
Arxa sırada ortada olan əsgər dedi:
-Nəzərdə tutduğun hadisədən 10 il keçib Tarixçi və eyni hadisə təkrar yaşanmayıb.
Tarixçi arxaya baxmadan əsəbi tonla :
-İvan bu ikinci dəfə belə hadisənin yaşanmayacağı anlamına gəlmir.
İvanın solundakı oğlan narazı tonda:
-Sakit bəylər. Mövzunu dəyişək. Tarixçi maraqlı məlumatlarından partlat gəlsin.
-Məncə də Mahmud. Elə Koma atalarından danışım. Danışacağımada söz vermişdim.
Tarixçinin solundakı adam digərlərindən fərqli forma geyinmişdi. Digərləri başdan ayağa qara forma geyinsələrdə onun forması boz üzərində hörümçək rəsm edilmişdi. Üstəgəl qolunda saata bənzər bir qurğu var idi. Narazı tonla söhbətə qarışdı:
-Nə haqda danışırsan danış İrqlər müharibələrini araya qatma.
-Serd hər kəs tarixini öyrənmək istəyir sən niyə buna qarşı çıxırsan?
Kom:-Çünki bir çox döyüşü öz gözləri ilə görüb.
Komla Serd 10 ay əvvəl bu topluluğa gələn 13 nəfərlik qrupda idilər. Məhz buna görə Serd haqda hər şeyi bilsədə digərləri onun bildiyi qədərini bilmirdi. Qabaqdakı sırada sağda olan dedi:
-Serd sənin neçə yaşın var?
-241 yaşım var Berkay.
İvan:-Mən arkanonların çox yaşadığını bilirdim.
Tarixçi fikirli halda :
-Onda belə çıxır sən bütün müharibəni görməmisən. Çünki müharibə 2115-ci ildə başlayıb 2206-cı ildə də bitib. İndi 2390-cı ildə nəzərə alsaq sən …
Serd tarixçinin sözünü kəsib dedi:
-2149-cu ildə dünyaya gəlmişəm.
-Bu o deməkdi ki, ən azı 2149-cu ildən əvvəlkiləri bilmirsən. Təbii ki müharibələrin ortasında kimsə sənə tarix danışmadısa.
Serd başını bulayıb gülümsəyərək dedi:
-Doğrudu. Səndən xilas yolu yoxdu. Danış.
Tarixçi Serdə heç nə deməyib gülümsəyərək Koma baxıb dedi:
- Bura gəldiyin gündən sənə ataların buradakı tarixindən danışacağımı demişdim. Amma həmişə söhbət başqa yerə gedir. Bu dəfə çalışacam getməsin. Sənin ataların insan tarixinə ilk girişi 1920-ci ildən başlıyır. O vaxt isə sənin irqinin adı yəni Kobalt sözü Mendeleyev cədvəlində bir element adı kimi bilinirdi. Amma ilk təməl 1919- cu ildə qoyulmuşdu. Həmin ildə Azərbaycan torpaqlarında Azərbaycan Xalq Cümhuriyyəti mövcud idi və bu dövlət çox cavan idi. Beləki 1918-ci ilin mayın 28-də yaranmışdı. O vaxtlar Rusiyada bolşeviklərin olduğu qırmızılar və demokratik qüvvələri ağlar olaraq adlandıran tərəflər arasında vətəndaş müharibəsi gedirdi.1919-cu ildə AXC-də olan bir general bu müharibəyə müdaxilə edilməli olduğunu əgər hər hansı tərəfdən biri qələbə qazanarsa AXC-nin müstəqilliyinə təhlükə yaradacağını bildirdi. AXC dövləti isə bunun Rusiyanın daxili işi olduğunu, buna müdaxilə etmədən öz müstəqilliklərini qoruya biləcəklərinin, həmçinin AXC-nin hal-hazırda separatçılarla mübarizə aparıldığını generala bildirərək rədd etdi. Beləliklə bu mövzu 1920-ci illinin yanvarına qədər müzakirə edilmədi, ancaq o gün təzədən açılmalı oldu. Belə ki, RSFSR Xarici İşlər komisarı G.V.Çiçerin Azərbaycan hökümətinə nota göndərərək Denikinə qarşı müharibəyə başlamağı tələb etdi. AXC höküməti bu məsələyə qarışmamaq qərarına gəlmişdi, ancaq həmin general çevriliş etdi. Bu çevrilişdə iştirak edənlər insanlar yox kobaltlar idi. 50 minlik ordu ilə çevriliş etdikdən sonra o dövrün 300 il qabaqlayan silahlarla Rusiyanın vətəndaş müharibəsinə müdaxilə etdilər. Beləliklə Rusiya 3 yerə parçalandı. Ağlar, Qırmızlar və Denikinə məxsus dövlətlər quruldu. Bu döyüşlərdə cəmi 576 kobalt öldüyü halda 2 milyon 872 min insan ölmüşdü. Çevriliş edən general Bakıya qayıdan kimi separatçı qüvvələri darmadağın etdi.
-O generalın adı nə idi ?
-Tarixlərə “Kobalt” adı qeyd olunub. İnsan adının isə qeyd olunmamasını istəyib. Adı Kart Mesitsa.
Kom gülümsəyib dedi:
-Təəccüblənmədim. Davam et.
-Müvəqqəti dövlət quruldu və hakimiyyət Kart Mesitsanın əlində cəmləşdi. Tarixi fürsətdən istifadə edilib Cənubi Azərbaycan sonra isə İran Azərbaycana birləşdirildi. Dövlətin adı Korhagen edildi. Demokratik yollarla parlament quruldu. Hökümdar nəsli yəni Kart Mesitsa və onun nəslindən gələcəklər ölkənin başçısı elan edildi. Onların yalnız kobalt haqda qanunlara veto qoymaq icazəsi var idi. Digər qanunlar yalnız parlamentdəki səs çoxluğu ilə veto qoyula bilərdi. Kobaltlar ilk vaxtlarda kim olduqlarını heç kimə demirdilər. Onlar haqqında yalnız beyin yarımkürələrinin olmadığını, adi insandan 16 dəfə daha güclü olduqlarını və daxili enerjilərini idarə
edə bildiklərindən başqa heç nə bilinmirdi. Üstün texnologiyalarına, insanlarda fərqliliklərə görə onların yadplanetli irq olduğunu düşünürdülər. Texnologiyalarının insanların nəzarətində olmamasına çalışırdılar.
Serd:-Bəs özləri haqda həqiqətləri nə zaman danışmağa başladılar ?
-2050-ci ildə. Ancaq təkcə özləri haqda yox Arkanonlar, Ertustaklılar, Dektiroyalılar, Meleganlılar, Meletanlılar, Çetverq xalqları, insanların Reptilyan kimi tanıdığı Andoryalılar, Üvulkayuslular, İqerduyumlular, Jakartalılar, Tarqinlər irqlər haqqında da danışdılar. Təkcə İspektlər və Vendetdalılar haqda danışmadılar. Serd:-Bəs insanlar bunu necə qarşıladı?
-Bu başqa bir mövzudu. Mən isə Kobaltların etdiklərindən danışacam.1954-cü ildə ikinci dünya müharibəsindən sonra hakimiyyətdə Kart Mesitsanın oğlu Kam Mesitsa var idi və ekoloji çirklənməni nəzərə alaraq meqa şəhərlərin qurulmasını təklif etdi. O həmin şəhərlərin planını belə hazırlamışdı. Həmin şəhərlərin sahəsi 3000 km² olacaq və ərazisində 1.5 hektar ərazidə 10 mərtəbəli 10 bloklu 200 mənzili bina evləri, ofis, iaşə obyektləri, mədəniyyət mərkəzi hətta şəhərin mərkəzində central parkdan 20 dəfə böyük park salınmasıda nəzərdə tutulmuşdu....
İvan:-Central park?
-Boş ver İvan. Çox maraqlı olsa kitab oxuyub şəkillərinə baxın. Davam edim. Bir şəhərin qurulması üçün tələb olunan vəsait 256 milyard dollar idi. Həmçinin şəhərdə minimum 77 milyon maksimum 102 milyon insan yaşayacaqdı. Ölkədə bu tip 52 şəhər salınmalı və 26 dolu 26 boş saxlanmalı idi. Ekoloji çirklənməni azaltmaq üçün hər 150 ildən bir 26 dolu şəhər tərk edilib 26 boş şəhərə köç etməli idi. Bununlada ölkədə minimum 2 milyard 2 milyon , maksumum isə 2 milyard 602 milyon insan üçün yer hazırlanmış olacaqdı. Bu isə sadəcə 26 şəhəri üçün hazırlanmış statistika idi ki, bunu 2 dəfə vurun necə böyük bir əhali üçün yer hazırlandığını düşünün. Qeyd edim ki, o vaxtlar Korhagen əhalisi sadəcə 25 milyon nəfər idi. Bu o deməkdi ki, bütün şəhərlər dolarsa Korhagen əhalisinin o kütləyə çatması üçün minimum 3300 maksimum 4290 il keçməli idi. Hələ bu saya 26 boş şəhərin baxımı ilə maraqlanmaq üçün yaşamalı olan 300 min insan və əkin-biçin üçün salınacaq kiçik kəndlərdə yaşamalı olanlar hesablanmamışdı. Bu kiçik kəndlərdə yaşayanların çoxu kobalt olmalı idi. Beləliklə ölkə
ərazisinin 1\12-i şəhərlərə 11\12 təbiətə verilmiş oldu. Bu şəhərlərin hamısının tikilməsi 2110-cu ildə tamamlanmışdı. Həmin ildə Korhagen əhalisi 266 milyona çatmışdı. Dünyada o vaxtlar 36 milyon kobalt yaşayırdı ki, bunun 28 milyon 900 mini Korhagen ölkəsində yaşayırdı. Həmin ilə gəldikdə dünyanın ən təmiz ölkəsi adını Korhagen ölkəsi adı almışdı. Korhagen dövlətində torpaq keçmiş kobalt adətləri ilə əkilib-biçildiyi üçün çox məhsuldar idi. Keçən illərdə torpaq nəfəs alıb dincəlmişdi. O zamanların məlumatına görə Korhagen dövləti ildə 8 milyard insanı doyduracaq ərzaq məhsul istehsal edirdi. Dünya əhalisi isə o vaxtlar 13 milyard idi. 3 milyarddan çox əhalisi olan Hindistan və Çin öz əhalisini ərzaqla təmin etməyə çətinlik çəkdiyi vaxtda bu Korhagenin böyük uğuru idi. Məhz bu gün bizim yaşadığımız bu ərazinin bu qədər bərəkətli olmasının səbəbi budur. Çin və Hindistan ərzaq ehtiyacını ödəmək üçün Korhagenlə ticarət müqaviləsi imzaladılar. Hindistan əhalisi təbiətə bağlı yaşadıqları üçün ərzaqa Çin qədər ehtiyacları yox idi. Çinin isə çox ehtiyacı var idi. Qısa müddət sonra Hindistanla-Çin arasında bir çox səbəblərdən gərginliklər artmağa başladı. Aralarında müharibə başladı. Təkcə 4 ayda 6 milyon insan öldü. Elə o vaxtlar zombilər və onların başındakı zommaster peyda oldu.
Zommaster çox ağıllı idi və zombiləri telepatik yolla idarə edirdi. Özünə zombi ordu toplayan kimi müharibəyə başladı. Bu ordunun sayı 20 milyona çatmışdı. Onun 1000-i zommaster idi. İlk vaxtlar zombilərin hücumlarına Çin və Hindistandan başqa heç bir ölkə qarışmadı.Çünki zombilər hələ üzə çıxmadığı vaxtlarda zombilər yavaş yeriyən, düşünə bilməyən, cinsi yolla çoxalmayan varlıqlar kimi təsvir edilirdi. Bəlkə buna görə insanlar zombilərdən elədə qorxmurdu. Amma bunların tam əksi idilər.Onların yerinə zommasterlar düşünsədə, telepatik yolla əmirlər verirdilər.Həmçinin zombilər içgüdüsəl zəkaya sahib idilər. Zommasterlar telepatik yolla zombilərə texnologiya və silahdan istifadəni öyrətmişdilər. Bu barədə onların işini sürətləndirən digər amil Çin və Hindistan ordusunu məğlub etdikdən sonra zombiyə çevrilən hərbiçilər idi. Heç kəs bunun fəlakətə səbəb olacağını hənüz bilmirdi.(Diqqət! Bu paralel kainatda insanlar kütləvi imha silahlarını icad etməyib) Tarixi meydana Cenya kobaltlarının başçısı Kiak İster çıxdı. O andoryalılar 60%-ni öz tərəfinə çəkərək Zommasterla ittifaq qurub onları lazer silahlarla təmin etdi. Birlikdə milyon illərdi ispeklərin əmri ilə yeraltında Mayn hörümçəklərinin ordusu olan arkanonların nəzarəti altında həbs edilən sakıyeyənləri və vandetləri xilas etmək üçün qəfil hücuma keçdilər.Qəfil hücumdan ispektlər və arkanonlar pərəm-pərəm düşdülər. 5 milyon sakıyeyən hörüçməkləri və 1 milyon vandetdalı azadlığa çıxdı. İlk dəfə hər kəs indiki vandetlərin ilk təmsilçisi vandetlərin başçısı İzomark ilə
tanış oldu.
İvan:-Necə yəni tanış oldular? İnsanlar vandetlər haqda nə düşünürdülər ?
-İnsanların vandetlərdən xəbəri belə yox idi. Onlar milyon illər boyu yerin altında İspektlərin əsirliyində olublar və onlar Mayn hörümçəkləri ordusu olan arkanonlar nəzarət edirdi. Vandetlərin hər biri ağıllı, sürətli idilər. Akrabotik hərəkətləri ustalıqla edirdilər. İspektlərin belə İzomarkdan xəbəri yox idi. İspektlər vandetlərin nəsili artdıqca mutasiyaya uğrayıb yeni nəsil vandetlər yaranacağını bilirdilər. Ona görə bunun qarşısını almaq üçün vandetlərin arasına ordu göndərib yeni doğulan vandet körpələrin çoxunu öldürdülər. Sağ buraxdıqlarına da mutasiyaya məruz qalmasın deyə xüsusi maddələri qanlarına yeridirdilər. Ancaq vandetlər də hiyləgər imiş, körpələrini gizlətməyə çalışırlarmış. İzomarkda həmin körpələrdən biri idi. Digər vandetlərdən fərqli olaraq 2 metr boya, qanadlara və daxili gücünü idarə edə bilmək qabiliyyətinə sahib idi. Bu günə qədər bunu bacaran yeganə vandetlidir. Bildiyiniz kimi insanlar zombiyə 10 saniyə vandetlərə 17 saniyə çevrilir təbii ki, onların dişlərindən sağ qala bilsələr. Meqa şəhərlər də o zaman dezavantajı da açıq özünü göstərdi. Meqa şəhərlərdə zombilər və vandetlər sürətlə yayıldılar. İzomark Korahgenə hücum zamanı alfa dərəcəli send Kaster Mesitsa ilə
təkbətək döyüşə girişmişdi. Bu döyüşdə ikisidə bir-birlərini öldürdülər.
Berkay:- Send nədi ki ?
Kom Mesitsa :-Send qarışıq irqə sahib olanlara deyirlər. O yarı Kobalt yarı Tarqin idi. Alfa dərəcəsi ən böyük güc dərəcəsidi. O iki irqin gücünü idarə edə bilir. Mən məhz onun soyundan gəlirəm. Tarixçi təəssüf hissi ilə dedi:
-O əsil döyüşçü idi. Öləcəyini bilə-bilə o fədakarlığı etmişdi. İzomarkın ölümündən sonra 4 oğlu mübarizəni davam etdirdi. Kiakın fikir atalığı ilə əmrindəki kobaltlar, zombilər, sakıyeyənlər, vandetlər, üsyankar andoryalılar və dektiroyalılar ittifaqlarını sağlamlaşdırıb ittifaqlarının adını Qarışıqlar qoydular. Buna cavab kimi kobaltlar, insanlar, tarqinlər, andoryalılar, arkanonlar, ispeklər, meletanlılar, ertustaqlılar, dünyada olan meleqanlılar itifaq quraraq adlarını İrqdaşlar qoydular.Müəyyən vaxtdan sonra andoryalılar, meleqanlılar irqdaşların sırasından ayrılsada irqdaşlar üstünlük qazanmağa başladılar. Təəssüf ki erotinlərin müharibəyə qoşulması ilə bu üstünlük qısa çəkdi. Qarışıqların yanında yer alan erotinlər müharibəni kosmik müharibəyə
çevirdilər. İrqdaşlara morilər, üvulkayuslar və kolonyaları, çetverk xalqları, uşedenlilər,iqerdiyumlular yəni bütün federasiya qoşuldu. Qarışıqların tərkibinə isə jakartalılar və üvulkayuslardan ayrılmış Larkalar qoşuldu. Beləliklə müharibə uzandıqca uzandı. 2205-ci ilə gəldikdə müharibənin son dövrünə qədəm qoyuldu. Hər iki tərəfin itkisi milyardlarla canla ölçülürdü. Həmin il dünyada irqlər müharibəsinin ən son böyük müharibəsi oldu. Məncə Serd
o döyüşün canlı və hələ də yaşayan iştirakçılarındandır. Danış bizə orda olanları
Serd. -Son savaşı Qanlı göl adlanır və bu adı boş-boşuna qazanmayıb. O vaxt mənim 56 yaşım var idi. Arkanonlara görə cavan idim. Döyüş keçmiş Aralıq dənizinin qurumuş ərazilərində olmuşdu. O vaxtlar Aralıq dənizinin 92%- i artıq qurumuşdu. İndiyə qədər ən böyük arkanon ordusu toplanmışdı. 286 min arkanon ölümünə müharibəyə gəlmişdi. Digər orduların sayını bilmirəm. İlk əvvəl lazer güllələr, texnologiyaların savaşı oldu. Döyüşün ilk həftəsi strateji oyunlar meydandq dönürdü. Bu oyunlara görə hər gün yüzminlərlə can alınırdı. Axan qan Aralıq dənizini doldurmağa başlamışdı. Artıq hər kəsin səbri bitmişdi və hər kəs nəticəni almaq istəyirdi. Döyüşdə o qədər qan axmışdı ki, artıq ordular dizəcən qan gölündə döyüşürdü. Hətda düşmənini qan gölündə boğaraq öldürənlərdə var idi.. Hər kəs öz düşmənləri ilə məşğul idi. Ertustaqlılar Erotinlərlə döyüşürdülər. Vaxtı ilə erotinlər ertustaqlıların planetini zəbt etmiş onlardan bir qismi dünyaya gəlmişdi. Məhz buna görə erotinlərə şiddətli hücumlar edirdi. Qılınclar, qalxanlar, lazer qılınclarının bir-birinə dəydiyi zaman çıxan səs orduların səsini daha şiddətləndirirdi.
İvan:-Qılınc qalxan dedikdə buta metalından hazırlanmışları nəzərdə tutursan?
-Bəli. Buta metal digər metallardan çox fərqlənir. Məhz buna görə çox dəyərlidir. Buta metalı yüksək temperaturda davamlılığı artır, tam əksinə olduqda isə davamlılığı azalır. Məhz buna görə kosmik gəmilər belə bu metaldan hazırlanır. Həmçinin erotinlərin bədənlərinə təsir edən ən effektiv silahlar məhz bu metaldan hazırlanan silahlardır.
Mahmud soruşdu:
-Müharibədən danışırdın. Necə məğlub olduz ?
-Dediyim kimi müharibənin hər günü irqdaşlar bezirdi. Nəticəni görmək istəyirdi. Hər kəs strategiyanı kənara atıb sadəcə müharibə aparırdı. Artıq heç kəs komandirinin sözünə qulaq asmırdı. Sadəcə nəticə almaq üçün ölümünə döyüşürdü. Ancaq qarışıqların səbri hələ bitməmişdi. Onlar hələdə strategiya edirdilər. Bitməməsidə normaldır. Bizdən ölən hər 5 nəfərdən 1-i onların sırasına keçirdi. Bu döyüşənlərin psixologiyasını daha çox pozurdu. Biz sakıyeyənlərin üstünə hücum etmişdik. İlk zərbədə minlərləsini məhv etdik. Ancaq onların arxasında zombi və vandet ordusu gizlənirmiş. Birdən-birə birimizin üstünə yüzlərləsi atılmağa başladı. Bu zaman bizlər
hörümçək bədənlərimizdə idik. İnsana çevrildikdə sakıyeyənlər hörümçək qaldığımızda isə zombilər və vandetlər bizi məhv edirdi.O zaman köməyimizə kobaltlarla Çetverq xalqlarından olan Naqartalılar çatdı. Şiddətli döyüşlərin davam etdiyi anda ilk geri çəkilənlər təəssüf ki mənim xalqım oldu. 50 minlik Arkanon ordusu döyüş meydanını tərk etdi. Eyni zamanda dektiroyalılar, sakıyeyənlər və Cenya kobaltları qarışıqlar ordusunun sırasını tərk etdi. İlk vaxtlar bu irqdaşlara qələbə üçün bir ümid yaratsada, zombilərin və vandetlərin sayının çox olması bu ümidi tezliklə öldürdü. İrqdaşlardan insan, ispekt, kobalt, ertustaqlı, tarqin azaldıqca qarşıqlarda artırdı. Qələbə sevinci azaldıqca məğlubiyyət qaçınılmaz oldu. Orda sona qədər döyüşən 236 min arkanondan mən daxil 17-si sağ qaldı.
Qartal C düşərgəsinə çatmağa az qalmış Tarixçi qrupun başına keçib dedi:
-Qanlı göl müharibəsində demək olar ki, heç kəs qələbə qazana bilmədi. Bir il ərzində heç bir böyük döyüş olmadı. İki tərəfdə öz yaralarını sarmağa çalışırdı. Heç kosmik müharibələr belə böyük yaşanmırdı. Ertustaqlıların bir qolu olan ohemyalıların peyda olub irqdaşların tərəfinə keçməsi erotinlərin vəziyyətini xeyli pisləşdirdi. Erotinlər qarışıqların digər üzvləri ilə razılığa gəlib sülh təklif etdi. Sülh irqdaşlarada lazım idi. İki tərəfdə çox ağır itkilərə
məruz qalmışdı. Bu sülhlə hər kəs öz sərhədlərini müəyyənləşdirdi. Dünya neytral ərazi elan edildi. Orda yaşayanların özləri öz talehlərini qərarlaşdırılması uyğun görüldü. Dünyaya ziyan verə biləcək silahların istifadəsinə qadağa qoyuldu.Dünyada hər irq öz nüfuzunu tətbiq etmək hüququ qazandı.İspektlər buna etiraz etsələrdə artıq buna qarşı gələcək gücləri yox idi. Bu həmdə ispektlərin yaratdığı “İnsan irqi dünyanın tək sahibidir” fikrini alt-üst etdi. Bunlada dünyanın yeni hakimləri zombilər və vandetlər oldu. Hər irq bir yerə dağılıb özünə şəhər-dövlətlər qurdu. Bizdə keçmiş Azərbaycanın İsmayıllı, Ağsu, Şamaxı bölgəsində özümüzə dövlət qurduq. Korhagen keçmişdəki siyasətinə görə bu ərazilər böyük meşə ərazisi idi. Biz isə bu meşənin ortasında yaşayış məskəni saldıq. Hal-hazırda ən güclü müstəqil insan dövləti bizik. Hal-hazırda dünyanın fərqli-fərqli ərazilərində vandet, zombi şəhərlərində yaşayan və təsərrüfat heyvanları kimi saxlanılan minlərlə insan var. Onlar, bir gün onları azad edəcək yeni bir irqlər savaşını gözləyir. Bəlkə Allahın izni ilə bir gün o şərəfli vəzifə bizim olacaq.
Hər kəs eyni vaxta amin dedi. Tarixçi ratsiyanı alıb dedi:
-Qartal C danışan Qartal 4-dü. Qartal C biz 5 dəqiqə sonra düşərgəyə çatırıq.
-Qartal 4 danışan Qartal C-di. Xoş gəldiniz.
Bir neçə dəqiqə sonra düşərgənin qapısına çatdılar. Bu dəfə düzülüşlərində fərqlilik var idi. Başda tarixçi durmuşdu sağında Kom arxasında 3 nəfər olmaqla, solunda Serd 3 nəfər olmaqla durmuşdu. Tarixçi saatına baxdıqda saatın 09:00 göstərdiyini gördü. Düşərgənin qapıları 2 əsgər tərəfindən açıldı. Qapıdan bir az aralıda 5 nəfər sağda 5 nəfər solda olmaqla əsgərlər gözləmədə idi. Başlarında bir komandir var idi. Komandir Tarixçini
görən kimi əsgərlərə hazır ol əmri verdi. Tarixçi adamları ilə komandirə çatdıqdan sonra əsgərlərə azad əmri verib komandirə dedi:
-Hər şey yolundadır komandir ?
-Bəli canab mayor. Düşərgə komandiri sizi və adamlarınızı yemək otağında gözləyir.
-Çox sağ ol cənab leytenant. Çox gözlətməyək.
Qrup yemək otağında mayorla görüşdükdən sonra yeməklərini bitirib 3 qrupa ayrıldılar. Qruplar yoxlayacaqları qüllələri və düşərgənin divarlarını aralarında qərarlaşdırdılar. Hər qrupa mayor tərəfindən 2 əsgər də verildi. Tarixçinin qrupuna verilən 2 əsgərdən biri 20 yaşlı Kamran idi. 1 Saat ərzində qrup düşərgənin təhlükəsizliyini, qaydalara əməl olunub-olunmadığını xüsusi diqqətlə yoxlayıb, düşərgənin mərkəzində toplandılar. Yorğun olan Tarixçi ratsiyanı əlinə alıb dedi:
-Qartal yuvası danışan Qartal 4-dü. Qartal yuvası.
Tanış xanım səsi eşidildi:
-Qartal yuvası eşidir Qartal 4.
-Biz Qartal C düşərgəsini yoxladıq. Hər şey qaydasındadır. 7 saat sonra düşərgədən çıxıb Qartal yuvasına qayıdacağıq. Aydın oldu Qartal Yuvası.
-Sağ-salamat gəlin Qartal 4.
-Nailə Kamran yanımdadır. Bir azdan verəcəm danışarsan.
-Sağ ol Tarixçi.
Tarixçi ratsiyanı söndürüb Kamrana verdi. Qrupuna baxaraq dedi:
- 7 saatınız var dincəlin. 7 saatdan sonra hamı burda toplansın. Mərkəzə qayıdacağıq.
Hər kəs bir ağızdan əmr edərsiniz dedi.
Qeyd: E006 paralele kainatı yaratdığım 15 paralel kainatdan sadəcə biridir. Yuxarda yazılanlar 182 bölümdən və 17 219 səhifədən ibarət olan “Süqut” romanımda daha detaylı işlənim. Məhs buna görə yuxarda yazılanlar qarışıq gələ bilər. Eyni həcimdə olacaq “Süqut 2: Yeni dövr” qısa ölçülü “Süqut 1918” “Süqut 1954” “Süqut 2050” romanları ilə bu kainatı daha da detaylandırım genişləndirmək istiyirəm.
“Ədəbiyyat və incəsənət”
(28.12.2022)