Kənan Məmmədlinin təqdimatında
20 aprel 1841-ci ildə Graham's Magazine jurnalında Edqar Allan Ponun "Meyitxana (Morq) küçəsində qətl" adlı hekayəsi dərc edildi. Həmin hekayə tarixdəki ilk detektiv əsər hesab olunur. Növbəti 180 il ərzində bu janr dəfələrlə dəyişdi, əsl ədəbiyyat kimi gah tanındı, gah tanınmadı, lakin sonda bu janr ədəbi janrlar arasında möhkəm yer tuta bildi.
“Ədəbiyyat və incəsənət” portalı detektiv janrının nə olduğu, detektivin arxasında nələrin dayandığı barədə bu janra laqeyd olmayan ədiblərin fikirlərini toplayaraq sizlərə təqdim edir.
1. Cinayət yayılmışdır. Amma onun məntiqi çox nadir halda anlaşılır. Ona görə də siz cinayət üzərində deyil, məntiq üzərində dayanmalısınız.
Artur Konan Doyl
2. Yaxşı detektiv roman üçün ən əhəmiyyətlisi, kiminsə təqsirli olmasının tam aydın görünməsi, lakin sonra onun təqsirinin qeyri-aydın görünməsi üçün səbəblərin tapılmasıdır ki, siz sonradan cinayətkar bu deyilmiş ki, deyə düşünəsiniz. Halbuki, əslində, cinayətkar məhz elə o imiş.
Aqata Kristi
3. Mütləq tapmaca, sirr elementi olmalıdır. Mütləq müəmmalı vəziyyət yaranmalıdır. Xəfiyyə nə baş verdiyini bilməməlidir, o, nəsə qəribə bir şeyin baş verdiyini bilməli, lakin bu qəribə şeyin nə olduğunu bilməməlidir. Mənə elə gəlir ki, əsl tapmaca ser Conu kabinetində öldürənlərdə deyil, yaranmış vəziyyətdə bu insanların nə istəyində, bu insanların nə cür insan olmasındadır.
Raymond Çandler
4. Sosial romanla müqayisədə detektiv janrında olan əsərlər daha stereotipli personajları səhnəyə çıxarır və daha əhəmiyyətsiz çərçivələr müəyyən edir. Lakin bu tipləşmə çətin izah edilən kriminal hadisə vasitəsilə özündə qeyri-müəyyənliyi və eyni zamanda reallığın zərifliyini göstərən hadisələrin kritik dönüşünə əsas yaradır. Şübhə altına hər kəs gələ bilər.
Luke Boltanski
5. Hesab edirəm ki, detektiv roman ədəbiyyatda demokratik prinsiplərin ən yaxşı tərəfdarıdır. Yəni dedektivlər demokratiya ortaya çıxana qədər ortaya çıxa bilmədi, çünki dedektiv romanın mahiyyəti ondan ibarətdir ki, kim olmağından asılı olmayaraq əgər sən günahkarsasa, sonda cəzalandırılacaqsan və əgər sən günahkar deyilsənsə, sənə heç bir şəkildə zərər toxundura bilməzlər.
Rex Stout
6. Detektiv dövrün ən etibarlı janrıdır. Viktorian İngiltərəsini hardan tanıyırsınız? - Çestertondan və Kristidən. Otuzuncu illər Amerikasını? - Çandlerdən. Detektiv bütün reallıqları, istənilən mühiti kopyalayır. Odur ki, əgər gələcək tarixçi onuncu illərin dəqiq portretinə — onların maniyalarına, fobiyalarına, hətta qiymətlərinə ehtiyac duyarsa, o, məni oxuyacaq.
Frank Tilye
7. Maraqlıdır, yaxşı detektiv üçün hansı əsas inqridientlər lazımdır? Əlbəttə ki, sürət lazımdır. İlk səhifədən ən son səhifəyə qədər sürət lazımdır. Və mənə elə gəlir ki, həm də qəddarlıq, müəyyən intim, əsas fikir, süjet lazımdır, insanlarda sonda nə baş verəcəyinə maraq oyatmaq lazımdır.
Yan Fleminq
8. Sonluğun mütləq xoşbəxt bitməsi lazım deyil, lakin o, məntiqi və çəkici olmalıdır. Belə finalı da mən oxucu qarşısında özümun borcum bilirəm.
Con Le Karre
9. Görünür, Hemmetin "İncə insan" romanındakı heyrətamiz kəşfinə əsaslanan yeni detektiv yazı məktəbi mövcuddur ki, bu da ər-arvad münasibətlərinin heç də həmişə platonik olmadığına əsaslanır, ona görə də, oxucunu yataq otağına, hətta yatağa dəvət etməklə qətl hadisəsi daha da gözəlləşir. Şəxsən, mən o qədər əyalətdən gəlmiş sadəlövhəm ki, detektiv süjetini bir salat hesab edirəm və bütün bu yeni şeyləri o salata əlavə edilmiş ədvalar sayıram.
Erl Stenli Qardner
10. Daha böyük cinayətdən bəhs edirsənsə, işin daha asan olur; çünki böyük cinayətin, bir qayda olaraq motivi daha aydın və aşkar görünür.
Artur Konan Doyl
11. Çox xırda istisnalarla detektiv ədəbiyyat daha çox və ya daha az orijinal tapmacaların və şablon ədəbiyyatçılığın bir kollajıdır.
Vladimir Nabokov
12. Hətta ən ənənəvi formada olan detektivi yaxşı yazmaq olduqca çətindir. Yaxşı detektivlərə yaxşı ciddi romanlardan daha az rast gəlinir. Özü də onların əksəriyyəti ikinci dərəcəlilik statusu ilə yüksək belletristikanın kölgəsində qalaraq dünyaya gəlməli olmadıqları halda ölməkdən də imtina edirlər. Onlar ictimai parklarda gips heykəlləri kimi davamlı və eyni dərəcədə lazımsızdırlar.
Raymond Çandler
13. Əgər siz detektivə ironiya ilə yanaşan bir hekayə yazmaq istəyirsinizsə, həmişə sadəlövh oxucu tapılacaq ki, bunda istehzanı yox, yalnız detektivi görsün. O, burda detektivdən başqa da bir şey olduğundan şübhələnə bilər və detektivin burada ən vacib şey olmadığını da təxmin edə bilər, lakin yenə də yalnız detektiv tərəfini oxuyar.
Umberto Eko
14. Heç kim 90-cı illərin sonunda tarixi detektiv yazmaq istəmirdi. Mən Oleq Novikovun necə söylədiyini xatırlayıram: "Ey Rəbbim, hər gün yüzlərlə insanın öldürüldüyü bir ölkədə yaşayırıq. Niyə insanlar üçün XIX əsrdə kiminsə öldürülməsi barədə oxumaq maraqlı olsun ki?»
Boris Akunin
15. Mənimçün ədəbiyyatın janrları yoxdur. Mənimçün yaxşı və pis ədəbiyyat var. Ona görə də, mən detektivə tərif verməkdən çəkinirəm.
Çingiz Abdullayev
16. Mənim fikrimcə, pank rokun mahiyyəti ondan ibarətdir ki, o, mahnının skeletini qurmaq üçün bütün vacib olmayanları yığışdırır. Detektiv janr, hər halda, mənim sevdiyim detektiv nümunələri eynən buna bənzəyir. Orada tarix lazımi minimuma endirilib. Mənim romanlarımı pank rokdan fərqləndirən bircə şeydir, onlarda heç bir ideya yoxdur.
Y. Nesbyö
17. İş burasındadır ki, "yazıçı qadın" sözü jurnalist dairələrində təhqiredici söz hesab olunur, "yazıçı" sözü isə mənim məşğul olduğum iş üçün həddindən artıq yüksək sözdür. Yazıçı –Frans Kafkadır. Detektiv romanların müəllifi kimdir? Heç kim.
Tatyana Ustinova
15. Elə bədii ədəbiyyat növləri var ki, mən onlara heç toxunmuram, məsələn, detektivlər. Hansılara ki, əsla dözə bilmirəm.
Vladimir Nabokov
Şəkildə: Daniel Vierge. "Meyitxanada qətl" hekayəsinə illüstrasiya, 1870