Qarabağ Kitab Fonduna 110 mindən çox kitab hədiyyə olunub

 

Nəcib təşəbbüslərdən biri: Vətən müharibəsi nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 1990-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası işinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən “Qarabağa kitabla gedək!” aksiyası təşkil edilib. 

 

2020-ci ildən həyata keçirilən aksiyası çərçivəsində mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, türkdilli dövlətlər, tanınmış xarici və yerli yazarlar, ölkəmizin nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən Qarabağ Kitab Fondu üçün böyük sayda kitab hədiyyə olunub.

Mədəniyyət Nazirliyindən media sorğusuna  cavab olaraq bildirir ki, 2022-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutu, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan və Türkiyə nəşriyyatları, Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi və digər təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən Qarabağ Kitab Fonduna müxtəlif sayda kitablar bağışlanıb. Hazırda fondda 112 min 91 nüsxə kitab mövcuddur.

 

Şəkildə: Ağdam mədəniyyətinə qarşı erməni barbarlığı. 

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.