4-CÜ PROSES: MKRTIÇ XRİMYAN Featured

“Yalanın 17 anı” sənədli fentezisi böyük rezonans doğurduğundan müəllifin - yazıçı Adəm İsmayıl Bakuvinin seçimində portalımız romanın ən maraqlı hissələrini dərc etməkdədir. Müsbət haldır ki, tarixi faktlarla ermənilərin iç üzünü açan bu romandan seçmələri oxucular sosial mediada paylaşmaqdadırlar. Qoy hamı oxusun və agah olsun.

  

Növbəti proses günü öncəsi günəş həmişəkindən hərarətli idi. Baş Hakim adəti üzrə günəşi eyvandan qarşıladı. İllərdir ki, o, günəşi bu cür qarşılayır. Tezdən saat beşdə oyanır, bir stəkan qəhvə içib günəşin görüşünə gedir. Eyvandan görünən nəhayətsiz dənizin üzərində qıırmızımtıl rəng, ilk günəş şəfəqləri, sularda onların parıtılı əksi. Bəlkə də insanlar Əsl dünyada reallaşdıra bilmədikləri arzularını Axirət dünyasında reallaşdırmağa təşnədirlər. Baş Hakim Baltikyanı ölkələrdən biri olan Estoniyada dünyaya gəlmişdi, 1973 təvəllüdlüydü, Sovetlər dönəminin bütün ideoloji baryerini öz üzərində görmüş, Tallinndə aldığı ali hüquq təhsilini sovetlərə xidmət üçün deyil, öz eston xalqının rifahı üçün yönəltməyi bacarmışdı. Estoniya müstəqillik qazanandan sonra məhkəmə sistemində çalışmış, elmi dərəcə almışdı. İşini, ailəsini çox sevirdi, başı işinə qarışdığından ailəsinə istənilən qədər vaxt ayıra bilmirdi, həmin dönəmlərdə ən böyük arzusu bir yay ailəsini də götürüb dəniz sahilində yaxşıca dincəlmək, günəşi qarşılamaq, çimib qaralmaq idi.

Estoniyanın məhkəmə sistemi Avropanın ən yaxşlarından hesab olunurdu. Tartu dövlət məhkəməsi, Tallinn və Tartu dairə məhkəmələri, Tallinn və Tartu inzibati məhkəmələri, onların nəzdindəki Pyarnu və Yıxva məhkəmələri, eləcə də Tartu, Pyarnu, Xaryus və Virus əyalət məhkəmələri işlərini elə qurmuşdular, haqq-ədalətin keşiyində elə dayanmışdılar ki, bu ölkədə “apelyasiya məhkəməsi”, “kassasiya şikayəti” kimi anlamlara əsla ehtiyac qalmırdı.

Estoniya multikulturual bir dövlətdir, burada 192 millətin nümayəndələri yaşayır. Təbii ki, dünyanın hər yerinə səpələnmiş ermənilər burada da az deyil, rəsmi məlumata görə onların sayı 2000-dir. Estoniyada erməni dilində bazar günü məktəbi fəaliyyət göstərir, Müqəddəs İoann kompleksinə aid qədim Xaani Seeqi məbədi təmənnasız Erməni Apostol Kilsəsinə verilib ki, hazırda orada erməni məbədi fəaliyyətdədir. Estoniyanın milli azlıqlar Palatasının başında da məhz erməni – fəlsəfə doktoru Rafik Qriqoryan dayanır. Bir dəfə “Estoniyanın tarixi. Erməni izləri” adlı bir kitab yazaraq həmin doktor bu torpaqlarda da qədim dövrlərdə ermənilərin məskunlaşdığını iddia etmişdi, bax onda Baş Hakim onunla xeyli mübahisə etməli olmuşdu. Tolerant Estoniyanın paytaxtının vitse-meri Leyvi Şer ermənilərin çığır-bağır salaraq Estoniyanı dünyanın gözündən salmaq cəhdində bulunacaqlarından ehtiyatlanaraq “Bu kitabı millətçiliyə yozmayaq, Estoniya multikulturializminin nailiyyəti adlandıraq” demiş, bu mübahisəni hüquqi aspektə yönəltməyə izin verməmişdir, yoxsa Baş Hakim tarixi saxtalaşdıran ağ yalanlara görə Rafik Qriqoryanı məşhər ayağına çəkəcəkdi. Ardınca daha bir incident Erməni Apostol Kilsəsinin Rusiya və Yeni-Naxçıvan eparxiyasının Baltiya ölkələrindəki nümayəndəsi Xosrov Stepanyanla yaşamışdı. Bu şəxs Litvadakı Xaç dağındakı xaçkara – xaç şəkilli qayaya ziyarətlər təşkil edib Pribaltika ermənilərini aparır və bildirirdı ki, xaçkar sırf qədim ermənilərə aid abidədir. Baş Hakim onu bu qərəzkarlığında qınamış, bu məsələni də hüquqi müstəviyə çıxarmaq istəmişdi, amma yenə də millətçilikdən uzaq olan Baltik xalqlarının yuxarı instansiyalarda oturanları “boş verək” demişdilər. Baş Hakimsə gözəl bilirdi ki, ermənilərin arxasında torpaq iddiaları dayanan millətçilik çıxışlarını boş vermək sonda necə faciələrə gətirib çıxara bilər. Bunu vaxtı ilə Azərbaycan etmişdi, nəticədə nə qədər torpaq itirdi. Və o, məsul şəxsləri əmin etməyə çalışırdı ki, vaxt gələcək, mütləq ermənilər eston xalqının tarixi Xaani Seeqi məbədini qədim erməni məbədi adlandıracaqlar.

Tartu ölkənin məhkəmə paytaxtı olduğundan Baş Hakimin yolu ora tez-tez düşürdü. Elə ömrünün düz 45-ci baharında – yubileyinə cəmi bir gün qalmış bir yay ailəsini də götürüb dəniz sahilində yaxşıca dincəlmək, günəşi qarşılamaq, çimib qaralmaq kimi ən böyük arzusu da məhz Tallinn-Tartu yolunda gözündə qaldı, o, avtomobil qəzasına düşüb faciəli surətdə həyatını itirdi.

İki il idi Axirət dünyasındaydı. Bu, burada aldığı ilk böyük iş idi. Buna kimi, ötən il Kiçik Divanda Kolumbiya narkomafiyası liderlərinin prosesində Baş Hakim köməkçisi kimi çalışmışdı, bu dəfə isə o, Böyük Divanda Baş Hakim idi, bəxtinə düşən proses də ağırın ağırı idi. Erməni millətçiliyinin cinayətlərini yığıb-yığışdırmaq, ən əsaslarını seçib-seçmələmək hədsiz ağır idi.

Divanın İşlər Vəkili ona bu prosesi həvalə etmək istədiyini dilə gətirəndə Baş Hakim sövq-təbii “Deyəsən Rafik Qriqoryanla, Xosrov Stepanyanla mübarizəm barədə məlumatlısınız, ona görə də ermənilərin prosesini mənə tapşırırsınız” söyləmişdi,  Divanın İşlər Vəkili isə söyləmişdi ki, “Düzü, ermənilərin Estoniyaya hansısa millətçilik iddiası barədə konkret bilgim yoxdur, amma ona əminəm ki, ermənilərin “tutar qatıq, tutmaz ayran” prinsipi ilə bəlkə də indiyədək hər bir dünya ölkəsinə, hətta sivilizasiyadan kənar Papua-Yeni Qvineyaya da millətçi iddiaları olub” .

Günəş xeyli yüksələndə evdən çıxdı, Baş meydanla onun evinin arası cəmi 30 metr idi, üzünə dəyən sərin mehdən məst ola-ola özünü prosesin başlamasına 12 dəqiqə qalmış Divan məkanına yetirdi. Bir neçə nəfər proses tamaşıçısı ilə qısaca fikir mübadiləsi apardı, kolleqaları ilə salamlaşıb hakimlərin masasında əyləşdi. Allaha dua etdi ki, bugünkü proses də qaydasında keçsin, heç bir ekstrim-filan yaşanmasın.

Kulisdən gələn səs öz yerlərini tutaraq prosesin başlanmasını səbirsizliklə gözləyən tamaşaçıları intizardan qurtardı. Portretlərdən birinin örpəyi açıldı, upuzun ağ saqqalı olan, başı yepiskop örtüklü, sinəsi xaçlı, ixtiyar yaşlı şəxs göründü.

Həmin görkəmdə və qiyafədə olan şəxsi mühafizəçilər müttəhimlər kürsüsünə gətirdilər, onu görən kimi həm müttəhimlər sırasında oturmuş ermənilər, həm də tamaşaçılar arasındakı erməni millətinin nümayəndələri hörmət əlaməti olaraq ayağa qalxdılar.

Kulisdən gələn səs adi səs idi, bu səs müttəhimi təqdim edirdi:

-Mkrtıç Birinci Xrimyan. Erməni xalqının dini və ictimai xadimi, yazıçı, Konstantinopol ermənilərinin patriarxı, Bütün ermənilərin katalikosu.

Amma bu səsə katalikosu alqışlayan ermənilərin “atamız”, “böyüyümüz”, “xilaskarımız” nidaları da qatılmışdı.

Xrimyan kürsüyə əyləşərkən ətrafına xitab etdi:

-Mən əzabkeş xalqımın xilaskarıyam. Şeytana uymayın. Şeytanı içinizə buraxmayın. O, içinizə girsə çox fəsadlar törədəcək. Mən sizin Divanı tanımıram, çünki bu Divan Allahdan gələn yox, Şeytandan gələn Divandır. Ona görə də sizlərin hökmünüz belə mənim tükümü tərpətməz. Mənə söz verməyin. Şeytanların hüzurunda danışmaq mənə suç olar.

Ermənilər Xrimyanı alqışladılar, özünü saxlaya bilməyən Baş Hakim diktor mətnini gözləmədən söz götürdü:

-Möhtərəm tamaşaçılar! Bu gün Müttəhimlər kürsüsündə əyləşmiş şəxs erməni tarixinin ən görkəmli din, kilsə xadimidir. 20-ci əsrin əvvəllərində bütün ermənilərin katolikosu olmuş Katolikos Mkrtıç Xrimyandır! Sabah isə ardıcıl daha bir erməni kilsə xadiminə Divan hökm çıxaracaq. Həmin kilsə xadimi konkret bir cinayətdə süçlanır, amma Mkrtıç Xrimyanın isə cinayətlərinin həddi-hüdudu yoxdur. Öz dövründəki və öz dövründən sonrakı bütün insan qətliamları, terror və müharibələrin– kilsənin fitvası ilə həyata keçirilən bütün bu antiinsan aksiyalarının ilk ideoloqu bu şəxs olmuşdur. Prosesə başlamazdan əvvəl mən mütləq bir sitat gətirmək istəyirəm. Amerika tədqiqatçısı Samuel Uims özünün “Ermənistan – terrorist dövlətin xristianlıq sirləri” adlanan olduqca dəyərli kitabında yazıb:” 20-ci əsrin lap əvvəllərində erməni kilsəsinin Daşnaksütun adlı terrorist siyası hərəkatla birləşməsi günümüzə kimi davam etməkdədir. Erməni kilsəsi terrorçuların qiyamlarının planlarını tutan və bunu həyata keçirən qərargah funksiyası daşıyıb və daşıyır. Belə ki, terrorçuların hamısı “başlama” əmrini kilsədən alır.”

Baş Hakimin gətirdiyi bu sitat həqiqətən də nurani görkəmli, sinəsi xaçlı, nüfuzlu din xadiminin müttəhimlər kürsüsündə əyləşməsini qavraya bilməyən xristian tamaşaçıları çaş-baş qalmaqdan qurtardı, onlar kilsənin terrorda, qətliamlarda rolunun ilk təsdiqini eşidib xeyli təəccübləndilər də.

Baş Hakim sözü diktora verdi, diktor ənənəyə uyğun olaraq müttəhimin dosyesini oxudu:

-Mkrtıç Birinci Xrimyan həm də Xrimyan Ayrik və Mkrtıç Birinci Vanetsi adları ilə tanınıb. 1820-ci ildə Osmanlı İmperiyasının Van əyalətində doğulub, 1907-ci ildə bəzi mənbələrə görə İsraildə - Qüdsdə, bəzilərində isə Qafqazda – Eçmiədzində  dünyasını dəyişib. İlkin təhsilini əmisi Xaçaturdan alıb, 1842-ci ildə ailəsi ilə birgə Vandan Konstantinopola köçüb. Orada erməni dili müəllimi işləyib, ardınca müxtəlif ölkələrə səfərlər edərək erməni icmalarına dini mövzuda, eləcə də erməni tarixinin, mədəniyyətinin təbliği mövzularında mühazirələr oxuyub. 1851-ci ildə Konstantinopol Patriarxı onu Kilikiyaya yollayıb ki, orada erməniləri maarifləndirsin, savadlandırsın. 1854-cü ildə Vanın Axtamar monastırında monax adına layiq görülüb. 1858-ci ildə Konstantinopolda şəxsi mətbəə alaraq “Artsvi Vaspurakan” adlı dərgi nəşr etməyə başlayıb. Bu jurnal Osmanlı ermənilərinin maariflənməsində böyük rol oynayıb. Eləcə də jurnal milli ruhu oyadıb. Tezliklə o, “türk və kürd əsarəti altında əzilən” erməni xalqının təşkilatlanması işinə start verib, diyar-diyar gəzib yoxsul ermənilərə köməklik göstərməklə yanaşı, onları antitürk əhval-ruhiyyədə kökləməyə də müvəffəq olub. Həmin illərdə xalq ona Xrimyan Ayrik deməyə başlayıb.

Maraqlarını heç vaxt boğa bilməyən Baş Hakim diktordan üzr istəyib üzünü Divan heyəti səmtə tutaraq soruşdu ki, “ayrik” sözünün tərcüməsi nədir? Erməni tərcüməçi dərhal “Ayrik – erməni dilində ata deməkdir” cavabını verdi. Baş Hakim diktordan mətnin davamının oxunmasını xahiş etdi.

 -1868-ci ildə Osmanlı Sultanının istəyinə zidd olaraq Xrimyan Konstantinopol ermənilərinin Patriarxı təyin olunub. O, ermənilərin mövcudiyyatının qorunması üçün Osmanlı ermənilərinin muxtariyyat qazanmasını zəruri elan etməklə Osmanlıda erməni millətçiliyinin, antitürk əhval-ruhiyyəsinin əsasını qoymuşdur. Osmanlı hakimiyyəti Xrimyanın millətçi xislətinin arzuolunmazlığını duyub 1873-cü ildə onun taxt-tacdan salınmasını təşkil edə bilmişdir. 1878-ci ildə Qərb Osmanlı imperiyasını süqut etdirmək üçün Berlin konqresində xüsusi “Erməni məsələsi” mövzusunu müzakirəyə qoyanda ermənilər Xrimyanı öz nümayəndələri kimi Berlinə göndəriblər, Xrimyan fürsətdən yararlanıb Avropanı gəzib, İtaliya qrafı Luidji Korti, Fransa xarici işlər naziri Viyam Vaddinqton, Britaniya xarici işlər naziri Robert Sesil ilə, səfirlərlə, kilsə xadimləri ilə görüşüb, onlara Osmanlı ermənilərinin bədbəxt halını izhar edərək kömək xahiş eləyib.

Diktor erməni müdafiəçinin qışqırtısı müqabilində mətn oxunuşunu dayandırası oldu. Müdafiəçi qışqırırdı ki, Divan tam yanlışlığa, fakt saxtakarlığına yol verir, 1878-ci ildə möhtərəm Mkrtıç Xrimyan vətəndən çıxaraq öncə Vyanaya gedib, niyə yalan danışırsınız?

Baş ekspert bu müdaxilənin müqabilində yerindən dik atılaraq öncə Divanı müdafiə etdi, Divanın ünvanına söylədiyi mənfi sözlərə görə erməni müdafiəçini qınadı, ardınca söylədi:

-Əziz Divan heyəti, əziz tamaşaçılar, bu şəxsin iradını eşitdinizmi? Deyir, Xrimyan evdən çıxıb Vyanaya gedib. Divansa onun Berlinə getdiyini deyir, deməli, Divan yalançıdır. Bunlar necə də iftiraçı, üzəduran, şərçidirlər. Demək, məsələ belə olub, 1878-ci ildə Xrimyan Konstantinopoldan Vyanaya, ordan da Berlinə gedib. Bizə yol təfərrüatı maraqlı deyil, bizə məhz Berlindəki fəaliyyət maraqlıdır. Bəlkə biz Xrimyanın yolda haralarda gecələməsini, nə yeyib-içməsini, lap, hansı ayaqyollarına təşrif buyurmasını da təfərrüatıyla söyləməliyik? Ayıbdır vallah. Suda batanın saman çöpündən yapışması deyilən bir anlayış var. Burada isə suda batan saman çöpü də deyil, köpükdən yapışır.

Auditoriyanın alqış sədaları altında Baş ekspert diktordan oxunuşu davam etməsini xahiş edib yerində əyləşdi. Diktor mətni davam etdirdi:

- Xrimyanın Avropada görüşlər keçirib Osmanlı ermənilərinin bədbəxt halını izhar edərək kömək xahiş etməsi faktları bir neçə mənbələrdə var. Amma o da var ki, onların soyuqqanlılığı, gözləmək tələbi Xrimyanı əndazədən çıxartmışdı, Avropadan qayıdıb Xrimyan xalqına silahlanmaq və öz müqəddəratını özü təyin etmək tövsiyəsi vermişdir. O, tezliklə Vanda “Sev Xaç”, eləcə də “Paştpan aireyants” adlı gizli milli-azadlıq hərəkatı təşkilatları yaratmışdır. Xrimyan Osmanlı İmperiyasına erməni muxtariyyatı barədə ultimatum vermək cəsarətinə də gəlmişdi, bunun müqabilində Sultan onu Qüdsə - şərəfli sürgünə yollamışdır. 1892-ci ildə Eçmiadzin Xrimyanı Erməni Apostol Kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu təyin etmiş, bu təyinatı bir il sonra Rusiya imperatoru 3-cü Aleksandr qəbul etmişdir. Qüdsdə sürgündə olsa belə türk təəbəsi kimi izlənən Xrimyan gizli yolla Misirə, ordan da xidmətini keçirmək üçün Eçmiədzinə yollanmışdır.

Bu dəfə Xrimyan yerindən söz atdı:

-Şeytanlar, bəs Yunanıstan? Mən həmin dönəmdə Yunanıstana da getmişdim.

Auditoriya uğultu qopardı. Az öncə erməni müdafiəçisinin tutduğu yolu indi də təqsirləndirilən tutmaq istəyirdi.

Diktor bu gülünc müdaxiləyə gülümsəməklə reaksiya bildirib mətn oxunuşunu davam etdirdi:

-Xrimyana sığınacaq verən rusların özləri də tezliklə peşiman olmuşlar. Belə ki, Osmanlı imperiyasını erməni məsələsi ilə dalana dirəyən Xrimyan eyni şeyi ruslara qarşı da etməyə başlamışdır. 1903-1905-ci illərdə rus ziyalıları, siyasi və hərbi xadimləri  Xrimyan başda olmaqla erməni kilsəsindən dövlətə əsl təhlükə duyub ona  qarşı sanksiyalar həyata keçirilməsinə nail olmuşlar, erməni kilsəsinin varidatı müsadirə olunmuşdur. Buna cavab olaraq Xrimyan rus dövlət xadimlərinə qarşı sui-qəsdlər barədə tapşırıqlar vermişdir. 1905-ci ildə Xrimyanın təçkil etdiyi terrorlar Çar Rusiyasını geri çəkilməyə vadar etmişdir, Çar 2-ci Nikolay erməni kilsəsinin varidatlarını geri qaytarmaq əmri vermişdir. Üstəlik, Xrimyana Rusiya İmperiyası  Müqəddəs Apostol Andrey Pervozvannı, Müqəddəs Aleksandr Nevski, Müqəddəs Anna, Ağ Qartal ordenləri təqdim etmişdir. Çarın bu qətiyyətsizliyi, deyərdik ki, qorxaqlığı erməni millətçiliyini bir az da rişələndirmişdir.

Həyatının son günlərini də Xrimyan mübarizələrdə keçirmişdir, onun bütün erməniləri tarixi vətənlərinə qayıtmağa səsləməsi, Türkiyə və Rusiya imperialistlərindən müxtariyyat tələbi ömrünün son günlərinə kimi dilinin əzbər kəlmələri olmuşdur. 1907-ci ilin 29 oktyabrında 87 yaşlı Xrimyan Eçmiadzində (yaxud Qüdsdə) vəfat edərək öz mübarizə yolunu da dayandırmağa məcbur olmuşdur.

Baş Hakim çıxışını bitirən diktora minnətdarlıq bildirib sözə başladı:

-Dünən biz “erməni genosidi” məfhumunun yaranmasının saxtalığını Arutyun Şaxrikyanın – türk təbəəsi olaraq türklərə qan uddurmaqla dövləti əks vasitələrə əl atmağa rəvac verməyə məcbur edən hiyləgər  ideoloqun timsalında sübut etdik. Türklərin ermənilərdən aldıqları zərbələrin miqyasını qismən açmış olduq. Ona görə də təpədən-dırnağa antitürk olan, Osmanlıda erməni qiyamlarının ideoloqu sayılan Mkrtıç Xrimyanın bugünkü prosesində “Böyük Ermənistan” xülyasından zərər çəkmiş Osmanlı İmperiyası ilə yanaşı ikinci böyük imperiya olan Rusiya İmperiyasını əsas proses mövzusu edəcəyik. Beləliklə, sözü ekspertlərimizə təqdim edirəm.

Ekspertlərdən biri dərhal kürsüyə çıxıb birnəfəsə əlindəki kağızı oxumağa başladı:

-Divan ən ciddi və ən mötəbər tarixi mənbələrdən  tam olaraq 18-ci əsrdən etibarən Çar Rusiyası tərəfindən ermənilərin Cənubi Qafqaza köçürülməsi faktlarını dərindən araşdırıb bir daha təsdiqləmişdir. Çar Rusiyası, əlbəttə ki, bunu erməni xalqına simpatiyası olması səbəbindən etməmişdir, buna səbəb Çarizmin müstəmləkəçilik siyasətinin mahiyyəti idi ki, bu mahiyyətdə də yerli aborogen xalq olan müsəlman türkləri sıxışdırmaq üçün ora xristianların yerləşdirilməsi özül təşkil edirdi. Rusların erməni faktorundan istifadəsi ermənilərin milli maraqlarını realizə etməsi üçün əsl plasdarm yaratmışdı, təsadüfi deyil ki, ermənilər rusların Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra əldə etdikləri torpaqlarda Ermənistan dövləti yaratmağa müvəffəq olmuşdular. Ermənilərdən alət kimi istifadə edən Çar hakimiyyəti, təbii ki, öz imperiya maraqlarını, “velikorus” maraqlarını ermənilərin “Böyük Ermənistan” maraqlarından daim üstün tutmuşlar, bununla belə, erməni təpkisi, xəyanəti ilə də daim üz-üzə qalmışlar.

Yüz illər Türkiyənin himayəsi altında yaşasalar da ermənilər onları ruslara satmış, arxalarından zərbə vurmuşlar. Lazımi məqamda erməniləri alət kimi ortaya atan ruslar bax bu həqiqəti heç vaxt unutmurdular, necə ki, bir məsəldə deyilir, başqasını sənə satan səni də digər başqasına satar. Bu səbəbdən də, ruslar ermənilərə inanmırdılar.

Bu məqamda erməni müttəhimlərinin sözçülərindən biri oxunan mətni təxribat adlandıraraq erməni-rus dostluğuna kölgə salmaq aktı hesab etdiyini bildirdi. Bu zaman ona tanış olması üçün ermənilərin antirust fəaliyyəti barədə 454 səhifəlik material ötürüldü, o da materialla tanışlığa başlayıb prosesə mane olmaqdan əl götürdü.

Hazırkı məqamda mətni oxuyan ekspert həbəş idi, çox simvolik alınmışdı, hər bir irqdən, hər bir dindən olan insanlar erməni cinayətlərindən söz açırdılar, bu cinayətlərin ümumbəşəri anlam daşımasını sübut edirdilər.

-Ermənilərin ruslara qarşı ilk terror aktı 1866-cı ilin 4 aprelinə təsadüf edir. Həmin gün inqilabçı-terrorşu Dmitriy Qaragözov (İrandan Qarabağa köçürülən erməniydi) Rusiya İmperatoru 2-ci Aleksandra sui-qəsd etmişdir. Buna görə Qaragözöv tutularaq dar ağaçından asılmışdır.

19-cu əsrin son rübündə erməni separatizmi və terroru daha geniş vüsət almış, erməni kilsələri silah-sursat anbarlarına çevrilmişlər. Bu dövrdə erməni siyasətinin ruslara yönəli daha bir üzü açılmışdır, belə ki, özləri rusların hesabına Cənubi Qafqazda məskunlaşmış bu xalq rusların Qarsdakı ruslaşma siyasətinin əleyhinə çıxmışdır. 70-ci illərdən başlayaraq Rusiya Qarsda və Cənubi Qafqazda kütləvi şəkildə rusları, xüsusən duxabor və molokan təriqəti nümayəndələrini yerləşdirməyə başlamışdı, ermənilər isə buna mane olmağa çalışırdılar. Fransa və İngiltərə ilə separat danışıqlara gedib onların hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər “Rusların Qafqazda yerləşdirilməsi üçün böş torpaqlar yoxdur” şüarı ilə çıxış etməkdəydilər.

Baş Hakim söz aldı:

-Möhtərəm Divan heyəti, möhtərəm tamaşaçılar. Prosesin bu yerində siz erməni millətçiliyinin öz məkrli siyasətini yerinə yetirmək üçün həyata keçirdiyi növbəti bir alçaq metod barədə xəbər tutub dəhşətə gələcəksiniz. Torpaq iddiası – bir xalqı zorla öz məskunlaşdığı torpaqdan çıxarıb onun torpaqlarını zəbt etmək üçün erməni xalqı nələrə əl atmayıb, Tanrım. Qanınızı donduracaq bu hadisəni ermənilər rusların başına gətirib. Mən sizə onu deyim ki, bir vaxtlar ermənilər, ruslar, biz estonlar – hamımız bir dövlətin – SSRİ-nin vətəndaşları olmuşuq. Mən təsəvvür etmirəm, bir bayraq altında on beş qardaş xalq dönəmində bax indi burada səsləndirilən fakt ortaya çıxsaydı nələr baş verərdi. Ruslar bunu ermənilərə məncə əsla bağışlamazdılar. Mən sözü şahidlərdən birinə - Xrimyanın müasiri olmuş Rusiyanın tanınmış tədqiqatçısı və jurnalisti Vasiliy Veliçkoya vermək istəyirəm, buyursun.

Səhnəyə buruq bığları ilə yarımsaqqalı ziyalı görkəminə xüsusi rəng qatan bir şəxs çıxdı, o, Divan heyəti və tamaşaçılarla salamlaşıb sözə başladı:

-Katolikos Xrimyan əleyhinə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində səs ucaldan rus ziyalılarından biri də mən olmuşam. Bu adamın rus xalqını əzib keçib əzintilər üzərində müstəqil Ermənistan yaratmaq ideyalarının zərəri barədə ən müxtəlif tribunalarda çıxışlar etmiş, yazılar yazmışam.

Azacıq susub özünü təqdim etdi:

-Tanış olaq, Vasiliy Lvoviç Veliçko – rus şairi, publisisti, ictimai xadimi. İşıqlı dünyada 1860-cı ildən ta ki 1904-cü ilədək – cəmi 44 il ömür sürə bilmişəm. Ən böyük mükafatım 1894-cü ildə Çardan aldığım Qriboyedov mükafatı olub, ən dəyərli işim isə yazdığım “Qafqaz. Rus işi və tayfalararası məsələ” kitabı olub. Mənim həyatımın Qafqaz dönəmi 1897-ci ildə başlayıb, onda Tiflisdə yaşayır, “Qafqaz” qəzetinə redaktorluq edirdim. Bu dönəmdə hörmətli Qafqaz canişini Qolitsin erməni siyasətinin iç üzünü açmış, bax bu Xrimyanın başçılıq etdiyi erməni kilsəsinin terror yuvası olmasını, hətta silah-sursat anbarına çevrilməsinin üstünü açmışdı, mən də qəzetimdə erməni millətini rus milləti üçün ziyanlı millət kimi təsvir edirdim, gürcü və azərbaycanlıları sədaqətli millət kimi göstərməklə ermənilərin xislətini tam açırdım. Bu Xirimyan dinin rəhbər xadimi olsa belə dinin ümumi prinsiplərinə zidd çıxır, xristianları müsəlmanlar əleyhinə qaldırırdı. Tiflisdə mən İslam dini ilə yaxından tanış olmuş, bu dinin bütün gözəlliklərindən agah olmuş, bu dinə xidmət edən yerli aborogen xalqın saflığını öz gözümlə görmüşdüm. Hətta məsələ də qaldırmışdım ki, Rusiya İmperiyasında ruslardan sonra müsəlmanlar ən böyük topludurlar, niyə onların səmavi “Quran” kitabı indiyədək rus dilinə çevrilməyib?

Veliçko maraqla dinlənildiyini görüb davam etdi:

-Mənim “Qafqaz” qəzetindəki antierməni məqalələrim məşhur İlya Çavçavadzenin redaktoru olduğu “İveriya” qəzetində də təkrarən dərc edilirdi. Mənim erməniləri parazit xalq kimi qələmə verməyim özümə çoxlu düşmən qazandırmışdı. Nə gizlədim, səhvim də vardı, mən erməniləri özlərinə rifah qazanmaq üçün digər xalqların zəli kimi qanını soymaq taktikası ilə yəhudilərə bənzədirdim, amma bu bənzətmədə yanılırdım, gözəl bir xalqı ermənilərə tay etmək qəbahət idi. Yaxud, Tiflis universitetində Çarizm qeyri millətlərdən olanları vəzifəcə irəli çəkmək, onların pedaqoji fəaliyyətinə yaşıl işıq yandırmaq barədə qərar verəndə mən bunun əleyhinə çıxmış, gürcü və azərbaycanlılarla yanaşı ermənilərin də mənsəb sahibi olacaqlarından hiddətlənmişdim. Ona görə də Tiflisdə ermənilərin məni düşmən elan etməkləri ilə yanaşı, yəhudi və gürcülərin də əleyhimə formalaşmasına rəvac vermişdim. Təəssüf ki, məni şovinist elan edib fəaliyyətimin 3-cü ilində geriyə - Rusiyaya çağırdılar. Mən o vaxt dediyim fikri yenə də təkrarlayıram: Ermənilər şər qüvvədir! Bu şər qüvvənin törətdikləri ilə tanış olmaq üçün yazılarıma diqqət etməyiniz məsləhətdir.

Veliçko alqış sədaları altında çıxışını bitirib yerinə oturanda diktor onun əsərindən parça oxumağa başladı:

- Vladimir Veliçko Yelizavetpol quberniyasının (Yelizavetpol –hazırda Azərbaycanın Gəncə şəhəridir) Tərtər kəndində “mədəni” ermənilərin satana qəddarlığı ilə ruslara qarşı törətdikləri faciədən ürək ağrısı ilə belə yazmışdı: “Tərtərdə bir neçə rus ailəsi əsassız olaraq çölə atılmışdır. Payız və qış sərt keçmiş, yazda isə iki bədbəxtçilik birdən gəlmişdir: malyariya, bir də erməni intriqaları. Özləri bura sonradan köçürülən ermənilər təlimat almışlar ki, rusları kənddən çıxarsınlar. Bundan ötrü çox alçaq bir üsul seçilmişdir: Rusların su işdiyi çayı peyinlə, zir-zibillə çirkləndirmiş, ruslar bulaqdan istifadə etmək istəyəndə isə xəncərli ermənilər onları geri qaytarmışlar. Məcburən çirkli sudan istifadə etməli olan rusların bədənləri yara bağlamış, əksəriyyəti də zəhərlənib ölmüşlər. Hətta bunu görən uyezd rəisi belə qorxudan susmuşdu. Elə ki, “insanların naməlum səbəbdən ölmələri” barədəki olay barədə Qubernator xəbər tutmuşdur, dərhal Tərtərə erməni həkim göndərmişdi, o da ruslara dərman vermək, tibbi yardım göstərmək əvəzinə “rus itlər, rədd olun buradan gedin, ya da hamınız gəbərəcəksiniz” ultimatumu vermişdir. Həmin vaxt kəndin əhalisinin üçdə ikisi ölmüş, qalanı isə qaçıb getmişdır”.

Mətn bitəndə hamı təəccüb və dəhşət içində bir-birinə baxdı, bayaq Baş Hakim toxunan hadisəydi bu, hamını şoka salmışdı.

Baş Hakim üzünü Xrimyana tutdu:

-Ey bir xalqın müqəddəs atası, Tərtər barbarlığının ssenarisi də Tiflisdəki erməni katolikosluğunda hazırlanıb, din pərdəsi altında bu cür rəzilliyi həyata keçirməkdən heçmi utanmamısınız?

Xrimyan vecsiz-vecsiz sinəsindəki xaçı oynatmaqla Baç Hakimə heç bir reaksiya vermədi. Belədə Baş Hakim ekspertlərdən ittiham qaynaqlarını oxumağın davamını xahiş etdi.

Səhnəyə növbəti ekspert çıxdı, bu dəfə Asiyadan gəlmiş, qıyıq gözlərindən dərhal ya çinli, ya koreyalı, ya da yapon olduğu sezilən ekspert (o yapon idi)  əlindəki kağızları bir qədər saf-çürük etdikdən sonra oxumağa başladı:

-Göründüyü kimi, 19-cu əsrdə Cənubi Qafqaz regionuna ruslar tərəfindən köçürülən ermənilər təkcə yerli aborogen müsəlmanlara qarşı deyil, eyni zamanda rusların özlərinə də qənim kəsilmişdilər. 1897-ci ildə Qafqaz canişinliyinin baş rəisi vəzifəsinə Q. Qolitsin təyin olunmuşdur, bununla da  Eçmiadzin katolikosluğuna və erməni siyası təşkilatlarına rusların münasibəti kökündən dəyişilmişdir. Qolitsin belə bir məntiqi nəticəyə gəlmişdir ki, erməni siyası partiyaları, erməni kilsəsi və erməni məktəbləri terror yuvasıdır. Və o, bu barədə imperatora yazılı fikir bildirmişdir. Nəticədə 1903-cü il iyunun 12-də imperator erməni kilsəsinin varidatının Rusiya İmperiyasının Torpaqçılıq və dövlət əmlakı nazirliyinə verilməsi barədə qanun imzalamışdır. Bu qanunun imzalanması erməni kilsələri tərəfindən maliyyələşən erməni partiyalarına böyük zərbə vurulması demək idi, odur ki, qanun erməni partiyalarının bütün ermənilərin katolikosu Mkrtıç Xrimyan başda olmaqla müdhiş bir qərar çıxarmasına rəvac vermişdir: onlar çar məmurlarına qarşı terror aktları həyata keçirilməsi qərarını vermişlər. Ermənilər arasında antirus əhval-ruhiyyə də apogey nöqtəyə çatmışdır.

Erməni vəkillərindən biri bu deyilənləri cinayət yox, bir xalqın öz dininin taptanmasına reaksiyası kimi qəbul edilməsini xahiş etdi, təbii ki, bu xahişi Divan heyətindən qabaq öz kəskin etriazları ilə publika rədd etdi.

Ekspert oxumaqda davam etdi:

-Beləliklə, həmin ilin 14 oktyabrında “Qnçak” partiyası Q.Qolitsinə qarşı terror aktı həyata keşirmişdir. Dilənçi paltarı geyinmiş terrorçular Tiflis ətrafındakı Botanika bağında gəzintidən qayıdan Qolitsinlə həyat yoldaşının ekipajına hücum etmiş, onun başını xəncərlə bir neçə yerdən yaralamışdılar. Məqsədləri isə onun başını üzərək İrəvan meydanında nümayiş etdirmək imiş. Məqsədlərinə tam çata bilməyən terrorçular sonradan Qolitsinin yerləşdiyi Tiflis sarayını partlatmaq istəmişlər. Nəticədə sağ qalsa belə səhhətində ciddi pozuntular yaranan və həyatına daim təhlükə hiss edilən Qolitsin istefa verib  Rusiyaya qayıtmalı olmuşdur.

Eçmiadzin kilsəsi və “Daşnaksütun” partiyası çar 2-ci Nikolaya qarşı da sui-qəsd planı işləyib hazırlamışdılar. Bu sui-qəsdi həyata keçirmək üçün partiyanın 4 üzvü Bakıdan Peterburqa göndərilmişdir. Armenak, Qriqor, Simon və Kaspar psevdonimi ilə fəaliyyət göstərən terrorçular son anda qeyri-dəqiqlik nümayiş etdirdikləri üçün yaxalanmışlar.

1903-cü ilin 1 avqustunda Aleksandropolda (hazırkı Gümrü) “Daşnaksütun” terrorçuları tərəfindən pravoslav protoirereyi rus Vasilov xəncərlə qətlə yetirilmişdir.

Yapon ekspert sonuncu vərəqi oxumağa başladı:

-Elə ki 19-cu əsrin 90-cı illərində xarici ölkələrin təhriki altında ermənilərin türklərə qarşı başladıqları üsyanları yatırdılmışdı, dərhal 400 mindən çox erməni Cənubi Qafqaza keçmişdi. 1905-ci ildə Qafqaza seçilmiş yeni canişin – İllarion Vorontsov-Daşkovun ermənipərəst olması isə ermənilərin yerli müsəlmanları öz tarixi torpaqlarından – İrəvan, Yelizavetpol və Tiflis quberniyalarından tam olaraq qovmağa, yerinə Türkiyədən köç edən ermənilərin yerləşdirilməsinə rəvac vermişdir. Paralel olaraq ermənilər öz silahlı birləşmələrini maliyyələşdirmək üçün bankları, poçt idarələrini yarır, hakim strukturu, idarəetməni iflic vəziyyətinə salırdılar.

Baş Hakim bu yerdə bir anons verdi, tamaşaçılara söylədi ki, sabahkı prosesdə Vorontsov-Daşkovun ermənipərəstliyinin kökü açılacaq, sabahkı proses həm bu prosesin məntiqi davami kimi sayıla bilinər, həm də sırf kənar bir mövzunun açılmasına xidmət edəcək.

Bununla da Baş Hakim tamaşaçıları intizarda saxlayıb yerlərini dəyişən ekspertlərdən növbəti sənədlərin oxunmasını təvəqqe etdi.

Növbəti ekspert – milliyyətcə italyan olan çox çılğın gənc çıxışa başladı:

-Xrimyanın başçılıq etdiyi erməni kilsəsi, istənilən erməni adı çəkilən məsələdə birinci nömrə adı altında çıxış etməyə alışmışdı. Müsəlmanlara qarşı zorakılıq aksiyalarının, eləcə də hakimiyyətin sarsıdılmasına yönəli soyğunçuluq və talançılıq aksiyalarının rus hakimiyyəti tərəfindən qarşısının alınmasına yönəli istənilən cəhdə də erməni kilsəsi dərhal reaksiya verirdi. Məsələn, Bakıda 1905-ci ildə həyata keçirilən müsəlmanların kütləvi qətliamı zamanı ermənilər çar məmurlarını ölümlə təhdid edərək müdaxilə etməməyə məcbur etmişlər. Qafqaz canişinliyinin sənədlərində göstərilir ki, 1904-1906-cı illərdə erməni təşkilatları öz məkrli niyyətlərini həyata keçirmək üçün çar məmurlarına qarşı terrorlara əl atmışlar. 1904-cü ilin 11 sentyabrında erməni terrorçularının diversiyasının qarşısını almağa cəhd göstərərkən Yelizavetpol quberniyasının vitse-qubernatoru Andrey Andreyev öldürülmüşdür. 1905-ci il mayın 11-də Bakının baş qubernatoru, milliyyətcə gürcü  Mixail Nakaşıdzeni ekipajına bomba ataraq qətlə yetirmişlər. Sənədlərə görə “ümumerməni işinə mane olan” daha bir neçə çar məmuru sui-qəsdin qurbanı olmuşdur: Aleksandropolda polis Dardımanov, uyezd rəisləri Şmerlinq, Neşanskiy, Pavlov, polismeyster Saxarov, pristavlar Javaxov, Şumakeviç, Sürməli uyezdinin rəisi polkovnik Boquslavski və s. Boquslavski İqdırda vəzifə apararkən erməni kilsəsinin əmlakının müsadirə edilməsi əməliyyatına başçılıq etdiyi üçün ermənilərin qəzəbinə düçar olmuş, ona kəsilən gizlin hökm Sürməlidə icra olunmuşdur.

Ermənilər hər cür məkrə əl atmaqdan usanmırdılar. 19 fevral 1905-ci ildə İrəvanda quberniya həkimi Urazov da öldürülmüşdür. Səbəb – yerinə erməni həkiminin qoyulmasıydı ki, qarşıdakı erməni-müsəlman qırğınında erməni tərəfindən öldürülənlərin sayının artıq, müsəlman tərəfindən öldürülənlərin isə sayının əskik yazılması mümkün olsun.

Bu yerdə müttəhimlər sırasından gələn növbəti erməni etirazına çılğın italyan ekspert özü kəskin etiraz etməklə auditoriyanın simpatiyasını qazandı. O, davam etdi:

-Erməni terrorçuları erməni silahlı birləşmələrinin tərksilah edilməsi tapşırılan rus zabitlərinə də divan tuturdular. 3 iyul 1907-ci ildə məşhur erməni terrorçusu Dro Gümrüdə general Maqsud Alixanov-Avarskini karetasına bomba ataraq qətlə yetirmişdir. Daşnak partiyası Türkiyə ərazisindən Aleksandropola erməni quldurlarının buraxılmaması əmrini vermiş general Frezenin qətlinə fərman vermişdi, bir erməni bandasının ləğv edilməsində göstərdiyi şücaətə görə podpolkovnik Bıkov güllələnmişdir. Sürməlidə Boqoslavskinin yerinə təyin olunmuş kapitan Dudnikovu gülləbaran etmişlər. Yalnız 1907-ci ildə keçirilən “Daşnaksütun” partiyasının 4-cü qurultayında partiya Rusiyanın dövlət məmurlarına qarşı terror aktlarını dayandırmaq barədə qərar verdikdən sonra bu qanlı terror dayandırılmışdır.

Tamaşaçılardan kimsə ayağa qalxıb hiddətlə ermənilərin əleyhinə sözlər söyləməyə, söyüşlər yağdırmağa başladı. Mühafizəçilər onu zorla sakitləşdirəndə məlum oldu ki, o, ermənilər tərəfindən qətlə yetirilmiş podpolkovnik Bıkovun əqrəbasıdır.

Yaşlı hakim bu epizoda biganə qala bilmədi, replika atdı ki, ermənilər az qala hər bir xalqa, hər bir nəslə zərər vermişlər, axtarsan, bəlkə də burada əyləşənlərin hər birinin ən azı bir yaxını, tanışı erməni zərbəsinə tuş gəlib.

Onun bu sözləri də alqışla qarşılandı. Fürsətdən istifadə edib ekspertlər də yerdəyişmə etdilər, kürsüyə yeni çıxan milliiyətcə rus olan ekspert daha hüzünlü şəkildə öz xalqına yönəli cinayətləri sənədlərdən oxumağa başladı:

-1914-cü ildə Çar 2-ci Nikolay Tiflisdə olarkən erməni təpkilərindən usanaraq erməni katolikosu 5-ci Gevorqa erməni məsələsini həll edəcəyinə söz vermişdi. Lakin erməni üsyanlarının köməyi ilə türklərin əlində olan “Qərbi Ermənistan”ı ələ keçirdikdən sonra Çar verdiyi vədinin fəsadlarını başa düşərək, eləcə də saray əyanlarının qatı təpkisini görərək ermənilərə muxtariyyat verməmişdir. Vaxtı ilə Ermənistanın daşnak hökumətinin baş naziri Kaçaznuni bu məsələyə toxunarkən yazmışdı: ”Ruslar belə edirdilər ki, Ermənistan boşaldılsın, ora kazaklar yerləşdirilsin, Rusiyanın xarici-işlır naziri knyaz Lobanov-Rostovskinin “Ermənilərsiz Ermənistan” layihəsi həyata keçsin.” Bu söylənənlər erməniləri  ruslara qarşı növbəti dəfə qaldırmaq demək idi.

Prosesin bu məqamında Baş Hakim erməni vəkilinin “ 1914-cü il hara, Xrimyan hara” replikasına müdaxilə edərək cavab verməli oldu:

-Əlbəttə, Xrimyan, onun vəkilləri düşünə bilərlər ki, 1914-cü ilin Xrimyana nə dəxli. Belə ki, bundan 6 il öncə o, işıqlı dünyanı tərk etmişdi. Amma nəinki 1914-cü ilin, hətta indiki 2020-ci ilin də ona dəxli var. Belə ki, erməni millətçiliyinin bütün qanlı olaylarının arxasında bu şəxsin imzası dayanır. Divan heç vaxt hansısa bir prosesi hansısa bir yarımçıq vaxt kəsiyində saxlamır, onu mütləq sonadək çəkib aparır. Ona görə də bugünkü proses həm erməni kilsəsini terror mərkəzinə döndərən Xrimyanın, həm də ümumikidə ermənilərin ruslara qənim kəsilmələrinin prosesi sayıla bilər. Lütfən davam edin.

Ekspert davam etdi:

-1918-ci ilin 15 avqustunda Cənubi Qafqazdakı Rus Milli Şurası Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsinə 3 protokol təqdim etmişdi. Bu protokollarda Qazax mahalının Karvansara dairəsinin Nikitino və Mixaylovo kəndlərində yaşayan rus icmasının erməni basqılarına məruz qalmalarından bəhs edilirdi. Azərbaycan tərəfdən xahiş olunurdu ki, öz ərazisində erməni vəhşiliklərinin qarşısını almaq üçün təcili tədbirlər görsün. 1918-ci ildə erməni quldurları Gədəbəy dairəsinin Saratovka və Novo-İvanovka kəndlərinə hücum edərək yerli rus əhalini talan etmiş, 427 rus ailəsi qaçaraq Gəncədə sığınacaq tapmağa məcbur olmuşdur.

1919-cu ildə ingilis qoşunları türklər üzərində Qarsda qələbə qazanıb Qarsın idarəsini ermənilərə vermişdir, nəticədə ermənilər Qarsın türk əhalisi ilə yanaşı rus əhalisinə də divan tutmuşlar. Blaqodarnoye kəndində rus əhali qılıncdan keçirilmişdir. Novo-Selimdə 15 rus qadın zorlanmış, kənd starostası öldürülmüşdür. Novo-Petrovka və Vladikars kəndlərində də əhali qətliama məruz qalmışdır. Nəticədə Qarsın rus əhalisi şəhərdən qaçmağa məcbur olmuşdur.

1919-cu ildə Cənubi Qafqazdakı Rus Milli Şurasının müraciətində deyilirdi:” Görün bir “Böyük Ermənistanı” necə yaratmaq istəyirlər. Əhalinin qanı və göz yaşı Qarsın divarlarını bürüyüb. 205 min müsəlman əhalidən cəmi 50 mini qalıb, yunanlar və ruslar da canlarını qurtarıb qaçıblar. Qarsın əhalisinin daşnak qətliamından qoruyun, lütfən!”

Ekspert kövrəldiyini gizlətmədən davam etdi:

-Rusların ermənilər tərəfindən qətliamı faktlarına 1920-ci ilin may ayında da rast gəlmək olar. Gümrüdə 5 rus zabiti güllələnmişdir, Rusiya Milli Şurasının sədri Ressler də həmçinin.

1918-20-ci illərdə Ermənistanda yaşayan rusların öz kəndlərini atıb Cənubi Azərbaycana qaçdıqlarını görən gürcü müəllif Karibi özünün “ Qırmızı kitab”ında yazırdı:” Daşnak yazıçıları rusları necə sevmələrindən, onlara sədaqətlərindən bol-bol yazırlar, zira, rus kəndliləri evlərini ataraq hətta Rusiyaya da yox, qonşu müsəlman İrana pənah aparırlar.“

Bu yerdə tamaşaçılardan bir nəfər irəli gəlib bəyan etdi ki, Rusiyanın müasir siyasətçiləri bu faktlardan bixəbər halda yenə də ermənilərə havadarlıq edirlər, Qarabağ müharibəsində ermənilərin arxasında dayanırlar. Və hakimlərdən xahiş etdi ki, bütün faktlar Əsas dünyaya – Rusiyaya, Kremlə göndərilsin, qoy ordakı hakimiyyət öz siyasətinə korrektə eləsin.

Gənc hakim onu əmin etdi ki, Divanın elə məqsədi də budur, burda keçirilən bütün proseslər Əsas dünyaya çatdırılır, orada aparılan siyasətlərə dərhal korrektələr edilir.

Bu məqamda Baş Hakim yenidən söz götürəsi oldu:

-Çox təəssüf ki, ekspertlərin qeyd etdiyi dövrlə hər şey bitməmişdir, növbəti illərdə də erməni millətçiliyinin ruslara yönəli murdar siyasəti davam etmişdir. 2-ci dünya müharibəsində erməni xalqının böyük hissəsinin faşistlərin tərəfinə keçməsi indi hamıya gün kimi aydındır, bu barədə Divanın ayrıca məhkəmə prosesi də olasıdır. 1977-ci ildə Zatikyan başda olmaqla erməni terrorçularının Moskvada törətdikləri qanlı terror aktları barədə artıq Divan proses keçirib. Mən ekspertlərdən xahiş edərdim ki, olduqca yığcam halda son xronologiyanı da gətirsinlər.

Ekspert davam etdi:

-Bəli, Baş Hakimimizin qeyd etdiyi kimi, növbəti illərdə də erməni millətçiləri sakitləşməyiblər, 90-ci illərdə Şimali Qafqazda qatarlarda törətdikləri terror aktları zamanı rus millətindən olan neçə şəxsin ölümünə səbəb olublar. 1991-ci il aprelin 8-də Rostov şəhərində SSRİ Daxili İşlər Nazirliyinin podpolkovniki Vladimir Blaxotin erməni terrorçuları tərəfindən öldürülüb.

1989-cu ildə Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağda qurduğu müvəqqəti idarəçilik komitəsinin rəhbərlik fəaliyyətində erməni millətçiləri qüsur taparaq Azərbaycanın 2-ci katibi, rus Viktor Polyaniçkoya da şifahi ölüm hökmü kəsmişdilər, hökm 1993-cü ildə Polyoniçko artıq Rusiyada yüksək vəzifə daşıyarkən Mozdok şəhəri ətrafında erməni terrorçu qrupu  tərəfindən icra edilmişdir. Polyaniçkonun bədənində 15 güllə yarası müşahidə edilmişdir. Onunla birgə Vladiqafqaz qarnizonunun rəisi general-mayor Viktor Kravçuk da güllələnmiş, 4 rus hərbi qulluqçusu isə yaralanmışdır. Sonradan müəyyənləşdirilmişdir ki, terror aktını Ermənistan dövləti... bəli, bəli, Ermənistan dövləti sifariş vermiş, ona  erməni KQB-sinin şöbə rəisi Can Ovanisyan başçılıq etmişdir.

Ekspert “Mən buna çox təəssüf edirəm” deyərək öz şəxsi mövqeyini bildirib, nəhayət mətni tamamladı:

-1997-ci il aprelin 2-də Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri, general Lev Roxlin dumanın iclasında Ermənistana 1 milyard dollarlıq qanunsuz silah satılması barədə hesabat vermişdi, 1998-ci ilin 3 iyulunda Lev Roxlin Moskva yaxınlığındakı bağ evinin yanında qətlə yetirildi. Bu qətli də erməni terrorçuları həyata keçirdilər.

Ekspert fikrini tamamladı. Baş Hakim Xrimyandan sözü olub olmadığını soruşdu, Xrimyan bu dəfə də saymazyana surtukunun qolunu didişdirməyə başladı. Yaşlı hakim söz istəyib bunları söylədi:

-Ümumiyyətlə, ermənilərin antirus meyilləri barədə yüzlərlə fakt var, Sovet dönəmində ən böyük rus icması yaşayan, 50-ci illərin əvvəllərində rusların ermənilərə nisbəti az qala 50-nin 50-yə olan Ermənistanda 1989-cu ildə əhalinin cəmi 1,6 faizini (51555 nəfər) ruslar təşkil edirdi, müstəqil Ermənistanda isə 2001-ci ildə rus əhali daha 3,3 dəfə azalaraq 14660-a çatmışdı. 2011-ci ildə keçirilən son siyahıyaalınmada isə bu qərəm 0,4 faizə düşmüşdür (11911 nəfər). Hazırda Ermənistanın orta məktəblərində, universitetlərində rusca təhsil qadağan olunmuşdur. Bu millətin rusların qatı düşməni olan faşist polisayı Njdeyə abidə qoyması isə, yeri gəlmişkən, o da hazırda müttəhimlər sırasındadır, açıq-aşkar ruslara meydan oxumaq, onlara özlərinin necə qədirbilməz, nankor xalq olmalarını nümayiş etdirməkdir.

 Və son olaraq mən bir müqayisə aparmaq istəyirəm. Ermənilərin özlərinə dost, qardaş dedikləri rusları sıxışdırıb ölkələrindən necə çıxarmaqlarını sübut edən rəqəmləri sizə söylədim. İndi də müqayisə üçün sizə erməni genosidində suçlanan türklərin ermənilərlə rəftarını göstərim. 1915-ci ildə - mifik “erməni genosidi”nin törədildiyi iddia olunan ildə İstanbulda 100 minə yaxın erməni yaşayırdı. Son siyahıyaalınmaya görə İstanbulda hazırda yenə da 100 min erməni yaşayır.

Tamaşaçılar alqışlarla qarşıladılar bu statistikanı.

Divana bir təklif də Divanın işlər vəkilindən gəldi. O bildirdi ki, təzəlikcə ermənilərin ruslara torpaq iddiası barədə bir məlumat oxuyub. Dedi, madam ki, bun gün ermənilərin ruslara sapladığı balta zərbələrindən danışırıq, xahiş edərdim ki, torpaq iddiası barədə də auditoriya məlumatlandırılsın.

Ekspertlər qısa zamanda sözügedən informasiyanı tapıb ortaya qoydular.

Ermənilərin ərazi iddiaları təkcə Türkiyə və Azərbaycanla məhdudlaşmır, bir neçə il bundan əvvəl onlar Rusiyanın Yakutiya Respublikasının qədim erməni diyarı olduğunu iddia edən və bununla bağlı həqiqətə uyğun olmayan informasiyalar yaymışdılar, ardınca da Rusiyanın populyar kurort şəhəri olan Soçiyə qarşı iddia irəli sürüblər.  “Soçidə erməni icmasının yaranması tarixi”  kimi üzdəniraq məqalələri mediada və sosial mediada tirajlayaraq erməni təbliğatçıları Soçinin ermənilərin ən qədim dövrdən məskunlaşdığı yer olduğunu yazır, bu şəhərə xüsusi hüquqlarının olduğunu iddia edir, hazırda Soçidə ümumi əhalinin 40% -ni təşkil edən 200 minə yaxın erməninin yaşamasını sübut kimi ortaya qoyurlar. Qeyd edirlər ki, guya Soçinin də daxil olduğu Krasnodar diyarı ərazisində erməni əhalisinin ilk məskunlaşması eramızın  I əsrinə təsadüf edir. Guya Böyük Tiqranın legionu həmin vaxt bura gəlib və bu zaman minlərlə erməni burada qalaraq koloniya şəklində yaşamağa başlayıb.  Ermənilər utanmadan və usanmadan Soçi şəhərinin “Böyük Ermənistan”ın ərazisində yerləşdiyini iddia edirlər.

Rusiyalı təhlilçilər həyəcan təbili çalaraq erməni təbliğatçılarının sosial şəbəkələri və müxtəlif tarixi arxivləri saxtakarlıqla doldurmağa başlayacaqlarından, bununla da ermənilərin bu torpaqda ilk məskunlaşdıqlarını və Soçinin guya onların əcdadları yaşadıqları ərazi olduğunu təsdiqləyəcəklərindən, ərazi iddiaları qaldıra biləcəklərindən narahatlıqlarını dilə gətirirlər.

Ermənilər XX əsrin əvvəllərində “Böyük Ermənistan” deyib haray-həşir qopardılar,  SSRİ dönəmində onlara cavab verən olmadı, yazdıqları boxçalarında qaldı. İndi isə o boxçaları bir-bir üzə çıxarırlar. Moyisey Xorenatsi adlı anonim tarixçi yaradıblar. Yesemyan, Avazyan, Yeremyan və başqa müasir saxta tarixçılər də ortaya “əmək” qoyub  XX əsrin əvvəllərində yazılan  uydurmaları “mənbəyə”, “arxiv sənədi”nə çevirməkdədirlər. Saxtakarlıq o həddədir ki, hətta bundan bəzi erməni alimlərinin özləri də xəcalət çəkirlər.Bir erməni məsəlində deyilir: “Harada çörək varsa, ora ermənilər üçün vətəndir”. Elə bu məsəldən də çıxış edərək ermənilər harda barlı-bərəkətli yerlər varsa oralara üz tuturlar. Ermənistandakı ağır sosial durum on minlərlə sovet ermənisini Rusiyanın cənubundakı Krasnodar və Stavropol diyarının dünyaca məşhur kurort zonalarında – Soçı, Kislovodsk, Mineralnıye Vodı kimi şəhərlərdə məskunlaşmasına rəvac verib. İndi bu çörəkli yerləri ermənilər de-faktoyla yanaşı de-yure də vətən etmək istəyirlər. Onların hazırda işğal etdikləri Azərbaycana aid Dağlıq Qarabağ da kurort bölgəsi, çörəkli diyar idi. Dağlıq Qarabağın acı taleyi Soçi, Minvod iddialarının da gələcəkdə oxşar aqibətə tuş gələ bilməsini mümkün edir.

       Söyənilənlər xüsusən Axirət dünyasındakı ruslar üçün tam gözlənilməz oldu, onlar birvaxtkı “vassallarından” bunu əsla gözləmirdilər.

       Nəhayət, Baş Hakim yekun nitqini söylədi:

     -Hörmətli Divan heyəti, hörmətli auditoriya! Mən din pərdəsi altında edilən rəzilliklərlə heç cür barışa bilmirəm. Hətta ateist Sovet dövlətində belə mən dini inancı olan bir ailədə böyümüşəm. Cəllad, killer, diktator, qatil manyak – bunlar qana susaya bilər, qan tökməyə meyilli ola bilər, amma din xadiminə, özü də rəhbər din xadiminə bu əsla yaraşmaz. Xrimyan burda özünü elə aparır, guya deyilənlər onun tükünü də tərpətmir, amma əslində bu belə deyil. Insanın üzərinə birdən-birə elədiyi bütün günahların ahı yürüyəndə onun buna biganə qalması inandırıcı deyil, üstəlik, bu basqıdan onun dizinin bükülməməsi, gözünün qaralmaması, nitqinin tutulmaması da mümkünsüzdür. Mən dinlər barədə ümumi bir çıxış etmək istərdim, eyni Allaha ibadət edən xristian, müsəlman və yəhudilərin eyni mərama xidmət etdiyini, hər hansı bir dini ayrı-seçkiliyin yolverilməz olduğunu isbatlamağa çalışacaqdım. Amma bugünkü proses çox ağır keçdiyindən, hamı kifayət qədər yorulduğundan mən dinlər barədəki çıxışımı sabahkı prosesə saxlamalı oluram. Sabahkı proses üçün də o çıxış aktual olacaq. İndilikdə isə Divanın hökmünü elan edirəm.

Baş Hakim pauza verdi, milçək uçsa belə vızıltısı eşıdıləcək bir səssizlik yarananda amiranə səslə elan etdi:

-Din pərdəsi altında ağlasığmaz cinayətlər həyata keçirərək yüz minlərlə insanın qətlinə fərman verməkdə təqsirli bilinən Katalikos Mkrtıç 1-ci Xrimyan qeybedilmə cazasına məhkum olunsun! Hökm dərhal icra olunsun!

Üza qaraörpəkli mühafizəçilər Xrimyana yaxınlaşıb qolundan tutaraq onu səhnənin arxasına apardılar.

Baş Hakim daha bir prosesi bitirdikləri üçün dərindən nəfəs aldı.

 

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.