Sabunçu Gənclər Evində sevgi romanı gənclərə təqdim olunacaq

 

Bu gün saat 14-də “Sabunçu Gənclər Evi"ndə maraqlı bir kitab təqdimatı olacaq. Gənc yazıçı Habil Yaşarın "Yeddinci ayın yeddisi" kitabının. 

 

Kitab “Azərkitab” Yayınlarında gənc nəşr olunub. Redaktoru Əkbər Qoşalıdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oxuduqca oxucunu intizarda saxlayan bu romanda oxucu gerçək sevgini də yaşayacaq, mübarizliyə də şahid olacaq, eyni zamanda müxtəlif mövzularda dəyərli düşüncələrlə də tanış olacaq.

Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər yer alıblar. Hər birinin öz dünyası var. Və bu günyalar əksərən bir-birinin ziddinədir.

Onu da qeyd edək ki, “Yeddinci ayın yeddisi” müəllifin ilk romanıdır.

Maraqlananalar dəvət olunur!

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.