Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Çili Respublikasının “RIL editores” Nəşriyyat Evi arasında ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlığa dair memorandum imzalanıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, memorandumda Azərbaycan və ispandilli ədəbiyyatların qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi və nəşri, kitablara dair təqdimatların, dəyirmi masa və onlayn-konfransların təşkili, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud və “RIL editores” Nəşriyyat Evinin direktoru, tanınmış şair Daniel Ernesto Kalabrese tərəfindən imzalanıb.