“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında Güney təmsilçimiz Əli Çağla oxucularımızı şair Şəhram Qolkarın yaradıcılığı ilə tanış edir.
Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini “şirkət yönətimi” sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə, axaq və quruplarla çalışma zəmini yaratmışdı.
YORĞUN DÜŞ
Həmişə yorğun olanda
Bir quş kitab olur uçur köosümdə
Qolum alnımda
Gözlərim qapalı
Az açıq dodağından
Hortlatma su içirəm
Cəhəngimdən
Şəlalələr axır çılpaq döşünə...
ÜÇÜN
Baxınılacaq görüntülər aradan götürülür
Öyünüləcək səkkilər
Kətillər oturulacaq yan izindən silinir
Uzadılacaq əllərin
Atılacaq ayaqların uzantı izləri pozulur
Yaşamdan nə bilirlər
Yaz ola biləcək şeirin hekayəsinin içinə edirlər.
Yatalağın altı fərşlərdirlər
Yetdi... Baş qoyulmur tər çirkli kəpləminizə
Sırılmaz
İçi köhnə-külə qalınçalar
Ömürlük türmə özləmi dadını çiynəyib əskildirlər
Üzüm salxımının sapağından yapışmış narin əlin
Şərabını soyuq torpağa basdırırlar
Anlıq divar kağızlarına gilənar suyu yaxmanızı
Bilirlər yuvasız hörümçəklər
Ömürlük insansızlığı necə bacarırlar
Hardan alırlar keçim məlzəmələrini
Paket tutacaq boş əllərin darınası ürəyini
Seviniləcək olaylarda necə gülürlər
Bəs öyünəcək olaylar
Sallandıqları gerçəkdən göyüs qabardıcı imgə payı almaq olarmı
Gecəyin hansı asılqan buynuzundan aslanıb dincəlirlər
Dəyəcək darvaza dibi dəyənək
Dəyiləcək gövdələrin dəyən yerini gözlərinin canında
Bıləklərində gizlətdirirlər
Qollarından açılan saçma qurşunları
Toxundurtdurmadıqları
Baxdırtdırmadıqları
Sarılacaq yerimizə toxunurlar.
ABSTRAKT
Gecə gəlləm yanına:
Buraxarıq özümüzü axına
Dolanarıq
Dolaşarıq
Heç kimsəyə sataşmarıq
Sən kabusdan qurtararsan
Mən röya axtarışından.
Gecə gəlləm yatağına;
Şarjın cibində qalar
Əllərin quş adsına yollanar
Mənim də yorğan-döşəyim nəfəs çəkər
Fikirimi son andaca bataqlığa uzanan mesaj çəkər
Axşam gəlləm qapınıza;
Qucun çəkər məni,-
Alar içinə
Saçını xışmalayib
Sarılaram qoxuna
Hürkək kipriklərindən aslanaram
Hovxurub isidərəm rüzgarı
Sən qapı deşiyindən qurtararsan
Mən küçədən
Səhər duş alıb çıxarsan;
Otuzduraram kətildə
Saçına seşvar çəkib
Telini ovcuma alıb,-
Öpub gözümə qoyaram
Çiynağını öykələyib
Sinirinlə tanışaram
Neron-un ilanlarıyla barışaram
Sənin bədənin dincələr,-
Mənim canım
Günüz pasajda görüşüb;
Soyunarıq işin yorğunluğunu
Baxışın məni dincəldər
Sən də mənim uzumun qıyısında
Paltarını soyunarsan
Uzanıb,-
Əndamını özgürlüyə verərsən
Sonra özünü atarsan gözümə.
ONLAR
Onlar cəbhədə döyüşüb
Qoymadılar “namusumuz”a kimsə toxunsun
İllər sonra
Gerçəkdən də qoymadılar
“Namusumuz”a kimsə toxunsun...
DÖŞÜN
Döşün ağ dəniz;
Boğaz körpüsü sütyən qovşağı
Qadırğalı
Hərbi donanmayla dolu
Boğaz altı lövbəri
Göyərtəsində cüt topu
Baxan donur, boğazı quruyur
Əllə dolur havalanır
Tam şişəndə;
Qalay axır
Qala yaxır
Qala yıxır
Qalaya xır
Şişə çəkir qalanları
Boğazlayır
Boğazına saxlayır
Boğaz açmış ac göz boşboğazları.
Döşün ürəkqabın
Ürəyinin bənizi, başmağı
Həm qaradır havası həm dənizi
Ürəyinə gedən yolun
Qaranlıqda iynə ucu boyda işıldayan izi
Süt içən əmziyi
Süt yiyən bezi
Əmcək qabın.
Düşün evin eyvanı
Nə əl çatır, nə ayaq
Uymur heç nömrəli ayaq
Pinəçisi xəfiyyə
Satır “üzüyümün qaşın” çalan piyanoçunu
Ələ verən təlis qədər kağıza-kuğuza, sənədə, akta
Çalanları oğurlayır “hə bəsxanaya”
Fərq etməyir: kontrabas, ürək, dilək, çörək
Hamısına bir gözlə “eye one”dan baxır, -
Yuxarıdan.
Döşün
Ağacda heyvanin dəymişi
Sapından asır heyvanın ərmişin
Daşınar əmlik
Dırnağa yamanan şüş dırnaqlıq
Maşına cək
Qələti tutulmuş kağızdakı lak
Qullanılmamış ürün
Körüklənmiş burun
Börkü başında ağa
Ətirli pudurlu çağa
Yazılmamış ağ çek
Yeyilməmiş
Naylondan çıxmamış ak.
Döşün ən dadlı çiban
Döşün yara izi
Gövdənin gözü
Zırıltılı qonağın iki gözü
Stəkanın, çaynikin qulpu
Ciyərimi pöşləyən
Kömürün iki közü
Suya yatmış sərt torpağın
Cütə bağlanan öküzü
Uzun yol erkək qoxuyan avtobusun
İki qızı
Savalanın ekizi.
Döşün düşün futbol meydançası
Apaçinin lələk tacı
Canavar tükü
Vampirin qoşutlu dişi
Barbi qadınların hər şeyi
Diş batmaz
Göz oxşamaz
Döşün daşın
Kələm daşın
Qapıdan top keçirməz
Luyi yaşin.
Döşün qaradağın üçqardaş dağı
Babək qalasının meşə yolu
Tükənməyən dağı
Yamacının topa çığı
Döşün mağara
Qalıb ağara-ağara
Köpüklənməz ağ araq
Vinçesterin kalibri qədər qülləsi
Qobustanın qayadakı dadaşlarıl
Döşün ağız əmziyi
Qoxusu gənziyin uyuşdurucusu
Qoxu suya qala-qala qalma qala
Bu gözləri kim tikər
Düşün döşün
Düşün daşın
Bozqırımın Çingizi...
Qeyd: Yazının orfoqrafiyasına toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)