Serbiyada keçirilən ədəbiyyat festivalında ölkəmiz təmsil olunur

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin katibi, şair  Xəyal Rza Serbiyada iki ədəbiyyat festivalında ölkəmizi təmsil edir.
Bu barədə “Ədəbiyyat və incəsənət”ə məlumat verən şair deyib ki, festivallardan biri İnciya Beynəlxalq Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat Festivalıdır (LİTERA ARS PANEVECO, 2021).
Onun sözlərinə görə, festivallar Belqrad, İnciya, Novi Sad və Paneveka şəhərlərində müxtəlif ölkələrdən 40-dan artıq yazarın iştirakı ilə keçirilir. İnciyada keçirilən festivalın ilk mükafatı serb yazıçı Lyubivoje Rsumoviçə veriləcək. Festivalda iştirakçıların əsərlərindən ibarət serb dilində kitab da oxuculara təqdim olunacaq.
Qeyd edək ki, festivallara Çexiya, Böyük Britaniya, Rumıniya, İtaliya, İspaniya, İsrail, Rusiya, Macarıstan, Portuqaliya və digər ölkələrdən tanınmış yazarlar dəvət alıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.