ABŞ-ın “Artpoetika Press” media agentliyi “Ədəbiyyat və incəsənət” portalının dərcini paylaşıb Featured

Ötən günlərdə portalımızda Amerika şairəsi Jennifer Rathbun’un şeirləri dərc edilmişdi. 

New York-da fəaliyyət göstərən "Artpoetika Press" mediası Jennifer Rathbun’un azərbaycanca şeirlərini öz Facebook səhifəsində paylaşıb. Paylaşımın mətni belədir:

“Əziz dostlar, kataloqumuzda fəaliyyət göstərən şair və tərcüməçi Jennifer Rathbun’un  şeirləri Azərbaycanda Ümid Nəccari tərəfindən tərcümə edilərək “Ədəbiyyat və incəsənət” portalında nəşr edilmişdir. Bu doğmalığı şeirdə hiss etmək üçün bizə qoşulun.”

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.