Lətifələr adətən şifahi xalq yaradıcılığı hesab olunur, amma onların hər birinin arxasında konkret şəxs dayanır. Bizim şimal qonşumuz lətifəsevəndir, yəni, ruslar üçün vodka necə önəmlidirsə lətifə də eyni dərəcədə önəmlidir. Rus lətifələrinin xeyli qismini Andrey Knışev yazıb, məlumatlısınızmı? 64 yaşlı bu şəxs günü bu gün də insanlara təbəssüm bəxş edir, özü də əsla qocalmır.
“Ədəbiyyat və incəsənət” portalı onun 20 qara lətifəsini və aforizmini sizlərə təqdim edir:
Bir oğlan qoca qarı ilə evləndi. O öləndə, onun bütün sərvəti qarıya qaldı.
Sovet insanının dünənki günə ümidi yoxdur.
Hərdən “Əl çək” demək istəyirəm. Ancaq kimə deyəsən?
Onun təmiz olan şeylərə meyli çirklənmişdi.
Mən özümə vurğun deyiləm. Sadəcə, özümdən xoşum gəlir.
Bütün dahiyanə işlər sadədir, amma zövqlə işlənib.
Brakonyer Potapov intihar edəndə özünü gözündən vurdu ki, dərisi korlanmasın.
Bütün işləri başda duranından başlayın. Qalanları özləri düz-qoş olacaqlar.
Köhnə çarpayının paslanmış dəmir döşəyini tullamağa tələsməyin. Bunu yavaş-yavaş, həzzlə eləyin. (“Faydalı məsləhətlər” silsiləsindən).
İnsan xoşbəxtlik üçün doğulub, necə ki, toyuq bulyoncun doğulub.
Dayan, inkişaf! Sən çox gözəlsən.
Haçansa bəşəriyyət “skleroz”, “infarkt”, “morazm” sözlərini unudacaq. Çünki həkimlərin səyi ilə insanlar cavan və sağlam öləcəklər.
Yalnız həyat bizim başımıza yaxşıca ilişdirəndə içimizdəki xırdaçılıqlar tökülür.
Bir dəqiqə gülüş ömrə bir il əlavə edir. Amma şərti il.
Hara tüpürmək istəyirsənsə, ora səndən əvvəl, özü də dəfələrlə tüpürüblər.
Statistikaya görə, saqqallı kişilər saqqallı qadınlara nisbətən daha çox xəyanət edirlər.
Nə qədər şiddətlə qapımı döysəniz bir o qədər şiddətlə mən evdə olmayacağam.
Qonağa çay verəndə stəkanı ağzına qədər doldurun ki, şəkər töküb qarışdıra bilməsin.
Müsbət keyfiyyətlərdən o şəxsdə təkcə rezus-faktor var.
Həyat yaxşı keçirsə, demək o, haradasa çat verib.
Hazırladı: Kənan Məmmədli