Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın təbliği sahəsində növbəti addımını atıb. Belarusun populyar “Stihi.bu” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərini dərc edib, habelə şairin yaradıcılığı haqqında məlumata yer ayırıb.
Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, mərhum şair Vladimir Qafarovdur.
Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış Belarus portalı öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrini rus və belarus dillərində dərc edir.