Bu dəfə Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında

 

Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı yazıçı, dünyasını vaxtsız dəyişmiş Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı” hekayəsinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin rus dilinə tərcümə müəllifi rus dili mütəxəssisi Arzu Rəcəbova, bədii redaktoru ədəbiyyatşünas alim Anjela Lebedevadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” portalı müntəzəm olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.