Tərcümə Mərkəzinin layihəsində bu dəfə Svetlana Turan

 

Avstriyanın “Gedichtesammlung.net” ədəbiyyat portalında Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc istedadlı yazıçı Svetlana Turanın alman dilinə tərcümə olunmuş “Günəşin insanları” hekayəsi yerləşdirilib.

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifi – Mərkəzin alman dili üzrə mütəxəssisi Məryəm Səmədova, bədii tərcümə redaktoru Avstriyanın tanınmış filoloqu Andreas Kriberdir.

Qeyd edək ki, 2006-cı ildən fəaliyyət göstərən portal, dünyanın müxtəlif ölkələrində yazıb-yaradan gənc, istedadlı müəlliflərin yaradıcılığını işıqlandırır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.