Bu gün böyük Səməd Vurğunun anım günüdür Featured

 

Böyük Azərbaycan şairi Səməd Vurğun 1956-ci il mayın 27-də dünyadan köçmüşdür. Bu gün onun anım günüdür. 

 

“Qazax" Xeyriyyə İctimai Birliyi Mətbuat Xidməti bu tarixlə bağlı məlumat yayıb. Məlumatda deyilir:

“27 may Xalq şairi Səməd Vurğunun anım günüdür.

Hər il olduğu kimi bu gün də saat 11⁰⁰-da "Qazax" Xeyriyyə İctimai Birliyi və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə  Fəxri Xiyabanda Şairin məzarı ziyarət olunacaq. Hər kəs dəvətlidir.

Əklil və tər qərənfillər "Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanıb.”

Böyük şairimizin ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.