525.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi qədim Qarabağın şanlı tarixinə, işğal illərinin müsibətlərinə, 44 günlük müharibəyə və möhtəşəm zəfərimizə həsr olunmuş bədii əsərlərə veriləcək mükafatlar – poeziya üzrə Əhməd Cavad mükafatı, nəsr və dramaturgiya üzrə İlyas Əfəndiyev mükafatı təsis edib.
Bu il Əhməd Cavad mükafatına «Vətən» poemasının müəllifi şair Ramiz Qusarçaylı, İlyas Əfəndiyev mükafatına Qarabağ mövzusunda povestlərinə görə yazıçı Aqil Abbas layiq görülüb.
Dəyərli ədiblərimizi mükafatlara layiq görülmələri münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.