İordaniya Krallığı Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” hekayəsini dərc edib.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.
Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq sahifələrində Aleksandr Düma, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Mario Varqas Lyosa kimi dünyaşöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.