PSİXOLOQ VƏ ŞEİR – “Şeir dünyaya yeni gözlə baxmağa vadar edə bilər...” Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Söz verdiyimiz kimi, psixoloqlarımız bir şairin yaradıcılığından bir şeir seçib psixoloji aspektdən yanaşacaq.

Bu dəfə  psixoloqumuz Dr. Hüseyn Şərqidəcək Soytürk ilə sevimli şairimiz Əkbər Qoşalının yaradıcılığından bir şeirə psixologiya pəncərəsindən boylanacağıq.

 

 

ŞEİR BUDUR: 

 

Görəsən, insanı necə göstərir

Korlar bazarında satılan güzgü?

Gün gəlir, baxırsan, sənə tələsir

Bir teli daraqlı, gözləri süzgün...

 

Həkimdən eşitdim, belə deyir ki,

Damar daşıdığı qandan içməyir.

Dəniz ortasında qalan gəmiçi

Qıyıdan aldığı suyla keçinir...

 

Ancaq ormanlara odun aparmır

Orda ocaq çatıb, isinən yolçu.

Min bir cilvəsiylə, həyat həyatdır,

Bir yerdə odunçu, bir yerdə suçu...

 

Yəqin dili-ağzı yağır olubdu

Sözünü saxlayıb, deməyən kəsin.

Deyirlər, andına inanmaq olmaz

Qoltuğunda çörək gəzdirənlərin.

 

Onsuz da insanlar günün sonunda

Görmək istədiyi qədər görəcək.

Duymaq istədiyi qədər duyanlar

Ən yaxşı sözü də hədər biləcək...

 

Dəli şeytan deyir, dənizdən içək,

Ormana bir xeyli odun daşıyaq;

Korlar bazarında sataq güzgünü,

Gəl, gedib, karlara nəsə oxuyaq...

 

 Qış gəlib, payızın xəbəri yoxdu,

Yarpaqlar can atmır xəzəl olmağa.

Masamın üstündə bir dəstə gül var,

Niyə tələsiblər gözəl olmağa?

 

 

PSİXOLOQUN YOZUMU İSƏ BUDUR:

 

Şeirin psixolojisi poeziyanın insan şüuruna, duyğularına və ruhuna, yaradıcılıq proseslərinə və onun fərdi-sosial funksiyalarına təsirini araşdırmağı hədəfləməsidir. Bu yanaşma poeziyanın şairə və oxucuya necə təsir etdiyini anlamağa yönəlib. Poeziyaya psixoloji baxışın bəzi əsas cəhətləri bildirməkdədir:

Hissləri və mənaları ifadə etməkdir. 

 

Görəsən, insanı necə göstərir

Korlar bazarında satılan güzgü?

Gün gəlir, baxırsan, sənə tələsir

Bir teli daraqlı, gözləri süzgün…

 

Şeir söz və obrazlardan intensiv istifadə etməklə mürəkkəb duyğu və düşüncələri təsirli şəkildə ifadə edilmə vasitəsidir və Əkbər Qoşalı yuxarıdakı xalq əxlaqı və psixologiyasına söykənən şeirində də gözəl təsvir etmişdir.

 Psixoloji nöqteyi-nəzərdən poeziya insanlara öz daxili aləmini əks etdirməyə, basdırılmış duyğuları üzə çıxarmağa və məna axtarışına zəmin yaradır. Şair Tanrı ilə insan arasında vasitəçi olduğuna görə şeir ilhamı ona gələnə tanrı ilə şair arasında sirr pərdəsi aralanmağa başlayır.

Ancaq oxucular üçün şeir öz təcrübələrini və hisslərini tanımaq və onlarla əlaqə qurmaq, empatiya inkişaf etdirmək imkanı verir. Şeirdə ifadə olunan universal insani duyğular oxucunun tənhalıq hissini azalda, emosional katarsis yarada bilər.

Milli və mənəvi dəyərləri ön plana çıxararaq fərdi toplumda tarixsəl olaraq ruhi yöndən qoruyur.

Yaradıcılıq və şüursuzluğu aradan qaldırır. Şeir bəstələmə prosesini psixoloji baxımdan yaradıcılığın və yüksək fəlsəfi  ifadəsi kimi başa düşmək olar. Şairin şüurunda olan obrazlar, assosiasiyalar, emosional intensivlik dil vasitəsilə maddi formaya çevrilir, öyüd ya da çağırış kimi psixoloji faktor kimi ortaya çıxır.

 

Həkimdən eşitdim, belə deyir ki,

Damar daşıdığı qandan içməyir.

Dəniz ortasında qalan gəmiçi

Qıyıdan aldığı suyla keçinir...

 

Poeziyanın şüursuz istəkləri, münaqişələri və arxetiplərini əks etdirdiyini irəli sürərək məsələni mahiyəti bəyan edir. Əkbər Qoşalı yuxarıda yazdığı mənviyatın və doğruluğun əks halı ilə qarşlaşdığı kimi söyləməsi gerçəyi göstərir.

Bilirik ki, ilham və poetik intuisiya yaradıcılıq prosesinin mühüm hissəsidir. Şair bəzən rasional düşüncədən kənara çıxaraq daxili mənbədən qidalanan söz və obrazları bir araya gətirir.

 

Ancaq ormanlara odun aparmır

Orda ocaq çatıb, isinən yolçu.

Min bir cilvəsiylə, həyat həyatdır,

Bir yerdə odunçu, bir yerdə suçu...

 

Rəsmi və gündəlik dildən fərqli olaraq, poetik dildə metafora, simvolizm, ritm, səs harmoniyası kimi xüsusi vasitələrdən istifadə edilir. Bu xüsusiyyətlər oxucunun anlama və düşüncə proseslərinə təsir göstərə bilər. 

 

Yəqin dili-ağzı yağır olubdu

Sözünü saxlayıb, deməyən kəsin.

Deyirlər, andına inanmaq olmaz

Qoltuğunda çörək gəzdirənlərin.

 

Şeir qeyri-adi əlaqələr yaradaraq dünyaya yeni gözlə baxmağa vadar edə bilər.

Psixolinqvistika sahəsində aparılan tədqiqatlar poeziyanın linqvistik strukturunun beyindəki emosional və idrak prosesləri ilə necə qarşılıqlı əlaqədə olduğunu araşdırır. Məsələn, poeziyada ritm və musiqinin emosional reaksiyalara təkan verə biləcəyi göstərilmişdir.

 Bərpa və özünə qayıdış Ə.Qoşalının yaradıcılığına əsas qayədir. Milli terapiyadir.

Poeziya terapiyası emosional və psixoloji sağalmanı təşviq etmək üçün şeir yazmaq və oxumaqdan istifadə edən bir psixoterapiya növüdür. 

 

Onsuz da insanlar günün sonunda

Görmək istədiyi qədər görəcək.

Duymaq istədiyi qədər duyanlar

Ən yaxşı sözü də hədər biləcək...

 

Şeir yazmaq insanlara öz hisslərini ifadə etməyə, travmatik təcrübələrin öhdəsindən gəlməyə və yeni perspektivlər inkişaf etdirməyə kömək edə bilər. Şeir oxumaq oxucuya öz iç dünyası ilə əlaqə saxlamağa, tənhalıq hisslərini azaltmağa və daxili rahatlıq tapmağa kömək edə bilər.

Şair fərdi və ictimai kimliklərin formalaşmasında və ifadəsində mühüm rol oynayır. Şairlər öz şəxsi təcrübələrini və ictimai müşahidələrini şeir vasitəsilə çatdırmaqla oxucularla ortaq emosional və intellektual zəmin yarada bilirlər.

 

Dəli şeytan deyir, dənizdən içək

Ormana bir xeyli odun daşıyaq;

Korlar bazarında sataq güzgünü,

Gəl, gedib, karlara nəsə oxuyaq...

 

Sosial hadisələr, mədəni dəyərlər və tarixi təcrübələr poeziyada əks-səda verir və bununla da kollektiv yaddaşın və şəxsiyyətin qorunmasına kömək edir.

 

Qış gəlib, payızın xəbəri yoxdu,

Yarpaqlar can atmır xəzəl olmağa.

Masamın üstündə bir dəstə gül var,

Niyə tələsiblər gözəl olmağa?

 

Bir sözlə, poeziyaya psixoloji baxış bu sənət növünün insan təcrübəsinə necə dərindən nüfuz etdiyini, emosional və koqnitiv proseslərimizə necə təsir etdiyini, fərdi və sosial rifahımıza töhfə verdiyini anlamağa kömək edir. Poeziya təkcə estetik təcrübə təqdim etmir, həm də insan psixologiyasının mürəkkəbliklərini araşdırmaq üçün dəyərli vasitədir. Bunu Ə.Qoşalı baсarmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.