Tələbələr şair Şəhriyar Del Gerani ilə görüşüblər

 

Azərbaycan Universitetinin "Ulduz" jurnalında təcrübə keçən tələbələri ilə şair Şəhriyar Del Geraninin görüşü baş tutub. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilmiş görüşdə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs və jurnalın şöbə redaktoru Taleh Mansur da  iştirak edib. 

Görüş zamanı ədəbi proses və yaradıcılıqla   bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. 

Şəhriyar Del Gerani şeirlərini  səsləndirib, tələbələrə imzalı kitablarını hədiyyə edib. Qeyd edək ki,  "Ulduz" jurnalının təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çəçivəsində bundan əvvəl  şair Qəşəm Nəcəfzadə, İntiqam Yaşar, Ayşən Rəhimli və Taleh Mansurla da görüşlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.