Bu gün çox ucadan gülün! - ESSE Featured

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Qadın olmaq "qadın gülməz" deyən hər kəsə inad gülmək, "qadın oxumasın, işləməsin" deyənlərə ən zirvədən tamaşa etməkdir. Qadın olmaq bu dünyada özündən sonra iz qoymaq, illərlə, nəsillərlə evladlarının dilində anılmaq deməkdir.

 

Qadın olmaq atdığı hər addımla çiçəklər açdırmaq, gözəllikləri özüylə gətirmək, yaymaq deməkdir. Bu dünyada qadın olmaq çətin yolların sonundakı göyqurşağının altındakı xəzinəyə, xoşbəxtliyə layiq olmaq deməkdir. 

 

Niyəmi çətin yollar? Niyəmi gizli xəzinə? 8 mart qadınların gördükləri əzablara etiraza qalxdıqları tarixdir. Haqlarını tələb edən 129 qadın Amerikada 8 martda yandırılaraq öldürülmüşdür. Onların şərəfinə hər gün, amma ən çox da bu gün xoşbəxt olun. Öz haqlarınızı bilin, qoruyun. Səsinizi çıxarmaqdan qorxmayın.

Ən çox özünüzü sevin, ən çox özünüzlə birgə olun.

Xoşbəxtlik də sizinlə olsun.

Əziz xanımlar, hər gününüz bir öncəkindən gözəl, mənalı olsun.

Bayramımımız mübarək

Bu gün çox ucadan gülün. Çünki sadəcə: 

"Qadın gülərsə, bu issız mühitimiz güləcək.

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.."

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.