Rusiya Federasiyasına daxil edilmiş Saxa Respublikasında (Yakutita) türkdilli yakut xalqı yaşayır, bütün assimilyasiya basqılarına baxmayaraq by xalq öz dilini, adət-ənənələrinu qoruyub saxlaya bilir. Türk dünyasına inteqrasiyada, türkdilli xalqlarla mədəni əlaqələrin qurulmasında da yakut xalqının marağı böyükdür.
Bu günlərdə yakutların ədəbiyyat xadimləri Türkiyədə qonaq olmuşlar.
“Ədəbiyyat və incəsənət” portalı Avrasiya Yazarlar Birliyinə istinadən məlumat verir ki, Ankaraya səfər etmiş Saxa yazarları - Agrafena Kuzmina və Aldan Rozhin Avrasiya Yazarlar Birliyində qonaq olmuşlar.
Birliyin sədri Yakub Öməroğlu ilə söhbətdə Avrasya Yazarlar Birliyi ilə Saxa yazarları arasında qurula biləcək ortaq çalışmalardan söz açılıb. Qonaqlara Birliyin “Qardaş qələmlər” aylıq dərgisi, eləcə
də türk yazarların kitabları hədiyyə edilib.