Qazaxıstanın Almatıdakı Kasteyev adına Milli İncəsənət Muzeyində TÜRKSOY-un təşkilatçılığı ilə Oljas Süleymenovun əsərlərindən ibarət albomun təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, TÜRKSOY-un nəşr etdirdiyi “Oljas Süleymanovu oxuyuruq” adlı kitabda türk dünyasının rəssamlarının qələmə aldığı fotolar, sənət əsərləri yer alıb.
Oljas Süleymenovun da qatıldığı tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin Qazaxıstandakı səfirliyinin müşaviri, Almatıdakı nümayəndəsi Anar Hüseynzadə, Türkiyənin Almatıdakı baş konsulu Ali Rza Akıncı iştirak ediblər.