Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Günəş qüruba yol almışdı. Dağlar bənövşəyiyəboyanmışdı. Kəpənək üfüqə baxır, sevinirdi. Elə bilirdi ki, bu bircə gündə dağlar, dərələr, çəmən-hər yer ona aşiqolub, ona görə onun qanadlarının rənginə-bənövşəyiyəbürünüblər.
Zəncirotu isə ayrı havadaydı... Bütün günü arılarbaşının üstündən o yan-bu yana uçurdu, qarışqalar torpağayayxanan yarpaqlarının üstündən yol salmışdı. Hələ səhərmehi... Elə bil, qəsdinə durmuşdu. Hər hovurda bir çəngəqopurdu saçından. Çəməndəki bütün çiçəklər kəpənəköpüşündən məst olurkən o, bilmirdi saçlarına yas saxlasın, yoxsa qarışqa tapdağında olan yarpağının göynərtisinədözsün.
Hələ o günü qaymaqçiçəyi bir ağ kəpənəyin onuöpməyindən elə ürəkdolusu danışmışdı ki, zəncirotununsaplağı sulanmışdı...
İndi üzünü günəşin sarı donunun ətəyindəki saçaqlarasürtən kəpənəyə baxdıqca zəncirotunun qanı daha daqaralırdı. Axı, o, bilirdi ki, çox yox, elə günü sabah heç birçiçək nə bu kəpənəyi, nə də onun öpüşünü xatırlayacaq... Başını qaldırıb astaca kəpənəyi çağırdı:
-Ay bənövşəyi kəpənək...
Kəpənək sevinc dolu səslə cavab verdi:
-Hə, zəncirotu bacı...
-İstəyirəm bir sirrdən agah olum.
-Nə sirri?
-İstəyirəm biləm ki, kəpənək öpüşü nədir...
Kəpənək gülümsədi:
-Bacı, özün deyirsən ki, bu, sirrdir. Mən bu sirri sənəaçsam, sabah bütün çiçəklər məndən küsər...
-Sabah olmayacaq, əzizim...
Kəpənək susdu... İndi o, gördüyü yuxuların mənasınıanlayırdı... Günəşin donunun saçaqları çəməndənçəkildikcə, qanadlarındakı ağrı artırdı... Deməli, gün boyubir dəfə də olsun xatırlamaq istəmədiyi o yuxu gerçəyədönürdü; onun ömrü bitirdi...
Zəncirotu onun baxışlarındakı kədərin də bənövşəyiolduğunu gördü və gücü bircə nəfəs "ah"a çatdı... Bir "ah" da kəpənəyin sinəsindən qopdu...
...Günəşin donunun son saçağı yerini ayın gözlərininaydınlığına verirdi. Ayla Günəşin bu dadardoymazvüsalında çəməndə işıldaböcəkləri heyrətə salan birmənzərə vardı: kəpənək zəncirotunu öpürdü...
(2020)
“Ədəbiyyat və incəsənət”
(31.01.2025)