Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir.
Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim -
-deyir şair. Necə səmimi sevgi etirafıdır.
Xoş mütaliələr!
Bilsəydim harada ağlamısan sən,
Tapıb göz yaşını ləl eyləyərdim.
Küllə oynamaqdan xoşun gəlirsə
Daşı da yandırıb kül eyləyərdim...
Ömür azaldıqca, arzular artır,
Mən sənə qədərəm... yoxdu ki ardım.
Sənə ulduzlardan bir ev qurardım-
Ayı pəncərəndə tül eyləyərdim.
Ayrılıq düyünmüş,- yar, aça bilsən,
Bu yol yol gedirmiş harasa, bilsən...
Sənin əllərinə yaraşa bilsə,
Dünyanı bir dəstə gül eyləyərdim...
“Ədəbiyyat və incəsənət”
(24.01.2025)