Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
Gölün sahilində bir ağac vardı. O, həmişə qarşı sahildəki sıx meşəliyə baxırdı. Günəş şüalarıyla bəzənən, yağışla yuyunan tünd yaşıl meşəlik ağaca ting olduğu vaxtları xatırladırdı.
Bir gün balıqçılardan biri qayığını ağacın kölgəliyinə çəkdi. Ağac qayığa “xoş gəldin” demək istədi. Budaqlarını aşağı əydi. Budaqları qayığa yaxınlaşdıqca gövdəsini hüzn sardı, kökləri gizildədi...
Həmişə keçmişə baxan ağac taxta qayıqda öz gələcəyini görmüşdü...
(2019)
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)