BİR MƏKTUB, BİR ŞEİR – Ayxanın “Nöqtə”si

“Ədəbiyyat və incəsənət” portalının BİR MƏKTUB, BİR ŞEİR rubrikasında sizlərə AYB üzvü Ayxanın “Nöqtə” şeirini təqdim edirik.

 

 

Nöqtə

 

Abzasdan başlayaq,

                    bir tire qoyaq.

Yazaq ...

                 biraz səndən,

                 biraz da məndən.

Sənli fikirlərdə vergüllər olsun,

Qoyulsun üç nöqtə,

                  yenidən davam eləsin,

sənli düşüncələr heç vaxt bitməsin.

Məndən yazılanda ...

Sözdə həmişə,

                      qoşa nöqtə olsun.

Davamı səninlə -

                         səndən başlasın.

Dırnaq işarəsi açılsın hərdən,

Bizi yox, sevgini tərənnüm etsin,

Bizə məhəbbətin dərsin öyrətsin.

 

Bizli fikirlərdə nöqtə olmasın,

Fikir tükənəndə nöqtə qoyular.

Bir gün gələr,

                ölüm bizə qonaq olar,

O zaman, sualsız - nöqtə qoyular.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.