Daha o yerlərdə kimi var onun?

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu daha çox sözlərinə çox sayda mahnılar bəstələnməsi ilə tanıyırlar. Müğənni Flora Kərimovanın ifasında səslənən “Daha o yerlərdə kimim var mənim" mahnısının, müğənni və bəstəkar Rəşidə Rəşidin bəstələdiyi “Ağlama" mahnısının, bəstəkar, müğənni Hatəm Nəbioğlunun “Kapitan", "Ölkəm qədər qırğınam", "Uzaqlardan əsən yel" mahnılarının sözlərinin müəllifidir.

 

Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. 1990-cı illərdə Qubadlı rayonunda nəşr olunan “Bərgüşad" qəzetində çalışıb. Qaçqın düşüb Bakıya köçdükdən sonra bir müddət “Demokratiyanın İnkişafı" Fondunda, sonra isə uzun illər mediada çalışlb. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsini daşıyıb. 2007–2010-cu illərdə  “Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib.

Tələbəlik illərində universitetdə yaradılan “Yurd" birliyinin (1987) üzvlərindən, sonralar tələbə hərəkatının fəallarından olub. Azərbaycanda başlanan azadlıq hərəkatında yaxından iştirak edib. 

 

Mahnı sözlərindən bəhs etdik. Bəli, şair kimi tanınır və oxunur. İlk şeir kitabı - “Bu sevdamı, nağılmı?" 2004-cü ildə, ikinci şeir kitabı “Qırov" 2013-cü ildə, üçüncü şeir kitabı “İçimdə bulud səsi" isə 2021-ci ildə çıxıb. 

O, şeir kitablarından başqa, 3 tərcümə kitabının müəllifidir. 

Xatırladırıq ki, Səadət xanımı BU GÜN DOĞUM GÜNÜ OLANLAR rubrikasından təqdim etdik.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.