Baba Vəziroğlunun “Xatirədir”i UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏ Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN növbəti təqdim edəcəyim şeir hamımızın sevimli şairi Baba Vəziroğlunundur. “Xatirədir” şeiri, Alim Qasımovun oxuduğu çox gözəl bir mahnıdan sizə tanışdır. 

 

Bir adadır sevgimiz,

Hər yanı xatirədir...

 

Necə də gözəl deyir.

Xoş mütaliələr! 

 

Niyə yanır bu ocaq,

Yanıb, külü qalacaq.

Bilmirəm nə olacaq,

Olanı xatirədir...

 

Qar yağır narın-narın,

Üzü gülür dağların.

O yaşıl yarpaqların

Solanı xatirədir...

 

Ay çəmənin çiçəyi,

Niyə soldu ləçəyin?!

Bu dünyanın gerçəyi,

Yalanı xatirədir...

 

Niyə çıxdıq yola biz,

Dəli olub bu dəniz.

Bir adadır sevgimiz,

Hər yanı xatirədir...

 

Gerçəkdi, yoxsa yalan,

Gəlib keçdi nə zaman?!

Sevginin ömrü bir an,

Qalanı xatirədir...

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.