“Ədəbiyyat və incəsənət” portalının "Ulduz" jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsi bu dəfə Füzuliyə həsr edilib.
Füzuli dühası bütün әsrlәri vә zamanları heyrәtә gәtirmişdi – yüksәk ideallara çağıran mündәricәsi, gözәllik vә eşqdәn ibarәt mәnası, kamil sәnәtkarlıq qüdrәtinә görә!
Dahilik Füzuli şeirinin mayasındadır vә onun ümdә, әlamәtdar xüsusiyyәti dövranlara, ictimai hәyatın bütün mәrhәlәlәrinә hökm vermәk əzmindәdir.
Haqqın vә insanlığın xidmәtindә dayanan sәnәt hәr zaman güclüdür, bu mәnada, Füzuli şeirinin fikir, mәna çәkisini, heyrәtamiz gözәllik vә incәlik duyğusunu bu gün biz daha yaxından duyur, dәrk edirik.
…Onlarca әdәbiyyatşünas, mütәfәkkir, sәnәtşünas başdan-başa “tilsimdәn” ibarәt Füzulinin sәnәt kәhkәşanının tәdqiqinә – şәrhinә ömürlәrini sәrf etmişlәrsә dә, hәlә tam, aydın vә dolğun bir nәticә hasil olunmamışdır.
Füzuli tükәnmәzlik xüsusiyyәti – möcüzәsi ilә ağılları, ürәklәri heyran qoymuşdur!
Füzuli şeirinin fәlsәfi-bәdii qaynaqlarının elmi idrakın mәntiqinә әsasәn şәrhi ilә yanaşı, musiqi lisanı ilә tәbliği vә izahı da әsaslı bir mәsәlәdir ki, bu işdә musiqi dühası Üzeyir Hacıbәyovun xidmәti misilsizdir.
Ü.Hacıbәyov Füzulinin şeir-sәnәt dünyasına musiqi sәnәtinin sehrli mahiyyәtindәn vә yüksәkliyindәn diqqәt yetirәn ilk Azәrbaycan bәstәkarıdır. Birinci milli opera “Leyli vә Mәcnun”da, habelә “Arşın mal alan” vә “O olmasın, bu olsun” operettalarında bәstәkar, Füzuli qәzәllәrinin musiqi dili ilә şәrhinә olduqca hәssas yanaşmış surәtlәrin daxili-mәnәvi alәmini, xarakterlәrini, iztirab vә sevinclәrini şәrh mәqsәdilә müvafiq qәzәllәrdәn mәharәtlә istifadә etmişdir.
Mövcud opera vә operettalarda Füzulinin müxtәlif mәzmunlu qәzәllәri “Leyli vә Mәcnun”da Leylinin, Mәcnunun, Leylinin anasının, İbn Sәlamın, Mәcnunun atasının vә Nofәlin әrzi-halının bildirilmәsindә, “Arşın mal alan”da Әsgәrin vә Gülçöhrәnin, “O olmasın, bu olsun”da Gülnazla Sәrvәrin birlikdә oxuduqları duetlәrdә heyrәtamiz dәrәcәdә psixoloji ifadә vasitәsinә çevrilmişdir.
Sәnәtinin vә bәstәkar amalının mayası etibarı ilә iki münbit, tükәnmәz mәnbәyә – xalq musiqisinә vә klassik Şәrq muğamlarına әsaslanan bәstәkar, Füzuli qәzәllәrinin mәna-mәzmun tutumunu, fәlsәfi-idraki dәyәrini, eləcə dә bәdii-poetik incәliklәrin sәsin, avazın vә melodiyanın ifasında şәrhi mәqsәdilә hәmin mәnbәlәrdәn yerli-yerindә, hәm dә mәqsәdәmüvafiq istifadә etmişdir.
...Hәm dә görkәmli musiqi nәzәriyyәçisi kimi fәaliyyәt göstәrәn Hacıbәyov “Azәrbaycan xalq musiqisinin әsasları” adlı elmi-nәzәri traktatında ...musiqi sәnәtinә dair nәzәri müddәalarını әsaslandırmaqla yanaşı, yaradıcı bәstәkar olaraq, klassik milli musiqinin – muğamların başlıca әmәli xüsusiyyәtlәrini dә öz yaradıcılığında dahiyanә bir ustalıqla imtahandan keçirmişdir. Bәstәkarın Füzuli qәzәllәrindәn istifadә ilә özünün opera vә operettalarında yaratdığı ayrı-ayrı musiqi parçaları: ariya, duet, həmçinin müstәqil şәkildә tәsnif vә şöbәlәr klassik Azәrbaycan – Şәrq muğamlarının fikri-bәdii qaynaqlarından qidalanmışdır. Klassik muğamın dinlәyicidә mәrdlik vә gümrahlıq hissi oyadan “Rast”, şәn, lirik әhval-ruhiyyә yaradan “Şur”, mәhәbbәt hissini güclәndirәn “Segah”, dәrin kәdәr duyğusu aşılayan “Şüştәr”, hәyәcan, ehtirası coşduran “Çahargah”, qәmginlik gәtirәn “Bayatı-Şiraz”, daha dәrin bir qüssә tәlqin edәn “Humayun” adlı yeddi әsas pәrdәsi bәstәkarın Füzuli şeirinә yaradıcı münasibәtindә tam dolğunluğu, poetik-emosional tәsir qüvvәsi ilә nәzәrә çarpmaqdadır. Füzuli qәzәllәrinin musiqiyә çevrilməsində bu әsas pәrdәlәrdәn әlavә, yerinә görә, “Simayi-Şәms ”, “Mahur-Hindi”, “Әraq”, “Osmanlı”, “Bayatı-Kürd”, “Bayatı-Qacar” kimi musiqi şöbәlәrindәn dә istifadә olunmuşdur.
“Leyli vә Mәcnun” operasının proloqunda “Şәbi-hicran yanar canım” misrası ilә başlayan qәzәlin musiqi dili ilә şәrhi qәrinәlәrin axınından azadlığa doğru ümid nәzәrlәri ilә baş qaldıran insanlığın nakam arzularının himni kimi sәslәnir...
“Leyli vә Mәcnun” dahiyanə faciәdir. Poemanın mәzmun dәrinliyi fәlsәfi-poetik vüsәti, insanın real imkanları ilә ideal hәyat arzuları arasındakı uçurumlardan doğan әlçatmaz böyük kәdәrini, poetik sözün incәliyi ilә tәsdiqә yetirmәsindәdir. Üzeyir Hacıbәyovun bәstәkar olaraq sәnәtkarlıq mәharәti orasındadır ki, o, Füzuli şeirinin mahiyyәtini – ölçüsünә vә poetik fikir yatağına sığmayan bәşәri-ülvi faciәni musiqiyә köçürmüş, onu musiqinin qәlblәri tәlatümә gәtirәn ecazkar dili ilә yenidәn hәyata qaytarmışdır. Başqa sözlә, musiqi sәltәnәtindә yeni bir “Leyli vә Mәcnun” yaratmışdır. Füzuli poemasının әsasında dayanan “eşq vә azadlıq insanın әn nurlu idealıdır vә insan bu idealının fövqünә yüksәlmәyincә real alәmdә hәqiqi sәadәti tapmaq mümkün olmayacaq” fikrinin musiqi dili ilә tәhlili, operanın da başlıca bәdii-estetik qayәsi kimi meydana çıxmışdır. Eyni halda bәstәkarın ayrı-ayrı surәtlәrin fәrdi alәmini, mәnәvi-intim xüsusiyyәtlәrini canlandırmaq mәqsәdi ilә apardığı sәmәrәli yaradıcılıq işi muğamın müxtәlif şöbәlәrindәn istifadә ilә başa çatdırılmışdır. Nümunә üçün operanın ikinci pәrdәsindәn “Anasının Leyliyә nәsihәti”ni vә Leylinin anasına xitabәn öz dәrdini izah edәn qәzәlin ifasını xatırlamaq kifayәtdir...
Bu ariyalar muğamın “Simayi-Şәms” şöbәsi üstündә bәstәlәnmişdir. Füzulinin poemasında әsas faciәli şәxsiyyәtin – Mәcnunun kәdәri vә mәnәvi sarsıntıları subyektiv amillәrә әsaslanmır vә fәrdi sәciyyә daşımadığından ictimai mәzmun qazanır. Bu sәbәbdәn dә mәna vә fikir etibarilә yüksәlir, büllurlaşır, nəhayət, bәşәri kәdәrә qovuşur. Lakin faciәnin mәrkәzindә dayanan surәtin әhatә olunduğu cәmiyyәtdә “faciәyә mәhkum şәxsiyyәtdirmi, cәmiyyәtdirmi?” – sualına cavab vermәk çәtindir. Füzuli, şeirinin әsrlәri aşıb gәlәn sәdası ilә belә bir hәqiqәti deyir ki, şәxsiyyәtsiz bir cәmiyyәtdә şәxsiyyәt kimi yetişmәk faciәdir! Mәğrur olmaq, lәyaqәtli böyümәk vә müstәqil düşüncәyә sahiblәnmәk fәlakәtdir!
Üzeyir musiqisindә hәyat yolu, amalı vә taleyi fәlakәtә mәhkum mәğrur şәxsiyyәtin faciәsi muğamın “Әraq” şöbәsindә izah olunur...
Üzeyir Hacıbәyovun Füzuli qәzәllәrinә musiqi bәstәlәmәsi bәstәkarın “O olmasın, bu olsun” vә “Arşın mal alan” operettalarında da әhәmiyyәtli yer tutmaqdadır. Mövzu vә janr etibarı ilә şәnlik, gülüş vә yumor hisslәri ilә aşılanmış bu komediyalarında bәstәkar, Füzuli qәzәllәrindәn elә nümunәlәr seçmişdir ki, bunlar, әslindә, dramatik vәziyyәtlәrin gedişi vә qәhrәmanların gәrgin hadisәlәr silsilәsindәn keçәn, müәyyәn qәdәr dә kәdәrli әhval-ruhiyyәyә mәruz qalan sevgi-mәhәbbәt macәralarına xidmәt edir. Bu da tәsadüfi deyil. Füzuli şeirindә şәnlik doğuran komik ünsürlәr yoxdur. Şairin qәzәllәri, ümumәn bәdii-fәlsәfi yaradıcılığında olduğu kimi, hәyatın ziddiyyәtlәrini vә insanın müәmmalı xilqәtini dәrindәn izah edәn ictimai kәdәrlә zәngindir.
Üzeyir Füzuli şeirinin can damarını tәşkil edәn fәlsәfi-bәdii ciddiyyәti, qәzәllәrin mayasına hopmuş düşündürücü lirizmin ahәngini xüsusi qayğı ilә mühafizә etmiş, hәr iki operettanın baş qәhrәmanlarının daxili-ruhi alәmini, sarsıntı vә hәyәcanlar hәlqәsindәn keçәn duyğu-fikir dünyasını tәhlil mәqsәdilә müәyyәn muğam parçalarını seçmişdir...
Füzuli qәzәllәrinin mәrkәzi mövzusu mәhәbbәtdir. Bu mәhәbbәtin әlamәtdar xüsusiyyәti, başlıca vә aparıcı leytmotivi insanın öz taleyi uğrundakı mübarizәsi ilә әlamәtdardır...
Füzulinin bu ruhda vә mәzmunda olan qәzәllәrindәn bәstәkar “Arşın mal alan” komediyasında da istifadә etmişdir. Әsәrdә Füzulinin mәhәbbәt mövzusunda yazdığı dörd qәzәli müәyyәn münasibәtlәrdә әsas surәtlәrin (Әsgәr vә Gülçöhrә) dilindәn verilmişdir...
Füzuli şeiri vә Üzeyir musiqisi yaradıcılıq mәslәkinin ahәngdarlığı, mövzu vә fikir alәmi, fәlsәfi dәrinlik vә poetik hissin genişliyi etibarilә daim vәhdәtdә, üzvi әlaqәdә dәrk edilәn xariqüladә bir alәmdir. Füzuli poeziyasınınmı Üzeyir musiqisinә, bu musiqinin idraki әnginlik vә melodiyasına, avaz vә riqqәtinә, gözәllik vә bәlağәtinә tәsir etdiyini, Üzeyir musiqisininmi Füzuli şeirinin fәlsәfi dәrinlik vә lirizminә, çoxtәrәfli hәyati axtarış qüdrәtinә, bәşәri kәdәr vә işıqlı ideallar problemlәrinә rövnәq verdiyini vә cilalandırdığını söylәmәyә mühakimәnin iqtidarı çatmaz.
Füzuli – fikrin atәşi, hissin tәlatümüdür! Üzeyir – gözәlliyin zinәti, eşqin vüsәtidir! Fikir hisslә, gözәllik mәhәbbәtlә bir doğulduqda, vәhdәtdә olduqda qüvvәtlidir, tәravәtlidir, yüksәkdir.
“Ədəbiyyat və incəsənət”
(28.12.2024)