NİYƏ BƏZİ YAZIÇILAR TANINA BİLİR, BƏZİLƏRİ YOX?


“Ədəbiyyat və incəsənət” portalı Rusiya ədəbiyyatında xüsusi çəkisi və yeri olan Maksim Burdinin nəşr evinin mülahizələrini oxucularına təqdim edir. Düşünürük ki, xüsusən yazarlar üçün bu tip yazılar faydalıdır.

Gününüz xeyir! Dərhal əsas sualdan başlayaq: sizin nə alıcılar, nə tənqidçilər, nə oxucular, nə də kütləvi informasiya vasitələrinin heç cür reaksiya vermədikləri hazır kitabınız var? Onda ümumiyyətlə yaradıcılığınızın diqqətdən kənarda qalmaması, kitablarınızın satılması, oxunmasının dərhal qeydinə qalmalısınız. Zaman keçdikcə, kitabınız eyni cür müasir "tanınmamış şah əsərləri" arasında, alternativ məkanlarda, yüz minlərlə kitabların altında itib batacaq və ya daha acınacaqlı olaraq nəşriyyatdakı anbarlarda tozlanacaq. Və siz yekun olaraq tanınmamış bir müəllif olaraq qalacaq, mənfəətsiz keçinəcək, stimulsuz, bir şey yaratmaq ilhamı olmadan qalacaqsınız.
Bütün bunların məhz sizinlə baş verməməsi üçün nəyin bahasına olursa-olsun, istənilən vasitəylə (!!!) maraq doğurmaq, yaradıcılığınıza diqqət yetirmək gərəkiyir. Və diqqətin cəlb edilməsi sənəti (və ya daha dəqiq decək, texnologiyası) piar adlanır.
Məhz sizin özünüzə və kitablarınıza “raskrutka” lazım deyil deyə düşünmək hədsiz yanlış düşüncədir, lisimeriya nəyə lazımdır ki?
Piar hamı üçün lazımdır. Fərqli olur piar nümunələri: aqressiv və klassik piarlar, bahalı piarlar, partizan piarı... Lakin müəlliflərlə,  onların yaradıcılığının və adlarının  "tanıdılması" üzrə çoxillik iş təcrübəmizin göstərildiyi kimi, ictimaiyyətin müəlliflə maraqlanmasının ən yüksək faizi məhz piar imicindən sonra müşahidə edilməkdədir.
Bəs piar kampaniyasına nədən başlamaq lazımdır?
Kitabınızın satışından (platforma götürən faizlər istisna olmaqla) qısa müddətdə mənfəətin 100 faizinə qədər artırılmasını təmin edə biləcək  vicdanlı piar agenti seçməlisiniz.
Şəxsi smm meneceri, eləcə də on milyondan çox abunəçi əhatəsi olan ədəbiyyat üzrə pablik şəxs, elektron və kağız ədəbi jurnallar sizə işləyəcək. Müsahibələr, resenziyalar, tanınmış ədəbiyyat tənqidçilərinin rəyləri, ən böyük nəşrlərdə şeirlərinizin və nəsrinizin dərc edilməsi yüz minlərlə oxucu və real gəlir gətirəcəkdir. Texnologiya sadədir: oxucu sizinlə, yaradıcılığınızla, sizin haqqınzda  nüfuzlu rəylərlə tanış olur, sonra kitabınızın yerləşdiyi internet saytına daxil olur və onu satın almaq üçün pulunu ödəyir. Daha həvəskar oxucu kütləsi də var ki, dərhal kitab mağazalarına yürüyüb rəflərdən sizin imzanızı axtaracaq.
Bəs nə üçün müəllifin “raskrutkası”, yaradıcılığının populyarlaşdırılması, kitablarının təşviqi ilə məşğul olmaq bu qədər vacibdir? Və unutmayın ki, söhbət yalnız ədəbi karyeranın başlanğıcında olan müəlliflərdən getmir. Təcrübəli yazıçılara da piarlaşma yeni başlayanlara lazım olduğu qədər eyni dərəcədə vacibdir. Professional təşviqi, haqqında keyfiyyətli resenziyalar olmadan ən qiymətli, ən unikal yeni kitab belə ümumi müstəvidə görünə bilməyəcək, yalnız seçilmiş "dar dairədə” qapanaraq qalacaq, ondan az qism insan zövq ala biləcək. Maksim Burdinin nəşriyyat evi, məsələn, yazıçı piarını həyata keçirmək üçün “Nəşriyyatın partnyoru” layihəsindən yararlanır. Hazırkı çox mürəkkəb dövrdə nə qədər istedadlı müəllif olsanız da, oxucuya özünüzü necə təqdim edə bilmək qaydalarından xəbərdar deyilsinizsə, müasir kitab bazarının necə təşkil edildiyini başa düşmürsünüzsə, əmin olun ki, heç kim sizi görməyəcək, tanımayacaq. Mütləq arxanızda yaxşı bir piar menecer, yaxşı bir ədəbi agent olmalıdır, əlbəttə ki, arxanızda nüfuzlu bir nəşriyyat olması şərti ilə. Beləliklə, pis  və ya yaxşı yazıçı olmağınızdan asılı olmayaraq savadlı bir piar kampaniysı aparmadan heç vaxt oxucu kütləsinə nail olmayacaqsınız.
Piar həm yeniləri tanıdır, həm köhnələri xatırladır.
Piar - gündəmdə olmaq deməkdir!

Redaksiyadan: Çox təəssüf ki, bizim Azərbaycanda adıçəkilən texnologiyadan əsla istifadə olunmur. Nəticə isə göz qabağındadır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.