Güney Azərbaycan Poeziyası Antologiyasında Fəriba Mürtəzayinin “Qədəmlərin gözüm üstə” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Fəriba Mürtəzayidir.

 

Fəriba Mürtəzayi

Təbriz

 

 

QƏDƏMLƏRİN GÖZÜM ÜSTƏ

 

Sənə olan sevgim,

Ürəyimdən 

Boğazıma yol açıb. 

Xımır-xımır 

Baxışımda yol tapıb. 

Gözümdə

Bir dam söz yığışıb. 

Gəl dam üstə

Sənə söyləmişdim:

"Qədəmlərin gözüm üstə" 

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.