Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə bu dəfə yenidən sevilən şairimiz Əlizadə Nurini görüşdürürəm. Şair bu dəfə “Dirilərin öz paltarında, ölülərin bezində gizləndiyini” müşahidə edib.”
Onun gəldiyi qənaət isə “Bu dünyanın gerçək üzü. Yalan üzündə gizlənib...”dir.
Xoş mütaliələr.
Gizlənib
Ağacın son hıçqırığı,
Ocaq közündə gizlənib.
Dirilər öz paltarında
Ölü bezində gizlənib.
Durub gəldim sənə sarı,
Götürmədin sən hasarı.
Ayağımın ağrıları
Ayaq izində gizlənib...
Göy üzüdü göyçək üzün,
Ay da çaşdı görcək üzün.
...Bu dünyanın gerçək üzü
Yalan üzündə gizlənib...
Ədəbiyyat və incəsənət”
(30.10.2024)