1 ŞEİRDƏ Ceyhun Ötkəm və “Mən ya kor bucağam...” Featured

“Ədəbiyyat və incəsənət” bu gün “1 ŞEİR” rubrikasında Ceyhun Ötkəmin 1 şeirini sizin ixtiyarınıza buraxırıq.

 

 

***

mən ya kor bucağam,

ya kar bucağam,

özümü dürtməyə məzar qucağam,

qolları xaraba bekar qucağam,

mənim ayaqlarım yoxdur, üzəngi...

toz basıb çiynimi, bayquş da qonmur,

kəfənlə qaçan da gəlib sığınmır...

sən də bekarasan, mən də bekara,

mənim ayaqlarım yoxdur, üzəngi...

daha boşlamışam əldə yüyəni,

uşaqlar uzaqdan görəndə məni

deyirlər, ay nənə, kentavr əmi...

mənim ayaqlarım yoxdur, üzəngi...

atım-arzu, murad... çox adları var

at murad deyil ki, muradları var...

nə olsun, görünməz qanadları var

mənim ki ayağım yoxdur, üzəngi...

mənim ki ayağım yoxdur, üzəngi...

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.