Əli Çağla, “Ədəbiyyat və incəsənət” portlının Güney Azərbaycan təmsilçisi
Güney Azərbaycanda növbəti ədəbi hadisə baş veribdir - “Alt-şift şeir” dünya şairlərinin antologiyası çap olunubdur. Kitabı tərcümə edib hazırlayanlar güneyli Zaman Paşazadə və İsa Zeyni olmuşdur. 260 səhifəlik bu kitab “Parlaq qələm” nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Kitabın ön sözündən bir parçanı təqdim edirəm:
“Şeir tərcümədə, dalğaların sahilə gətirdiyi tanınmaz cəsədə oxşayır” deyir; Kevin Profer.
Bu yozumdan şeirin tərcümədə, orjinal örnəyindən daha fərqli olduğu, zədələndiyi və ya tərcümə olmazlığınıalqılayırıq. Bəlkə də tərcümə barəsində ən tanınmış baxışlardan biri də elə budur, amma bir tərəfdən də həmişə sahilə gələn cəsəd, özü ilə çığlıq və qarğaşa gətirər. Bu o deməkdir ki, şeirin tərcüməsinin məqsədi dil və mədəniyyətdə özünəməxsus dəyişim ilə yanaşıdır və bəzən bu dəyişim o qədər etkiləyicivə təsirli olur ki, ortamın tam gözlənilməz bir duruma gəldiyi ilə sonuclana bilir.
Bu kitab “Evdeal” və “Parlaq qələm” portallarında satışa çıxarılıbdır.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)