“Bağışladım...” - UNUDULMAZ SEVGİ ŞEİRLƏRİNDƏN Featured

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz sevgi şeirlərindən növbəti təqdim edəcəyim sevilən şair Baba Vəziroğludandlr. 

Olan oldu, keçdi deyib, səni yenə bagışladım, - deyir şair. 

Xoş mütaliələr! 

 

Bağışladım...

 

Olan oldu, keçdi deyib,

Səni yenə bagışladım.

Sevdim səni bircə kərə,

Dönə-dönə bağışladım...

 

Bağışladım səni yenə,

Bağışladım dönə-dönə.

Tanrı səni verən günə,

Sevən günə bağışladım...

 

Səninlə bir keçdiyimiz,

Dilləndi hər cığır, hər iz.

Bir yerdə and içdiyimiz,

Aya-günə bağışladım...

 

Doğma, əziz bir küçəyə,

Sənsiz ötən hər gecəyə.

Boynubükük bir çiçəyə,

Solan gülə bağışladım...

 

Bu dünyada onu bil ki,

Sən eşqimin sonu, ilki.

Səndən başqa kimim var ki?!

Səni sənə bağışladım...

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.