POETİK QİRAƏTdə Narıngül Nadir “Adamlar...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə Narıngül Nadirdir. Şair, yazıçı, publisist Narıngül Nadir bu dəfə insanların vəfasızlıqlarından gileylənir:

 

Arxamca daş atdılar, 

Üz tutduğum adamlar, - deyir.

Xoş mütaliələr.

 

 

Bir topa buluddular,

Göyləri ovutdular,

Arxamca daş atdılar, 

Üz tutduğum adamlar

 

Kiçilib xal oldular,

Susdular lal oldular,

Hey qeylü-qal oldular,

Ovutduğum adamlar.

 

Görən hara getdilər,

Hansı düzdə bitdilər,

Gözlərimdən itdilər, 

Unutduğum adamlar.

 

Əvvələ gəlmədilər,

Dərdimi bölmədilər,

Tam ola bilmədilər,

Qayıtdığım adamlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.