POETİK QİRAƏTdə Əlizadə Nurinin “Bu dərdin başına tac qoymuşam mən...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair “Bu dərdin başına tac qoymuşam mən...“ söyləyir… Dərdin başına tac necə qoyulur, oxuyunda agah olacaqsınız. 

Xoş mütaliələr.

 

Bu dərdin başına tac qoymuşam mən...

 

Dərddən yıxılanda sözdən tutmuşuq,

Bizi söz gəzdirir can əvəzinə.

Bəlkə göy üzünü yaralayıblar-

Damır ay işığı qan əvəzinə?!

 

Sənsiz bu yollarda yol azan səsəm,

Sənsiz neynəyər ki, bu halı sərsəm?

Bəlkə bu dünyanın günəşi sənsən-

Sökülür ürəyim dan əvəzinə?

 

Vaxtın darağında saç qoymuşam mən,

Neçə gün qələmi ac qoymuşam mən.

Dərdimin başına tac qoymuşam mən-

Taxta çıxartmışam xan əvəzinə...

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.