Yevgeni Bertelsin Türk dilinə tərcümə olunmuş “Azerbaycanın büyük şairi Nizami” əsəri Türkiyədə nəşr olunub

 

Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin tanıdılması, tədqiqi və təbliğinə dair layihələr həyata keçirir. 

Mərkəzdən “Ədəbiyyat və incəsənət” portalına verilən məlumata görə, bu məqsədlə  məşhur şərqşünas alim, professorYevgeni Bertelsin Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” əsəri Azərbaycan dilindən Türk dilinə tərcüməsi yekunlaşdırılıb. Əsər Türk dilinə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar tərəfindən çevrilib. 

Türkiyədəki  Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami GəncəvininAzərbaycan ədəbiyyatının dahi şairi kimi tanıdılması, habelə Nizamişünaslıq elminə böyük töhfə hesab edilənYevgeni Bertelsin Türk dilinə tərcümə olunmuş “Azerbaycanın büyük şairi Nizami” əsəri Türkiyədə nəşr olunmuş və kitabın gələcəkdə təqdimatı, habelə aparıcı kitabxanalara, elmi-tədqiqat müəssisələrinə hədiyyə olaraq göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” adlı əsəri nizamişünaslıq və mütəfəkkirşairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsiqarşısında böyük xidməti hesab edilir və məşhurşərşqşünas Yevgeni Bertels Nizami Gəncəvi ilə yanaşı,Əlişir Nəvai, Əbdürəhman Cami, Sədi Şirazi, Firdovsi vəbaşqa görkəmli şəxslərin yaradıcılığını tədqiq etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.