Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair yuxusuzluqdan şikayətlənir…
Xoş mütaliələr.
Yuxusuzluq
Ağrılar- gül qoxusutək...
Ətrinə dəydim ölümün.
Bir az uzun yaşamaqla
Xətrinə dəydim ölümün.
Bir yandan da sənin dərdin,
Bu dərd də ar eləmir.
Sən gözümə dolan gündən
Yuxu da uzaq dolaşır-
Yerini dar eləmir.
Çöldə də darıxan payız...
Yağır neçə saatdı.
Çıxarıb son pencəyimi
Üşüyən ağacın
çiyninə atdım...
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)