Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair axşam gözlənilən sevincdən danışacaq.
Xoş mütaliələr.
Sevinc axşam gələcəkdi...
Çıraq oldum, işığımı,
Salmağa bir dam olmadı.
Çoxu mənə " oğul" dedi
Heç biri anam olmadı.
" Düz" axtarıb, dağ çıxardım,
Dağı lap axsaq çıxardım.
Bu gecədən sağ çıxardım
Yanımda bir şam olmadı.
Bu əldi, ya boş əlcəkdi?
Nə çəkdisə, boş əl çəkdi...
Sevinc axşam gələcəkdi-
Gözlədim, axşam olmadı...
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)