ƏN YENİ POEZİYAda Qulu Ağsəs “Köhnə Yer valı” ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. “Ulduz” jurnalının baş redaktoru, sevilən şairimiz Qulu Ağsəsin növbəti ekstravaqant şeiri dünyaya gəlib. 

Buyurun. 

 

KÖHNƏ YER VALI

 

Tanımadığım ölkәyә

zәng vurub

şeir oxuyuram –

ovqatımın ad günündә.

Bilmirәm,

o tәrәfdәki şiddәt altındadı,

ya hәzzin üstündә?..

Açılı ağzını görmәdәn,

bәrәlә gözünü görmәdәn,

telefonda üzündәn şeir oxuyuram –

adamın üzünü görmәdәn.

...Xәttә hardansa

yad sәs qarışır

dörd oktavalı:

“Özündәn başqa

heç kәsi hәrlәmir

bu köhnә Yer valı... ”

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.