“Ürək olan yerdə…” – NƏRİMAN HƏSƏNZADƏ İLƏ MÜSAHİBƏ. Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə  Taleh Mansur Xalq şairi Nəriman Həsənzadədən götürdüyü müsahibəsini təqdim edirik.

 

Bir az gecikib bu müsahibәnin dәrci... Gecikib deyәndә ki, hәr şey zamanında baş verir. Görünür, insanın hesab vә sәbriylә Tanrının hesab vә sәbri arasında yerlә göy qәdәr mәsafә varmış. Xalq şairi Nәriman Hәsәnzadә ilә görüşümüz yağışlı bir may gününә tәsadüf elәmişdi. Suallarım vә fikirlәrim yerbәyer idi, adım kimi әmin idim, şairin müdrik cavabları da suallarımın yolunu gözlәyirdi. Eynәn yolumu gözlәyәn şair kimi. Fәqәt şairlә görüşә ürәyi dolu, әliboş gedә bilmәzdim. Mәni qayğılandıran bu nәsnә onu duyğulandırmalı idi. Çox düşünmәyә ehtiyac qalmadı, şairin “Kimin sualı var?” poemasındakı bu misraları xatırladım:

 

 İydә tikanları batıb әlimә,

yamaqlı şalvarım bir dә cırılmış.

O sıx meşәlәri sәn elә bilmә,

gәzib-dolaşmışam mәn qarış-qarış.

 

 Söz vaxtına çәkәr, deyirlәr ha, bax indi misralar vaxtına çәkmişdi. Ürәk qayğısından xilas olub çiçәk qayğısına düçar olmuşdum.

Dar mәqamda Ağstafadakı ürәyi geniş dostlar kömәyimә çatdı. Bir neçә saatın içindә şairin göz açdığı Poyludan bir dәstә iydә çiçәyi göndәrdilәr Bakıya. Cәnnәt qoxulu çiçәk sovqatını әlimә alan kimi әtrini ciyәrlәrimә çәkdim, şairin könül misralarının qoxusu gәlirdi. Hәmin an barmağıma batan iydә tikanının ağrısını belә bu zövqü-sәfa içindә duymadım. İndi şairlә görüşә getmәk olardı. Şairin yaşadığı evin qarşısına çatanda şıdırğı  bir  yaz  yağış  başladı. Qeyri-ixtiyari iydә çiçәyinin dәstәsini çәtir kimi başımın  üstünә  qaldırdım. Yağış damcıları  iydә  çiçәklәrindә  әtirlәnib saçlarımdan gicgahıma, alnıma süzülür, üz-gözümә yayılırdı. Bir anın içindә bu әtir bütünlüklә ruhuma yayıldı. Üst-başımdan tutmuş, suallarımı yazdığım vәrәqәcәn, cismimdәn ruhumacan hәr şey iydә çiçәyinin әtrinә qәrq olmuşdu. Mәni binanın qarşısında qoca şairin gәnc dostu, ürәk sәsli Arif Mehmandost qarşıladı. Qalxdıq düz onuncu mәrtәbәyә. Bir anlıq mәnә elә gәldi ki, bura göylәrin yeddinci qatından da üç pillә yuxarıdı, Tanrının beş addımlığıdı. Tәәccüblәnmәdim, onsuz da gerçәk vә göyçәk söz olan yerlәr Tanrıya yaxın olur. Söz haqqa tәrәf bir addım yaxınlaşanda Tanrı sözü әbәdi hәqiqәtlә müjdәlәyir. Şairin  yaşadığı mәnzilә daxil oluruq... Nәhayәt, şairlә görüşürәm, salamlaşıb  iydә  çiçәyini doğma Poyludan gәtirdiyimi deyirәm. Bir anlıq düşünür, tәşәkkür edir, kövrәk bir sәslә soruşur:

– Sәn mәni ağlatmaq istәyirsәn?

Gülümsәyib “Xeyr, Nәriman müәllim, azacıq duyğulandırmaq istәyirәm...”– deyirәm.

Gülür, әhvalı yerinә gәlir. Belәcә müsahibәyә mәnim sualımla yox, Nәriman müәllimin sualıyla başlamış oluruq...

 

– Nә qәdәr şablon sәslәnsә dә, mәn Sizi әdәbiyyatımızın canlı әfsanәsi hesab edirәm. O üzdәn sizinlә tәkcә Nәriman Hәsәnzadә kimi yox, hәm dә Sәmәd Vurğunla, Mehdi Hüseynlә, Mir Cәlalla, Nazim Hikmәtlә, Xәlil Rza Ulutürk vә bir çox әfsanәvi qәlәm sahiblәri ilә danışırmış kimi hәmsöhbәt olmaq istәyirәm. Əl çatmayan, ün yetmәyәn әdiblәrlә bağlı yaşadıqlarınız, xatirәlәriniz var. İstәrdim, suallara bir az özünüz kimi cavab verәndә bir az da adlarını sadaladığım әdiblәr kimi cavab verәsiniz. Çәtin olmaz ki?

– Çox sağ ol, oğlum... Öncә o kişilәrin adlarını çәkdiyinә görә minnәtdaram. Görәk hәlә özüm kimi suallarına cavab verә bilәcәmmi, sonrasına baxarıq (gülür)...

 

– Xalq şairi Bәxtiyar Vahabzadә “Nәriman Hәsәnzadәnin şeirlәrindә hәmişә ürәk döyünür”, – deyirdi. Şeirinizdә döyünәn ürәyin әn böyük arzusu nәdir?

 

– Şairin dә, vәtәndaşın da arzusu birdi, vәtәnin bütövlüyü, çiçәklәnmәsi. Azәrbaycan müstәqildi. Şuşa azad olunanda Ali Baş Komandan İlham Əliyev dedi ki, ata vәsiyyәtini yerinә yetirdim, bütün bunların hamısı şairin, bir xalqın çin olmuş arzularıdı.

 

– Bәs  şeirinizdә döyünәn ürәklә sinәnizdә döyünәn ürәyin arzuları üst- üstә düşürmü?

 

– Mәnim ürәyimin başına o qәdәr oyunlar açılıb ki... Sәmimi deyirәm, ürәk bu yaşacan çәtin, әzablı yollardan keçib. “Ürәk mәnimkidi, yaş mәnim deyil...” – şeirlәrimin birindә belә yazmışam. Ürәk olan yerdә hәyat var. Ürәkdәn o yana nәsә varmı ki? Ürәk olan yerdә nә yoxdu ki? Ürәklә verilәn salam da qiymәtlidi. Ürәklә bir әli sıxmaq da, ürәklә bir tanışın yanından keçmәk dә qiymәtlidi. Ürәk sәnsәn, bütövlükdә özünsәn. O qәdәr hallandırmaq olar ki ürәk sözünü. İsmin halı kimi әn azı altı halı var ürәyin. Şeirimdә döyünәn ürәklә sinәmdә döyünәn ürәk әkizdi. O üzdәn arzuların sәslәşmәmәsi mümkün deyil.

 

– Hәyatınızda baş verәn әn ağır vә ağrılı mәqamları belә özünәxas şәkildә mәnalandıra bilmisiniz. Ürәyә yatmayan kәdәri mәnalandırmaq, ya ürәyә yatmayan sevinci? Hansı şeirin әyninә oturur?

 

– Deyәsәn, İsa peyğәmbәrin sözüdü, deyir, iztirab keçirmәsәn, tәmizlәnә, paklana bilmәzsәn. Ona görә kәdәrdәn qorxmayın. Paklanmaq üçün mütlәq kәdәrin süzgәcindәn keçmәlisәn. Kәdәr dә ümidli, ümidsiz olur. Ümidsiz kәdәrә uymaq daha kәdәrlidi. Ümidsiz kәdәr insanın özünü dә yoxa çıxarır. Amma hәr bir halda kәdәrin heç yaxşısı da yoxdur... Mәn kәdәrin heç bir şәklini kimәsә arzulamıram. Mәn sәnә bunu kәdәrin bütün formalarını yaşamış adam kimi deyirәm.

 

– Nә yaşamısınızsa, şeirlәrinizә, poemalarınıza, әsәrlәrinizә hopub. Elә bir yaşanmışlar olubmu ki, onları, ümumiyyәtlә, qәlәmә vә dilә gәtirmәmisiniz?

 

– Tәbii, olmamış olmaz... Ötәnlәrdә poemalarıma baxıram. Gördüm, hәya- tımla bağı hәr şey var. Özümә dә qәribә gәldi. Mәn nә çox şey yaşamışam. Çәtin vәәzablı olsa da, nә yaxşı ki, yaşadıqlarımı qәlәmәalmışam.

 

Bu yerdә Nәriman müәllim qeyri- ixtiyari bu misraları xatırlayır:

 

Bu dünyanın gözәl vaxtı

Poyluda qaldı,

Göy üzündәn ulduz axdı,

Poyluda qaldı.

Bir qız mәnә süzgün baxdı,

Poyluda qaldı.

Taleyimin dalısınca çıxdım Poyludan,

Beşiyimin görüşünә döndüm sonradan.

 

Oğul, yazdıqlarım mәnim tәsәllimdi, onlara baxdıqca anlayıram ki, ömrümü hәdәr yaşamamışam.

 

– Pompeyә, Atabәy hökmdarlarına, Nuru Paşaya, Nәrimanova, Sabirә şeir nәfәsinizlә poetik hәyat bәxş etmisiniz. Hәtta “Zümrüd quşu” poemasının timsalında böyük rus şairi Puşkinin Qafqaza sәfәrini qәlәmә almısınız. Daha hansı tarixi şәxsiyyәti qәlә- minizin köynәyindәn keçirmәk istәrdiniz?

 

– Gözәl sualdı. Yazmaq  istәdiyim şәxsiyyәtlәr çoxdu. Fikir ver, oğlum, İntibah dövründәziyalılar üç yüz il zaman sәrf ediblәr, can qoyublar ki, Antik dövrü, Sokrat dövrünü, qәdim yunan mәdәniyyәtini dirçәltsinlәr, oyatsınlar, geri qaytarsınlar. Nә qәdәr qәribә sәslәnsә dә, Antik dövr bütün mә- dәniyyәtlәrin әn parlaq dövrüdü. Mәn bu faktı oxuyanda heyran qaldım. Didro, Volter, Russo yazıçıdan günümüzün aktual olan mövzularında – ictimai mövzularda, xalqın taleyindәn, azad- lığından, mübarizәsindәn yazmağı tәlәb edirdilәr.

Yazmağa gәlincә, sadaladığım fikir- lәrin davamı olaraq deyim ki, ürәyimdә Atropatla bağlı yazmaq istәyi var. O Atropat ki, Makedoniyalı İsgәndәrlә dostluq edib. İsgәndәrin әn böyük sәrkәrdәsi Perdikka Atropatın qızıyla evlәnib. Çox böyük şәxsiyyәtdi Atropat. Bir dәfә heykәltәraş dostlarımdan birinә ideya verdim ki, Atropatın Makedoniyalı İsgәndәrlә yanaşı, at belindә heykәllәrini yaratsın. Yazmaq istәdiyim Atropatdı. Yazmaq istәyirәm, açığı, әsәrin sonrakı taleyi – sәhnә taleyi dә qayğılandırır mәni. İndi aktyorlar da, rejissorlar da fәrqlidi. Yeri gәlmişkәn, bir zamamlar mәnim “Bütün şәrq bilsin” pyesimi sәhnәyә qoydular. Sonralar hәmin tamaşa Moskvada nümayiş etdirilәndә rәhmәtlik Heydәr Əliyev 100 nәfәrlik aktyor truppası göndәrdi. Teatr tarixindә yüz aktyorun iştirakı ilә hazırlanmış ikinci belә bir tamaşa, bәlkә dә, olmayıb. Açığı, indi mәni hәvәslәndirәn rejissor da yoxdu. Üstәlik, vaxtımı bölә bilmirәm. Hәm dәrs deyirәm, hәm dә belә müsahibәlәr, görüşlәr-filan, alınmır. Belә- belә, bir dә baxıram ki, gün keçib, aylar ötüb. Əsәrin bir fәslini yazmışam da, elә dә qalıb. Amma pyesin bütün detallarını hazırlamışam. Ümumiyyәtlә, hәlә Qorki adına Ədәbiyyat İnstitutunda oxuyan zamanlardan bu mövzu ilә mәşğulam, araşdırma aparıram. Yazmaq istәyim var, qismәt olsa, yazacam. Bilmirәm, bu mövzuda kim yazacaqsa, ona yaxşı mәnada paxıllığım tutur. O qәdәr tәdqiqat aparmışam ki... Bu әsәri mәn yazmalıydım bu günә kimi.

 

Söhbәtin bu yerindә Nәriman müәllim “Arrian” kitabını göstәrir.

 

Bax, qeydlәr dә aparmışam. Elә detallar, tarixi mәqamlar var ki, heç burda Atropatın adı yoxdu, Azәrbaycanın tarixi, taleyidi. Bizim elә bir şanlı tariximiz var ki, xalqlar ona pәrәstiş edә bilәr. O taylı-bu taylı Azәrbaycanın zәngin tarixi var.

 

– Hәlә gәncliyinizdә sizә doğma münasibәti ilә seçilәn böyük yazıçımız Mir Cәlal “Nәriman olduqca hәssas şairdi, o, bir qartalın uçuşunda, bir lalәnin duruşunda, bir körpәnin baxışında bütün kainatı, ictimai alәmi vә mәna dolu hәyatımızı görmәk istәyir” – demişdi. Yaşadınız, yazdınız, bәlli bir tale yolu keçdiniz. Hәr bu fikirlәri oxuyanda ağlıma belә bir sual gәlir, Nәriman müәllim böyük әdibin dediyi mәqamların hamısını görә yaşaya, yaza bildimi?

 

– Bunu hәr yerdә demişәm, Mir Cәlalın mәnim hәyatımda müstәsna rolu olub. Yazıçıların övladları üçün ev verirdilәr. Mir Cәlal müәllimin oğlu Arifә dә ev vermişdilәr. Mir Cәlal mәni Yazıçılar İttifaqının sәdri Mehdi Hüseynin yanına apardı. Dedi, gәlmişәm, istәyirәm, bu evi Nәrimana verәsәn. Mehdi Hüseyn dedi, gecdi, siyahı artıq göndәrilib. Onda Mir Cәlal müәllim bir cümlә işlәtdi, o söz hәlә dә yadımdadı, qayıtdı ki: “Mehdi, necә olur-olsun, bu ev Nәrimanın olmalıdı”. Mir Cәlalın hәyat yoldaşı Püstә xanım da tәkid elәdi ki, ev mәnә verilsin. Elә oldu ki, o evdә mәn yaşayası oldum. Bu gün dә o ev Arif müәllimin adınadı. Onun adından çıxarmamışam.

Mir Cәlal başqa neynәmәliydi, hәlә gәncliyimdә mәnim haqqımda yazdı. Bu kişi mәni sözün bütün mәnalarında yaşatdı. Əyyub Abbasovdan xahiş elәdi ki, iki çap nüsxәsi mәnim kitabımdan kәsib Nәrimana yer verin. O vaxt kitab çap elәtdirmәk hadisә idi. Qorki adına Ədәbiyyat İnstitutunu bitirib tәzәcә qayıtmışdım. Yazıçılar İttifaqının qarşısında görüşdük. Soruşdu ki, burda neynirsәn? Dedim, iş axtarıram, Mir Cәlal müәllim. Dedi, iş axtarma, adam axtar, oğul. Mәni apardı indiki Bakı Dövlәt Universitetinә. Rektor rәhmәtlik Şәfayәt Mehdiyev idi. Orda mәnә yarımştat bir yer elәdi. Mir Cәlal müәllim dedi, tәbrik edirәm, bir yarımştat işin var. Bәxtim açılmışdı sanki, bir müddәt sonra rәhmәtlik Heydәr Əliyev mәni “Ədәbiyyat vә incәsәnәt” qәzetinә baş redaktor tәyin elәdi. İki seçim arasında qalmışdım, bilmirdim universitetdә davam edim, ya “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlәyim. Pәnah Xәlilov qayıtdı ki, dәlisәn sәn, nә var qәzetdә? Dedi, sәni Mir Cәlal gәtirib bura. Heç kim sәni bura yaxın qoymazdı. Onda Mir Cәlal tәkid elәdi ki, get “Ədәbiyyat vә incәsәnәt” qәzetindә işlә. Onun dediyi kimi dә elәdim. Ora gedәndәn sonra mәlum oldu ki, gözü bu vәzifәdә olan nә qәdәr adam varıymış. Baxmayaraq ki başıma orda oyunlar açıldı, 14 il orda çalışdım, qәzet 120 min tirajla çıxdı. Cәnubi Azәrbaycan üçün әski әlifba ilә, Türkiyә üçünsә latın qrafikası ilә xüsusi nömrәlәr hazırladıq. Mir Cәlal mәnim hәyatımda müstәsna rol oynayıb, öz yerindә, amma mәn Arif müәllimlә tanış olandan sonra taleyә inanmağa başladım. Müstәqillik qazanandan sonra rәhmәtlik Heydәr Əliyev mәni Mәtbuat vә İnformasiya naziri tәyin elәmişdi. Nazir kimi hәtta İrana sәfәr dә elәmişdim. Çәtin vaxtlar idi. Adım nazir idi, elә bir iş dә yox idi, nә mәni sayan var idi, nә dәdindirәn. Heydәr Əliyevә zәng elәmәyә dә utanırdım. Bilmirdim dәrdimi  necә  deyim.  O illәrdә Hafiz müәllim zәng elәdi ki, Arif müәllimә zәng elә. Danışdıq, getdi Aviasiya Akademiyasına, mәni yarımştat işә götürdü. Gün o gün, hәlә dә orda çalışıram. Arif müәllim tamam başqa tәbiәtli adamdı.

Oğul, ümumiyyәtlә, Mir Cәlal müәllim vә oğlu Arif müәllimin qayğısı, diqqәti ömrüm boyu mәni müşayiәt edib. Bu ailә mәnә tәk ürәklәrindә yox, talelәrindә, evlәrindә dә yer veriblәr. Ən әsası, hәyatda yer verib. Mir Cәlal müәllim hәm dә mәnim elmi rәhbәrim olub. Elmi işimin mövzusu “Azәrbaycan- Ukrayna elmi әlaqәlәri” idi. Mir Cәlal müәllimgildәydik, gecә saat bir, hamı yatıb. Mir Cәlal müәllim dedi, oxu görüm nә yazmısan. Püstә xanım da yanı- mızdaydı. Demәli, elmi işdә bir mәqam varıydı, İvan Frankonun bir qәzәlini tәhlil edirdim, paralel olaraq Molla Vәli Vida- dinin qәzәllәri ilә paralellәşdirirdim. Mir Cәlal müәllim Püstә xanıma qayıtdı ki, görürsәn, xam torpaqdı. Düz bir il sәkkiz aya müdafiә elәdim. Bu kişi mәnim üçün peyğәmbәr idi.

 

– Bildiyim qәdәriylә, 1997-ci ildәn Aviasiya Akademiyasında çalışırsınız. Hәr dәfә bu haqda düşünәndә gözlәrimin önündә xәyalı göylәrdә gәzәn şair vә göylәri tәyyarә qanadlarında fәth etmәyә hazırlaşan tәlәbәlәr canlanır... Bu xәyali sualın gerçәk cavabını soruşsam?..

 

– Çox poetik sual oldu, oğul... Əslindә, özü yerdә olan şairin xәyalının göydә olması sual doğurur vә mübahisә predmeti ola bilәr. Mәnә qalsa, şair xәyalı elә yerdә olsa, yaxşıdı. Şair xәyalı göydә yox, yerdәolmalıdı, cәmiyyәtin yanında, insanların arasında. Şair cәmiyyәtin әn qabaqcıl övladıdı. Mәn elә bilirәm ki, şair xәyalı heç vaxt göylәrdә olmayıb. Mәn inanmıram ki, Puşkinin xәyalı göylәrdә olsun. Allah rәhmәt elәsin, “Yenә göylәrdәdi şair xәyalın...”- deyәn Sәmәd Vurğunu yerdә yaxaladılar. Hüseyn Cavid “Yerә enmәm dә, sәma şairiyәm” deyәndә dә, mәncә, bildiyimiz xәyaldan danışmırdı. Cәmiyyәtin çirkablarından arınmaq istәdiyini nәzәrdә tuturdu.

Hәlә tәlәbәlәr şair xәyalıyla, tәlәblәriylәayaqlaşmaqda bir az çәtinlik çәkirlәr. Sözsüz, gәlәcәkdә hansısa mәqamda, bәlkә dә, hәr şey dәyişәcәk. Belә demәk mümkünsә, tәlәbәlәrin dünyagörü şair xәyalına cavab verә bilmir. Gәnclik maraqlıdı, söz yox. Ancaq çalışmaq, tәdqiqat aparmaqda azacıq tәnbәllik edirlәr.

 

– Otağa girәn kimi divardan asılmış, Nazim Hikmәtin dә olduğu şәkil diqqәtimi çәkdi. O fotonun tarixçәsini bilirәm, әslindә, o haqda danışmaq istәmirәm. Şairin sevdiyim bir misrasını sual olaraq sizә ünvanlamaq istәyirәm. O misra belәdi: “Nәdәn sancılar әskik olmaz insan ürәyindәn?”

 

– Əgәr insansansa, ürәyindәn sancılar әskik olmaz. Sancılar ürәk sahibinin insanlığına dәlalәt edir. Deyirlәr, insanlar iki cür olur: bir döldәn doğulanlar var, bir dә ruhdan doğulanlar. Böyük әksәriyyәt döldәn doğulur, böyük şәxsiyyәtlәr isә ruhdan. Ruhsuz vә ürәksiz insan bitki kimi bir şeydi. Mәnim nәzәrimdә Sәmәd Vurğun da, Nazim Hikmәt dә ruhdan doğulanlardan idi. Onlar tәkcә dövrün deyil, hәm dәәsrin şairlәri idi. Nazim Hikmәtlә çox yaxın dostluğumuz olub. Onun dәfnindә belә iştirak etmişәm. Hәr yadıma düşәndә kәdәrlәnirәm ki, Nazimin dәfnindә oğlu iştirak etmәdi. Nazim Hikmәt dünya gözәli idi. Dünyanın әn gözәl dә ürәyinә sahib idi. Elә o gözәl ürәyi dә onu bu gözәl dünyadan ayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.