POETİK QİRAƏTdə Əlizadə Nurinin “Mən sənin üzünə sevdim dünyanı...” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə yenidən sizlərlə daimi müəllifimiz Əlizadə Nuridir. Bu dəfə şair “Mən sənin üzünə sevdim dünyanı” söyləyir.

Xoş mütaliələr.

 

Mən sənin üzünə sevdim dünyanı...

 

Dedim ki, bu dünya sığsın canıma,

Amma demədim ki, belə dar olsun...

Mən sənin üzünə sevdim dünyanı-

Qoy dünya üzünə minnətdar olsun!

 

Bu al lalələri bəlkə qan çəkir?

Damla var, dərdini bir ümman çəkir.

Şirəni güldən yox, tikandan çəkir-

Belə " arı"lara bəlkə ar olsun?!

 

İndi bu dumanda yol azan quşam,

Bir azdan gecəni əridər bu şam...

Ölümün yolunda bir can qoymuşam-

Qoydum ki, məndən də yadigar olsun...

 

Ədəbiyyat və incəsənət”

(13.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.