“Qaliba, ərbabi-istedadı dövran istəməz” – Məhəmməd Füzuli Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Qısa fikirlər xəzinəsindən sizlərə dahilərin qiymətli fikirlərini çatdırırıq. İlk olaraq Qərb mənbələrində qəlb şairi adını almış böyük şairimiz Məhəmməd Füzulinindir növbə.

 

 

Məhəmməd FÜZULİ:

 

Ey səxavət mənbəyi, ey varlığı icad edən!

...Ey təbib-i qəlb olan, ey həll edən müşkülləri!

...Qibləgahım, olmaram qul Sən-dən özgə kimsəyə,

Tanrısan, ruzi verənsən, yoxdu Sən-dən digəri!

...Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri!

***

Hər riştə ki, Həqq əyan edibdir,

Sərriştəsini nihan edibdir...

***

Bir kimsə əgər olaydı agah

Kim, xəlqi necə yaratdı Allah.

Mümkün ki, iradətilə ol həm

Xəlq edəydi özgə aləm.

***

Xəlqə Xaliq qeybdən nemət verib qıldıqda şad,

Həqqə şükr etmək gərək ta kim оla nemət ziyad.

***

Əndişeyi-zat qılmaq olmaz,

Bilmək yetər ki, bilmək olmaz.

***

Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,

Yerə göydən nə üçün endiyini Quranın.

***

Ey Füzuli, müttəsil dövran müxalifdir mana,

Qaliba, ərbabi-istedadı dövran istəməz.

***

Bu aləm kim, könül, qeydin çəkərsən, möhnətü-qəmdir...

***

Əql meydanını zindani-bəla bilməz hənuz,

Kim ki bir müddət cünun mülkünü seyran etmədi.

***

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan;

Sədəf su almayınca əbri-nisandan gühər verməz.

***

Kəmali-cəhl ilə davayi-irfan eyləmək olmaz.

***

Əsiri-nəfsdir əhli-cahan, bilməz fəna qədrin...

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.