POETİK QİRAƏTdə Əlizadə Nurinin “Qəza” şeiri Featured

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə növbə yenidən Əlizadə Nuridədir. “Qəza” deyir şair. 

Qəzaya tək adam yox,

Yol da qəzaya düşər...

-Yenə də fərqli, orijinal! 

Xoş mütaliələr.

 

 

Qəza

Yolda ölənlərə elegiya

 

Nə kəm oldu bu kərəm,

Qəmi eşqə bükərəm!

Şəklini mən çəkərəm

İşığı aya düşər.

 

Durub dağın başında,

Ölüm- allah yaşında!

Ömür ağırlaşanda,

Güc də əsaya düşər.

 

Nə yarı var, nə tam yox,

Atma məni, atam yox...

...Qəzaya tək adam yox,

Yol da qəzaya düşər...

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.