Əlibala Məhərrəmzadənin fikrini konteksdən çıxarmaq kimə və nəyə lazımdır? Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

“15-18 yaşlı uşağın məsciddə nə işi var?" - Deputatlığa namizədin mənasız çıxışı gündəm oldu” - bu cür manşet xəbəri saytları dolaşdı. 

Bir neçə gündən sonra - sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Əlibala Məhərrəmzadənin guya ki, Qubada seçicilərlə görüş zamanı  ətrafına topladığı insanlarla danışarkən "Yoxsa gedir məscidə kimsə ona bir təriqət öyrədir, o birində gedib, başqa təriqət öyrənir. Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?" deyib.

Guya, onun bu sözləri inanclı insanların yaşadığı Qubanın dindar əhalisinin qəzəbinə səbəb olub.

Ağ yalandır!!!

Tanınmış yazıçı, kouç, üstəlik də professor, həm multikultural dəyərlərdən və tolerantlıqdan, həm milli-mənəvi dəyərlərdən, o cümlədən dinimizin təbliğindən saysız-hesabsız yazılar yazan, fikirlər səsləndirən Əlibala Məhərrəmzadə nə dediyinin fərqində olan adamdır. Qubalı seçicilərlə görüşdə söhbət azyaşlı uşaqların məscidə getməsindən gedib, o da deyib ki, “hətta sivilizisasiyadan uzaq keçmişdə belə azyaşlı uşağın məscidə deyil, mədrəsəyə getməsi, savad almağı üstün tutulub. Günümüzdə - 3-cü minilliyin İKT inqilabı dövründə də, şübhəsiz, azyaşlı uşağın məscidə deyil, məktəbə getməsi vacibdir.”

Bu fikri konteksdən çıxarıb saytlarda ajiotaj yaratmaq istəyən isə sən demə, Əlibala Məhərrəmzadəyə 59 saylı Quba seçki dairəsindən alternativ olan namizədlərdəndir. 

Bu cür rəqabət olmaz. 

Qubalılar tükü tükdən seçməyi yaxşı bacarırlar. Quba üçün hələ deputat olmadan nə qədər faydalı iş görüb əslən Qubanın tanınmış nəslindın olan Əlibala Məhərrəmzadə. Burada onun yaradıcılıq- messenatlıq fəaliyyətindən olduqca cüzi faktlar gətiririk: Qubanın abadlaşdırılmasına əməli töhfələr vermək; Quba tarixi barədə kitab yazmaq; Qubada yüzlərlə insanı iş yerləri ilə təmin etmək; Qubada kitab mağazası, elm və bilik kursları açmaq; Qubada dünya çempionları yetişdirən idman klubu yaratmaq; Qubada yas mərasimi mərkəzi inşa etmək; şəhid ailələrinə və qazilərə daim qayğı göstərmək və s. və i.

Təbiidir ki, deputat seçildikdən sonra o, bu işləri daha səylə davam etdirəcək. Və mütləqdir, onu da nəzərə alaq ki, Əlibala Məhərrəmzadə Azərbaycana zəfər yaşatmış Prezident İlham Əliyevin sədrlik etdiyi partiyanın namizədidir.

Belə bir namizədi qoyub seçicilər böhtan və şərdən başqa heç nə bacarmayan kəslərə səs verərlərmi sizcə?

Məncə YOX!

 

Şəkildə: Əlibala Məhərrəmzadə qubalı seçicilərinin arasında

 

“Ədəbiyyat və incəsənət”

(21.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.