REDAKSİYANIN POÇTUNDAN – Ayxan Hüseynlidən şeir Featured

“Ədəbiyyat və incəsənət”in poçtunda AYB-nin üzvü Ayxan Hüseynlinin şeirləri var, onlardan bir nümunəni sizə təqdim edirik.

 

 

1.

Məndən bir məktub yaz sənə

 

Məndən bir məktub yaz sənə,

Yalan olmasın içində,

                    həqiqətlə onu bəzə.

Elə məktub yaz ki, sənə

Dediyimi düşüncəndə böyüdəsən,

Sonra ...

         hərf-hərf ağ vərəqə köçürəsən,

Hisslərimi hisslərinlə qarışdırıb,

                         cümlələrə ötürəsən.

Unutma ki, mən yazıram bunu sənə,

Amma ...

         Yazan əllər səninkidir,

         O fikirlər, düşüncələr səninkidir.

 

Məndən bir məktub yaz sənə,

Oxuyanda inam olsun,

                               səndən mənə

məni özündə hiss elə,

Onda doğru yazılacaq,

            yazılan bütün kəlmələr.

Demək, heç fərq etməyəcək,

Məktub necə yazılıbdır.

Məndən sənə, səndən mənə

Əsas odur, yazılıbdır

                bir sevginin xatirinə. 

 

 

“Ədəbiyyat və incəsənət”

(20.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.