REDAKSİYANIN POÇTUNDAN – “Çiynimin üstündə mələklər durub…”

  “Ədəbiyyat və incəsənət” portalının poçtuna ünvanlanmış növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludandır. O, dərc etməyiumiz üçün “Yazırlar” adlı şeirini göndərib.

 

      

 YAZIRLAR

 

Çiynimin üstündə mələklər durub,

Günahı, savabı yazırlar, qardaş.

Üzümə şeytanlar gülərək dost tək,

Ayağım altını qazırlar, qardaş.

 

Çoxları dərk etmir- nədir bu həyat,

Əbədi müəmma, sirdir kainat,

İnsanlar dünyayla oynayıb şahmat,

Nizamı, ahəngi pozurlar, qardaş.

 

Zəmanə dəyişir, dəyişir dövran,

Ölçülər, meyarlar dəyişir hər an,

Var-dövlət hərisi nə qədər insan

Çaşıb yollarını azırlar, qardaş.

 

İnsan kimi yaşa, insan kimi köç,

Biri səhv edərsə, günahından keç,

Ay Coşqun, sözlərin yaxşısını seç,

Onsuz da yüz yerə yozurlar, qardaş.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.